20 Aprel 2025 09:55
2851
Səhiyyə
A- A+
Orqanizmi susuz qoymaq olmaz

Orqanizmi susuz qoymaq olmaz


Bəzən yuxudan qəfil oyanırıq və qurduğumuz zəngli saatın işə düşməyinə cəmi bir neçə dəqiqə qaldığını görürük. Uzun illər mütəxəssislər bu müəmmalı daxili siqnalizasiyanın səbəbini bioloji ritmlə izah ediblər. Bildiriblər ki, insan orqanizmi bir müddət eyni saatda oyandıqda yuxu cədvəli ardıcıllığa uyğunlaşır.

Yuxu-oyanma dövrü PER proteini ilə tənzimlənir. Protein səviyyəsi gün ərzində yüksəlir, azalır, axşam zirvəyə çatır və gecə düşür. PER səviyyəsi aşağı olduqda qan təzyiqi aşağı düşür, ürək döyüntüsü yavaşlayır, beyin dumanlı, yuxulu olur. Hər gün eyni saatda oyandıqda isə orqanizm lazımi vaxtda kifayət qədər PER istehsal etməyə çalışır. Oyanmadan təxminən bir saat əvvəl bədənin istiliyi və qan təzyiqi ilə birlikdə PER səviyyələri yüksəlməyə başlayır, insanı "oyadır".

İndi isə məsələ ilə bağlı tamamilə fərqli, yeni araşdırma nəticələri təqdim edilib. Psixoneyroimmunologiya (PNI) və qidalanma mütəxəssisi Xevi Verdaguer bu vəziyyətin, əslində, susuzluqla və stres hormonu kortizolla əlaqəli olduğunu bildirib. Mütəxəssis deyib ki, bədənin susuz olması yuxu keyfiyyətini pozur. Orqanizm bütün gecə tərləmə, nəfəsalma və hətta yuxu zamanı belə su itirir ki, bu da dehidrasiyaya səbəb olur.

Yuxu dövrünə təsir edən kortizol hormonu bədəni stresdən qoruyur, qan təzyiqi səviyyəsini tənzimləyir, zülal, yağ və karbohidrat mübadiləsində iştirak edir. Kortizol istehsalındakı azalma kilo itkisi, halsızlıq və yorğunluğa səbəb olsa da, həddindən artıq olması da yüksək qan təzyiqinin və şəkərin səviyyəsinin yüksəlməsinə, piylənməyə, dərinin incəlməsinə və bənövşəyi ləkələrin əmələ gəlməsinə səbəb olur.

Xevi Verdaguerin sözlərinə görə, beyin, qan, ürək, hormon, göz, böyrək, qaraciyər, neyron və sinirlərin normal fəaliyyəti birbaşa sudan asılıdır. Yetkin orqanizmdə su miqdarı bədən çəkisinin 50-60, körpələrdə isə 75 faizini təşkil edir. Yaş artdıqca isə bədəndə ümumi su miqdarı tədricən azalır. Həmin miqdar kişilərlə müqayisədə qadınlarda bir qədər aşağı olur, bədənin təxminən 55 faizini təşkil edir. Bunun başlıca səbəbi qadınlarda kişilərə nisbətən daha çox yağ toxumasının mövcud olmasıdır. Nəzərə alınmalıdır ki, böyüklərlə nisbətdə uşaqların orqanizmində su itkisi daha çox baş verir. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) normal halda 60 kiloqram və yuxarı çəkiyə malik insanlara gündə ən azı 2, 10 kiloqram çəkiyə malik uşaqlara isə 1 litr su istehlakını tövsiyə edir.

İnsan yalnız susayanda suya ehtiyacı olduğunu düşünür. Lakin bu belə deyil. Əslində, hər bir orqanizm özündə baş verən narahatlıqları müxtəlif əlamətlərlə büruzə verir. Bədəndə su çatışmazlığı zamanı yaranan bir sıra əlamətlər var. Ağızda, dildə quruluq, quru dəri ən aşkar əlamətlərdən biridir.

Dehidrasiyanın digər əlaməti az tərləməkdir. Bədən səthindən az su çıxırsa, bu o deməkdir ki, orqanizmdəki toksinlər tərlə çıxmır, daxildə qalır. Gözlərdə sanki qum batma, yanma hissi, qırmızı, yorğun, qızaran gözlər də su çatışmazlığını göstərir. Gün ərzində az su içən insanların hərəkət zamanı dizləri ağrıyır, iş görəndə, pilləkən çıxanda sanki qırılma hissi olur, oynaq səsi gəlir.

Güclü immunitet də birbaşa sudan asılıdır. Qrip və virus xəstəlikləri zamanı orqanizm toksinləri çıxarmaq üçün suya ehtiyac duyur. Əks halda o, viruslarla mübarizə apara bilmir, xəstəliyin müddəti uzanır.  Orqanizmdəki dehidrasiya qanda oksigen azlığı yaradır. Bu zaman insan işləyə bilmir, yorğun və enerjisiz olur, maddələr mübadiləsi pozulur.

Araşdırmalara görə, insan ümumi su qəbulunun 50 faizə qədərini qidadan, xüsusilə də su ilə zəngin meyvələrdən alır. Xevi Verdaguer orqanizmin susuzlaşmasının qarşısını almaq üçün yatmazdan əvvəl su içmək əvəzinə axşam yeməyində su tərkibli qidaları istehlak etməyin vacibliyini diqqətə çəkir. Meyvə, tərəvəz və paxlalılar kimi su ilə zəngin qidalar gecə ərzində orqanizmin daha çox su saxlamasına kömək edərək dehidrasiyanın qarşısını alır. 


Ülkər XASPOLADOVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycanın 2 boksçusu Avropa çempionu olub  

10:40
18 Dekabr

Paytaxt məktəblilərinin müəllifi olduğu növbəti kitabın təqdimatı olub  

10:38
18 Dekabr

İsveç hökuməti seçkiöncəsi məlumatların bloklanmasına görə “Meta”dan izahat tələb edir  

10:03
18 Dekabr

Quterreş ABŞ və Venesuelanı BMT Xartiyasına əməl etməyə çağırıb  

09:47
18 Dekabr

 Miqrantların hüquqlarının müdafiəsində Ombudsman təsisatlarının rolu  

09:39
18 Dekabr

Ağdamda traktor minaya düşüb, xəsarət alan var – BİRGƏ MƏLUMAT

09:33
18 Dekabr

Səssiz təhlükə

09:00
18 Dekabr

Polis Akademiyasında təhsil almaq istəyən abituriyentlər üçün müsabiqə elan edilir

08:55
18 Dekabr

Nakam taleli rəssam

08:50
18 Dekabr

Bir ömrə sığmayan həyat

08:45
18 Dekabr

Ailə hüququnda aliment institutunun müasir tələbləri

08:40
18 Dekabr

İqtisadi inkişaf və rahat həyat abad yoldan başlayır

08:35
18 Dekabr

İşgüzar səfər, strateji hədəf

08:30
18 Dekabr

Ermənilər qərbi azərbaycanlıların doğma yurdlarına qayıtmalarını niyə böyük təhlükə hesab edirlər

08:27
18 Dekabr

Amnistiya təşəbbüsü geniş sosial əhatəyə malikdir

08:25
18 Dekabr

Azərbaycan-Türkiyə strateji müttəfiqliyi gündən-günə möhkəmlənir

08:20
18 Dekabr

Qətər Azərbaycanın Yaxın Şərqdə mühüm tərəfdaşıdır

08:15
18 Dekabr

Azərbaycan nümunəsi

08:10
18 Dekabr

Regiondakı yeni status-kvo Azərbaycanın hərbi-siyasi qələbələrinin nəticəsidir

08:05
18 Dekabr

Strateji tərəfdaşlığa əsaslanan uğurlu əməkdaşlıq

08:00
18 Dekabr

“Dövlət rüsumu haqqında” və “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 11 aprel tarixli 177-VIIQD nömrəli Qanununun tətbiqi və “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının 2016-cı il 15 mart tarixli 176-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 20 aprel tarixli 866 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 7 may tarixli 388 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi barədə

01:23
18 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!