27 Iyul 2024 08:57
122
CƏMİYYƏT
A- A+

Ötən altı ayda Mingəçevirdə genişmiqyaslı işlər görülüb

 

Mingəçevir Şəhər İcra Hakimiyyəti başçısı yanında Şuranın növbəti iclası cari ilin birinci yarımilliyinin yekunlarına həsr olunmuşdu. İclasda şəhər icra hakimiyyəti başçısı aparatının əməkdaşları, hüquq-mühafizə orqanlarının rəhbərləri, YAP Mingəçevir şəhər təşkilatının sədri və fəalları,  Mingəçevir Bələdiyyəsinin sədri və üzvləri, idarə və müəssisələrin rəhbərləri, mətbuat işçiləri, ictimaiyyət nümayəndələri iştirak edirdilər.

İlk olaraq Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov müzakirə olunan məsələ haqqında ətraflı məlumat verdi. Bildirdi ki, ötən yarımillik ərzində ölkəmizin hər yerində olduğu kimi, Mingəçevir şəhərində də genişmiqyaslı tədbirlər həyata keçirilmişdir. Şəhərin infrastrukturu xeyli yenilənmiş, sosial layihələrin icrası davam etdirilmişdir. Bununla belə, qarşıda mühüm vəzifələr durur. Prezident İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq şəhərin sosial-iqtisadi inkişafı ilə bağlı uğurlu işlər görülür. 

Şura iclasında "2024-cü ilin 6 ayında Mingəçevir şəhərinin  sosial-iqtisadi inkişafının vəziyyəti və ilin ikinci yarısında qarşıda duran vəzifələr"lə bağlı məruzə ilə icra başçısının müavini-Sosial-iqtisadi  inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Fərid Məmmədov  çıxış etdi.

Məruzə ətrafında müzakirələrdə Maliyyə şöbəsinin rəisi Sultan Əsədov, "Azərbaycan İES" MMC-nin direktoru Təhmasib Hüseynov, 8 saylı Regional  Ekologiya və Təbii  Sərvətlər İdarəsinin rəis müavini İnqilab Əlizadə, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin Yevlax Regional bölməsinin müdir əvəzi Elvin Zakirov, Mərkəzi Aran Regional Təhsil idarəsinin Mingəçevir şəhər Təhsil sektorunun müdiri Sevinc Həsənova, Sahibkarlar Təşkilatları Milli Konfederasiyasının Mingəçevir şəhər nümayəndəsi Vaqif Həsənov çıxış edərək müzakirə olunan məsələyə dair fikirlərini söylədilər, təmsil etdikləri qurumların fəaliyyətləri barədə məlumat verdilər. İşgüzarlıq şəraitində keçən şura iclası müzakirə olunan məsələyə dair müvafiq qərar qəbul etdi.

Şəhər icra hakimiyyətinin başçısı İlham İsmayılov şura iclasının işinə yekun vuraraq əminliyini bildirdi ki,  iclasda qeyd olunan nöqsan və problemlər tezliklə öz həllini tapacaq, qarşıya qoyulmuş vəzifələr müvəffəqiyyətlə həyata keçiriləcəkdir. Qeyd edildi ki, cari ilin ikinci yarısında daha böyük uğurlar qazanılması, yeni infrastruktur layihələrin həyata keçirilməsi nur şəhəri sakinlərinin əsas hədəfidir.

Lazım QULİYEV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video