17 Sentyabr 2023 10:21
484
DÜNYA
A- A+

Paris Notr-Dam Kilsəsində təmir işləri davam edir  

 

Avropa Xəbər Agentlikləri Alyansının (EANA) bu həftə işində AZƏRTAC-ın da iştirak etdiyi Baş Assambleyası, tədbirin məqsədilə yanaşı, həm də illik yığıncaqların keçirildiyi şəhərlərin həyatı ilə tanış olmaq üçün yaxşı imkandır. Artıq məlumat verdiyimiz kimi, cari ildə Baş Assambleya sadəcə Parisdə deyil, həm də dünyaca məşhur Notr-Dam Kafedralına bir addımlıq məsafədə keçirilib. Fürsətdən istifadə edərək, bütün katoliklərin kult yerində vəziyyətin necə olduğunu öyrənməyə qərar verdik.

2019-cu il aprelin 15-də Parisin Site adasının dünyaca məşhur görməli yerində yanğın baş verib. Hazırda burada təmir işləri aparılır. Həmin yanğın nəticəsində ciddi ziyana uğrayan Notr-Dam kilsəsinin rekonstruksiyası əslində tam sürətlə gedir. İşlər cədvələ uyğun aparılır. Kilsənin 2024-cü il dekabrın 8-də təkrar açılmasına on beş ay qalmış tikinti meydançasında irəliləyişin əhəmiyyətli əlamətləri nəzərə çarpır. Dam dayaqlarının və şpilin qurulması üzrə işlər davam etdirilir. İnteryerin son təmizlənməsi üzrə işlər başa çatdırılır, vitrajlar öz yerinə qaytarılır, kilsədəki freskalar bərpa olunur. Şimal zəng qülləsinin səkkiz tunc zəng də təmizlik, əsaslı təmir və qismən bərpa işləri mərhələsindədir. Onlar cəmi on il əvvəl kafedralın 850 illik yubileyi münasibətilə hazırlanıb və quraşdırılıb. Onlardan ikisi istidən zədələnib.

Yanğın, xatırladığımız kimi, səhər saatlarında başlayıb və dərhal damın çatı sisteminə keçib, daha sonra isə orta əsrlərə aid binanın əhəmiyyətli hissələrini əhatə edib.

Fransa paytaxtının tam mərkəzində baş verən dəhşətli yanğın beynəlxalq şoka səbəb olub. Faciənin ertəsi günü Fransa hökuməti qismən dağılmış məbədi beş il ərzində bərpa edəcəyini açıqlayıb. O vaxt az adamın inandığı iddialı vəd görünür gerçəkləşəcək.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video