08 İyul 2026 19:25
375
İDMAN
A- A+
Paraqvaylı senator Mbappeni yenidən həbslə hədələyib

Paraqvaylı senator Mbappeni yenidən həbslə hədələyib


Məsələ prezidentlər səviyyəsində müzakirə olunub


Paraqvaylı senator Selesta Amarilya Fransa millisinin hücumçusu Kilian Mbappe ilə münaqişəsi barədə yenidən danışıb.

"Oxuya bilirsə, məktubumu oxumasını və paraqvaylılarla ehtiyatlı olmasını məsləhət görərdim. Ronaldinyo artıq burada həbsdə olub  və Mbappe mənim kim olduğumu bilməlidir. Mən onu genderəsaslı və siyasi zorakılığa görə məhkəməyə verə bilərəm. O, məndən üzr istəməlidir", - deyə Amarilya ABC Cardinal radiostansiyasının verilişində bildirib.

Xatırladaq ki, matç zamanı mübahisə baş verib, lakin oyunçuları tez ayırıblar. Ancaq oyundan  sonra paraqvaylı senator Selesta Amarilya vəziyyətə reaksiya verib. Paraqvaylı bir rəsmi sosial mediada paylaşdığı mesajda Mbappeni varlanan və fransız kimi görünmək istəyən təkəbbürlü, müstəmləkə edilmiş kamerunlu adlandırıb. O, həmçinin əlavə edib ki, fransızlar təsadüfən qalib gəliblər.

Amarilya özünün X kanalında yazıb: "Komandamızın ittiham edilə biləcəyi yeganə şey, final fitindən sonra heç kimin ona sillə vurmamasıdır".

Mbappe də cavab olaraq Selesta Amarilyanı nifrətə layiq qadın adlandırıb: "Sizin ağılsızlığınız və açıq-aşkar irqçiliyiniz üzündən dünya artıq oyunçularınızın bu Dünya Kubokunda göstərdiyi yolu və tarixi səyləri unudub və onların yerinə ölkəsinin ən pis imicini yaradan səriştəsiz bir qadın gəlib. Mən heç vaxt belə insanların nifrət və irqçiliyini bütün dünyada yaymasına icazə verməyəcəyəm".

Bu arada, Fransa Futbol Federasiyası senatorun şərhlərindən sonra prokurorluğa şikayət ərizəsi verib və Paraqvay Prezidenti Santyaqo Penya Palasios Selesta Amarilyanın dediklərinə görə üzr istəmək üçün Fransa Prezidenti Emmanuel Makronla əlaqə saxlayıb.


Rizvan CƏFƏROV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycanın Milli qəhrəmanlarının xatirəsi yad edilib

18:26
12 İyul

IV Şuşa Qlobal Media Forumunun iştirakçıları Füzuliyə gəliblər

17:59
12 İyul

Abituriyentlər I və IV ixtisas qrupları üzrə imtahan veriblər

14:11
12 İyul

Qətər Dövlətinin Əmiri Əlahəzrət Şeyx Təmim bin Həməd Al Taniyə

14:00
12 İyul

İyulun 13-nə olan hava proqnozu açıqlanıb

13:55
12 İyul

İran XİN: Omanla Hörmüz boğazı ilə bağlı məsləhətləşmələrin davam etdirilməsi barədə razılığa gəlinib

13:52
12 İyul

Körfəz ölkələri raket və PUA hücumlarına məruz qalıb

13:31
12 İyul

Ölkə ərazisindəki faktiki hava acıqlanıb

12:29
12 İyul

ABŞ-nin ən nüfuzlu Respublikaçı senatoru vəfat edib

12:07
12 İyul

Futbol üzrə dünya çempionatının yarımfinalında qarşılaşacaq komandalar müəyyənləşib

11:59
12 İyul

Qətərin keçmiş əmiri vəfat edib

11:57
12 İyul

Rusiya Müdafiə Nazirliyi: 300-dən çox PUA hücumunun qarşısı alınıb

10:28
12 İyul

ABŞ Mərkəzi Komandanlığı İrana növbəti hücuma başlayıb

10:21
12 İyul

Dünya çempionatı: Argentina yarımfinala vəsiqə qazanıb

09:23
12 İyul

Dünya çempionatı: İngiltərə millisi yarımfinala vəsiqə qazanıb

09:13
12 İyul

Tovuz döyüşləri: Zəfərin astanasında 

09:07
12 İyul

Prezident: Son 80 il ərzində Azərbaycan dövləti və xalqı qədər heç bir dövlət, heç bir xalq buna oxşar Qələbə qazanmayıb VİDEO

23:03
11 İyul

Prezident İlham Əliyevin sosial media hesablarında Xocavəndin Quzeyxırman və Güneyxırman kəndlərində sakinlərlə görüşündən videoçarx paylaşılıb VİDEO

21:15
11 İyul

Prezident: Hər dəfə Qarabağda, Şərqi Zəngəzurda olanda və inkişafı görəndə ürəyim sevinir

20:16
11 İyul

Prezident İlham Əliyev Xocavənd rayonunun Quzeyxırman kəndində olub - YENİLƏNİB 

19:58
11 İyul

Prezident: Hər dəfə keçmiş köçkünlər öz dədə-baba torpaqlarına qayıdanda hamımız üçün bayramdır

19:44
11 İyul

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!