07 Mart 2023 01:13
919
ELANLAR
A- A+

Özbəkistanın nümayəndə heyəti "AzerGold" QSC-nin qonağı olub

 

"AzerGold" Qapalı Səhmdar Cəmiyyətində (QSC) Özbəkistan Prezidenti yanında Strateji İslahatlar Agentliyinin Strateji müəssisələrin transformasiyasının əlaqələndirilməsi departamentinin rəhbəri Mansurxoca Yusupxocayevin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib. 
Görüşdə iştirak edən "AzerGold" QSC-nin İdarə Heyəti sədrinin müavini Xəyyam Fərzəliyev qonaqları salamlayaraq, ötən ay Özbəkistan Respublikasının paytaxtı Daşkənd şəhərində keçirilən Birinci Özbəkistan-Azərbaycan Regionlararası Forumunu məmnunluqla xatırlayıb. Forum çərçivəsində "AzerGold" QSC ilə  Özbəkistanın Dağ-mədən İşi və Geologiya Nazirliyi arasında imzalanan Anlaşma və Razılaşma Memorandumunun  iki dost-qardaş ölkənin dağ-mədən sənayesi sahəsində geniş əməkdaşlıq perspektivləri açdığı diqqətə çatdırılıb. X.Fərzəliyev cəmiyyətin fəaliyyət sahələri üzrə əldə etdiyi nailiyyətlər barədə qonaqlara ətraflı məlumat verib. 
Səmimi qəbula görə təşəkkür edən Mansurxoca Yusupxocayev mütəmadi olaraq keçirilən bu cür görüşlərin əlaqələrin möhkəmlənməsinə xidmət etdiyini bildirib. Qonaq hər iki ölkə arasında dərinləşən iqtisadi əlaqələrdən bəhs edib, ölkəsinin Azərbaycanda aparılan iqtisadi islahatlar təcrübəsinin öyrənilməsində maraqlı olduğunu qeyd edib. 
Özbəkistan Respublikasının İqtisadiyyat və Maliyyə Nazirliyi yanında Dövlət Vergi Komitəsinin İri Vergi Ödəyiciləri ilə İş üzrə Regionlararası Müfəttişliyinin rəisi Feruz Əhmədov Özbəkistanda icra edilən vergi islahatları və onun biznesin, xüsusilə sənayenin  inkişafına təsiri barədə danışıb.
Daha sonra iki ölkə arasında dağ-mədən sektoruna investisiyaların cəlb olunması üçün vergi qanunvericiliyi sahəsində məlumat mübadiləsi aparılıb, qonaqları maraqlandıran suallar cavablandırılıb. Görüşdə həmçinin digər qarşılıqlı maraq doğuran məsələlər müzakirə edilib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video