24 Noyabr 2024 02:23
2288
ELANLAR
A- A+
PAŞA Sığorta "Şanslı və Sığortalı" lotereyasını elan edir!

PAŞA Sığorta "Şanslı və Sığortalı" lotereyasını elan edir!


STİMULLAŞDIRICI LOTEREYANIN ŞƏRTLƏRİ


1. Ümumi müddəalar

1.1. "Şanslı və Sığortalı" tirajlı stimullaşdırıcı lotereyanın şərtləri (bundan sonra "Şərtlər" adlandırılacaq) "Lotereyalar haqqında" Azərbaycan Respublikasının Qanunu və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin Kollegiyasının 05.12.2022-ci il tarixli 21 nömrəli qərarı ilə təsdiqlənmiş "Stimullaşdırıcı Lotereyanın təşkili və keçirilməsi Qaydası"na əsasən hazırlanmışdır. 

1.2. Şərtlər "Şanslı və Sığortalı" tirajlı stimullaşdırıcı lotereyanın (bundan sonra "lotereya" adlandırılacaq) təşkili və keçirilməsi ilə bağlı məlumatları əks etdirən rəsmi sənəddir. 

1.3. Şərtlərdə istifadə olunan əsas anlayışlar "Lotereyalar haqqında" Azərbaycan Respublikası Qanununda və "Stimullaşdırıcı Lotereyanın təşkili və keçirilməsi Qaydası"nda nəzərdə tutulmuş mənada başa düşülür və tətbiq edilir. 

2. Lotereyanın təşkili və keçirilməsi qaydaları

2.1. Lotereya təşkilatçısı hüquqi ünvanı Bakı şəhəri, Nəsimi rayonu, Lev Tolstoy küçəsi, 170, VÖEN:1400837161 olan və Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının 12 oktyabr 2016-cı il tarixli 476 nömrəli lisenziyası əsasında fəaliyyət göstərən "PAŞA Sığorta" Açıq Səhmdar Cəmiyyətidir (bundan sonra "Sığortaçı" və ya "Təşkilatçı" adlandırılacaq). 

Əlaqələndirici şəxs: Təşkilatçının əməkdaşı olan Brilyant Quliyeva. 

Telefon: daxili nömrə : +994(12)505-12-22; mobil telefon nömrəsi: +994(10)253-83-74

2.2. Lotereya Sığortaçının daşınmaz əmlak, avtomobil və sağlamlıq sığortası məhsullarının fiziki şəxslərə münasibətdə dövriyyəsinin artırılması məqsədilə keçirilir. 

2.3. Lotereyanın başlama tarixi: 24.11.2024-cü il. 

2.4. Lotereyanın son tarixi: 24.01.2025-ci il.

2.5. Uduş fondu 30.01.2025-ci il tarixdə 1 tirajla oynanacaq.

2.6. Lotereya Azərbaycan Respublikasının ərazisində keçiriləcək.

2.7. Lotereyada Sığortaçı ilə daşınmaz əmlakın könüllü sığortası, avtomobillərin könüllü sığortası  və könüllü tibbi sığorta müqavilələri bağlayan və bu Şərtlərlə müəyyən edilmiş məbləğdə sığorta haqqı ödəyən müştərilər (2.8-ci bənddə nəzərdə tutulan şəxslər istisna olmaqla) iştirak edəcəklər.

2.8. Sığortaçının əməkdaşları, Sığortaçıya aidiyyəti olan şəxslər, qeyri-rezidentlər, hüquqi şəxslər və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslər (fərdi sahibkarlar) lotereyada iştirak etmir.

2.9. Müştərilər lotereyada iştirak şansı qazandıran sığorta müqavilələrinin bağlanması üçün aşağıdakı satış kanallarından istifadə edə bilərlər:

2.9.1. onlayn satış kanalları - "PAŞA Sığorta" ASC-nin rəsmi internet səhifəsi, online satış portalı və mobil tətbiqetməsi;

2.9.2. tele satış kanalları - *7000 qaynat xətti;

2.9.3. sığorta vasitəçiləri (sığorta agentləri);

2.9.4. fiziki olaraq - "PAŞA Sığorta" ASC-nin baş ofisinə, satış ofisinə və ərazilər üzrə nümayəndəliklərinə yaxınlaşmaqla;

2.9.5. hibrid satış kanalları vasitəsilə (2.9.1-2.9.4-cü bəndlərdə nəzərdə tutulan satış kanalllarının bir neçəsindən eyni zamanda istifadə etməklə).

2.10. Lotereya müddəti ərzində Şərtlərin 2.7-ci bəndində nəzərdə tutulan sığorta müqavilələri üzrə ödənilən hər 99 AZN müştərilərə lotereyada 1 iştirak şansı qazandıracaq.

Misal 1: Müştəri 751 AZN sığorta haqqı ödəyərsə, 7 şans qazanacaq.

Misal 2. Müştəri lotereya dövründə müxtəlif müqavilələr üzrə ayrılıqda 70 AZN və 60 AZN dəyərində sığorta haqqı ödəyərsə, ümumilikdə 99 AZN-dən çox sığorta haqqı ödənişi etmiş olsa da, lotereyada iştirak şansı qazanmır.

2.11. Şans qazandırmayan ödənişlər aşağıdakılardır:

2.11.1. Sığorta haqqı məbləği 99 AZN-dən az olan sığorta müqaviləsi üzrə ödənişlər;

2.11.2. Şərtlərin 2.7-ci bəndində nəzərdə tutulan sığorta müqavilələri istisna olmaqla digər müqavilələr üzrə istənilən həcmdə ödənişlər;

2.11.3. Sığortalının tələbi ilə vaxtından əvvəl xitam verilən sığorta müqavilələri üzrə həyata keçirilmiş sığorta haqqı ödənişləri.

2.12. Uduş fondunun oynanılması 1 tirajda həyata keçiriləcək. Tirajda aşağıda göstərilən qayda üzrə qalib elan ediləcək: 

5 (beş) nəfər "Music Gallery" mağazasından 500 AZN (beş yüz manat) dəyərində hədiyyə kuponu, 3 (üç) nəfər "PASHA Travel" turizm şirkətindən 1000 AZN (min manat) dəyərində şirkətin təqdim etdiyi istənilən xidməti əldə etmək üçün  vauçer, 3 (üç) nəfər smart saat (Apple Watch Series 9 GPS, 41mm), 3 (üç) nəfər Apple Iphone 15 Pro Max (yaddaş -  256 GB), 2 (iki) nəfər Macbook Air 13.6" Apple M2 və 1 (bir) nəfər Toyota CH-R avtomobili (istehsal ili 2024, rəngi gümüşü-metal, yürüyüş 0 km, Hibrid) qazanacaq. Ümumi olaraq tirajda 17 nəfər qalib elan ediləcək.

2.13. Bir müştəri tirajda yalnız bir dəfə qalib ola bilər.

2.14. Müştərilər Təşkilatçının rəsmi internet saytına (www.pasha-insurance.az) keçid edərək lotereyanın şərtləri ilə tanış ola bilərlər.

2.15. Şanslar "PAŞA Sığorta" ASC-nin müştərilər üzrə məlumat bazasında (Fərdi məlumatların informasiya sistemlərinin dövlət reyestrində 15.03.2013-cü il tarixdə İS400405001 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır) hesablanacaq və elektron bilet formalaşdırılacaq. Bilet sahibi əldə etdiyi biletlərlə özünün müştəri kabinetində tanış ola bilər.  

2.16. Lotereyanın son tarixdən (24.01.2025-ci il) uduş fondunun oynanılacağı tarixədək (30.01.2025-ci il) məlumat bazasında formalaşmış biletlərin bu Şərtlərin 2.8-ci bəndinə uyğunluğu Təşkilatçı tərəfindən yoxlanılacaq. Sığortaçının əməkdaşlarının, Sığortaçıya aidiyyəti olan şəxslərin, qeyri-rezidentlərin, hüquqi şəxslərin və ya hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərin (fərdi sahibkarlar) bilet əldə etdiyi müəyyən olunarsa, həmin biletlər uduş fondunun oynanması üçün elektron püşkatmanı həyata keçirən xüsusi kompüter proqramına (https://www.app-sorteos.com veb saytı) daxil edilməyəcək.

2.17. İştirak şansı qazanan müştərilərə dair aşağıdakı məlumatlar proqramda hazırlanmış xüsusi siyahıya daxil ediləcək:

* Elektron biletin nömrəsi (iki hərf və altı rəqəm kombinasiyasından ibarət olmaqla)

* Lotereya iştirakçısının adı, soyadı, atasının adı, doğum tarixi;

* Lotereya iştirakçısının şəxsiyyətini təsdiq edən sənədin FİN kodu;

* Lotereya iştirakçısının mobil nömrəsi;

* Lotereya iştirakçısının iştirak şansı qazandığı sığorta ödənişinin aid olduğu sığorta müqaviləsinin nömrəsi.

2.18. Qalib tərəfindən uduşun alınması hüququnun üçüncü şəxslərə güzəşt edilməsinə yol verilmir.

2.19. Əldə edilən qeyri-pul uduşlarının pul ekvivalentinin ödənilməsinə yol verilmir.

2.20. Sığortaçı tərəfindən uduş fonduna əlavə vəsaitin qoyulması və həmin vəsaitin udulmamış hissəsinin geri götürülməsi nəzərdə tutulmamışdır.

2.21. Tiraj Bakı şəhəri, Nəsimi rayonu, Mikayıl Useynov prospekti, 61 ünvanında keçiriləcəkdir.

2.22. Uduş fondunun oynanması https://www.app-sorteos.com veb saytı vasitəsilə elektron püşkatma qaydasında həyata keçirilir. Lotereyanın uduş fondunun oynanılması "YouTube" platformasında "PASHA Insurance" kanalında  (@pashainsurance4129)  birbaşa olaraq yayımlanır.

2.23. Lotereyanın uduş fondunun təyin edilmiş qaydalar əsasında oynanmasına nəzarət məqsədilə tiraj komissiyası və komissiya sədri təyin ediləcəkdir. Təşkilatçı uduş fondunun oynanılmasına azı 1 (bir) iş günü qalmış tiraj komissiyasının üzvləri haqqında məlumat Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinə təqdim edir. Tiraj komissiyasının sədri müəyyən edilmiş tarixdə, vaxtda və yerdə toplaşaraq uduş fondunun oynanılmağa başlandığını elan edir. Eyni məqsədlərlə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin lotereyaların keçirilməsinə nəzarəti həyata keçirən müvafiq strukturunun əməkdaşları üçün lotereyanın keçirilməsində istifadə olunan xüsusi proqram təminatına giriş imkanı (istifadəçi adı və şifrə) Sığortaçı tərəfindən təqdim edilir.

2.24. Tirajda seçimə başlanılarkən hər dəfə oynanılan hədiyyənin adı elan olunur. Növbəti mərhələdə lotereya üzrə aparıcı, tiraj komissiyasının sədri və ya üzvlərindən biri müvafiq düyməsini basmaqla proqramı işə salır. İşə salınmış proqram 10 saniyə ərzində yüksək sürətlə qaydasız şəkildə cədvəldə olan bilet nömrələrini bir-bir seçir. Proqram seçimi dayandırdıqda kompüterin monitorunda proqramın seçdiyi sonuncu bilet nömrəsi göstərilir. Bu şərtlərin 2.24.1-ci bəndində göstərilən hallar istisna olmaqla həmin bilet uduşlu sayılır. Uduşlu biletin nömrəsi kompüterin monitorunda göstərilir və tiraj komissiyası tərəfindən bu barədə müvafiq qeydiyyat aparılır.

2.24.1. Proqram seçimi tamamladıqdan sonra kompüterin monitorunda proqramın seçdiyi sonuncu biletin bu Şərtlərin 2.13-cü bəndinin tələblərini uyğunluğu tiraj komissiyası tərəfindən yoxlanılır. Proqramın seçdiyi sonuncu bilet tirajda daha öncə qalib olmuş iştirakçıya məxsus olduqda tiraj komissiyası biletin uduşlu olmadığını elan edir və həmin hədiyyə yenidən oynanılır. 

2.24.2. Proqramın seçdiyi biletin bu Şərtlərin 2.13-cü bəndinin tələblərini uyğunluğu tiraj komissiyası tərəfindən təsdiq edildiyi halda tiraj komissiyası biletin uduşlu olduğunu elan edir.

2.25. Təşkilatçı uduş fondunun oynanıldığı tarixdən 5 (beş) iş günündən gec olmayaraq uduş fondu və uduşa düşmüş lotereya biletlərinin nömrələri və (və ya) seriyaları barədə məlumat mediada elan  və 7 (yeddi) iş günündən gec olmayaraq uduşların verilməsi (ödənilməsi) üçün uduşlu lotereya biletlərinin qəbul müddəti və uduşların verilməsi (ödənilməsi) qaydaları haqqında məlumatı özünün inernet səhifəsində yerləşdirir.

2.26. Lotereya iştirakçısı 18 yaşına çatmış fiziki şəxslər (2.8-ci bənddə nəzərdə tutulan şəxslər istisna olmaqla) ola bilər.

2.27. Sığortaçı lotereyanın şərtlərinə edilmiş əlavələr və (və ya) dəyişikliklər haqqında məlumatı uduş fondunun oynanılması tarixinə azı 7 (yeddi) iş günü qalmış mediada elan edəcəkdir.

2.28. Qalib olan müştərilər uduş fondunun oynanıldığı tarixdən 7 (yeddi) iş günü sonra və 90 (doxsan) iş günü ərzində şəxsiyyəti təsdiq edən sənədi təqdim edərək Sığortaçının baş ofisinə (Bakı şəhəri, Nəsimi rayonu, Mikayıl Useynov prospekti 61) müraciət edə bilərlər. Uduş, qalib olan müştərinin tələbi irəli sürüldüyü tarixdən etibarən müştərinin 30 (otuz) iş günündən gec olmayaraq ona verilir. Uduş qalibi olan müştəri uduşun ona təqdim edilməsi üçün şəxsiyyəti təsdiq edən sənədi təqdim etməlidir.

2.29. Uduş fondunun oynanıldığı tarixdən 7 (yeddi) iş günü sonra və 90 (doxsan) iş günü ərzində qalib olan müştəri uduşu əldə etmək üçün müraciət etmədiyi təqdirdə uduş Təşkilatçının sərəncamında qalır.

2.30. Təşkilatçı lotereyanın şərtlərinə edilmiş əlavələr və (və ya) dəyişikliklər haqqında uduş fondunun oynanılması tarixinə azı 3 (üç) iş günü qalmış media vasitəsilə elan edəcəkdir.

3. Yekun müddəalar

3.1. Lotereyanın təşkili və keçirilməsi ilə əlaqədar digər münasibətlər Azərbaycan Respublikasının qanunvericiliyi ilə tənzimlənir.

3.2. Bu şərtlər lotereya iştirakçılarının tanış ola bilməsi üçün "Azərbaycan" qəzetində, Təşkilatçının rəsmi saytında (www.pasha-insurance.az) açıqlanır və lotereyanın təşkilatçısı və iştirakçıları üçün məcburi qüvvəyə malikdir. 

3.3. Qaliblərin siyahısı və onlar haqqında məlumat www.pasha-insurance.az saytında və "Azərbaycan" qəzetində yerləşdiriləcəkdir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərifdən

15:14
26 Dekabr

Bosniya və Herseqovinanın Serb Respublikasının Prezidenti Milorad Dodikdən

14:18
26 Dekabr

Bosniya və Herseqovinanın Rəyasət Heyətinin üzvü Denis Beçiroviçdən

14:18
26 Dekabr

İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.  

14:15
26 Dekabr

Təyyarə qəzasında həyatlarını itirənlərin xatirəsi İstanbulda da yad edilir  

14:11
26 Dekabr

Prezidentin Mətbuat Xidmətinin məlumatı  

14:06
26 Dekabr

Moskva sakinləri Azərbaycanın Rusiyadakı səfirliyinin binasının önünə gül dəstələri düzürlər  

14:00
26 Dekabr

Təyyarə qəzasında həlak olanların xatirəsi Heydər Əliyev Beynəlxalq Aeroportunda anılır VİDEO  

13:58
26 Dekabr

Təyyarə qəzasında həlak olanların xatirəsi Gəncədə də anılıb  

13:51
26 Dekabr

Aktauda baş verən qəzada vəfat edən sərnişinlərin və ekipaj üzvlərinin siyahısı açıqlanıb  

13:47
26 Dekabr

Azərbaycan və Qazaxıstanın Baş nazirləri arasında növbəti telefon danışığı olub  

13:40
26 Dekabr

Türkiyənin baş konsulu: Azərbaycana və Qazaxıstana istənilən köməyə hazırıq  

13:32
26 Dekabr

Təyyarə qəzasında həlak olan Anar Babayevin qardaşı: Onunla son danışığımızı həmişə xatırlayacam  

13:31
26 Dekabr

Baş konsul: Təyyarə qəzasında həlak olanların kimliyi müəyyənləşdirilir  

13:22
26 Dekabr

Sabah Azərbaycanın bəzi yerlərində fasilələrlə yağış yağacaq  

13:03
26 Dekabr

Azərbaycan Ordusunda Aktauda təyyarə qəzasında həlak olanların xatirəsi yad edilib  

12:49
26 Dekabr

Azərbaycanın Aktaudakı baş konsulluğunda anım tədbiri keçirilib

12:45
26 Dekabr

Rusiya FHN-ə məxsus “İl-76” Aktauda təyyarə qəzasında sağ qalan rusiyalıları Moskvaya çatdırıb  

12:40
26 Dekabr

Özbəkistanın xarici işlər naziri azərbaycanlı həmkarına başsağlığı verib

12:36
26 Dekabr

Samir Rzayev: Hadisənin başvermə səbəbləri ilə bağlı araşdırmalar davam edir  

12:29
26 Dekabr

Qazaxıstanın Baş naziri təyyarə qəzası ilə əlaqədar Azərbaycan Astanadakı səfirliyində olub  

12:26
26 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!