12 Fevral 2024 16:05
276
DÜNYA
A- A+

“OpenAI” yeni proqram təminatı üzərində çalışır

 

“OpenAI” şirkəti yeni proqram təminatı üzərində çalışır. Yeni proqram təminatı daha öncə insanların iştiraklarını tələb edən daha çox tapşırığı yerinə yetirə biləcək. Məlumatda qeyd edilib ki, süni zəka sistemi iki növə bölünəcək və bəzi peşələrin nümayəndələrini tamamilə əvəz edə biləcəklər.
Məlumata əsasən, birinci növ süni zəka sistemi müxtəlif cihazlar və tətbiqlər ilə bağlı qəliz tapşırıqların avtomatlaşdırılmasında istifadə ediləcək. Məsələn, sistem məlumatları bir sənəddən elektron cədvələ köçürə və ya xərclər ilə bağlı hesabatları hazırlayaraq həmin məlumatları mühasibatla bağlı proqram təminatına yerləşdirə bilər. Adətən belə proseslər kompüter klaviaturasının düymələrindən və siçandan istifadəni tələb edirlər. Müvafiq olaraq insanın iştirakı şərtdir. İkinci növ süni zəka isə onlayn tapşırıqların yerinə yetirilməsinə istiqamətlənəcək. Söhbət məlumatların yığılmasından, səyahət marşrutlarının tərtib edilməsindən və təyyarə biletlərinin bronlaşdırılmasından gedir.
“OpenAI”ın yeni süni zəka məhsullarının nə zaman istifadəyə veriləcəyi barədə məlumat yoxdur.

Ülkər XASPOLADOVA,
“Azərbaycan”

 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video