29 Mart 2024 02:11
2256
Nazirlər Kabineti
A- A+
“Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” Azərbaycan Respublikasının 2023-cü il 14 iyul tarixli 987-VIQ nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 5 dekabr tarixli 1048-VIQD nömrəli Qanununun icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi haqqında

“Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” Azərbaycan Respublikasının 2023-cü il 14 iyul tarixli 987-VIQ nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 5 dekabr tarixli 1048-VIQD nömrəli Qanununun icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi haqqında

 

№ 182

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

 

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” Azərbaycan Respublikasının 2023-cü il 14 iyul tarixli 987-VIQ nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 5 dekabr tarixli 1048-VIQD nömrəli Qanununun icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli 167 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 9, maddə 693 (Cild I); 2024, № 1, maddələr 110, 111) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”da aşağıdakı dəyişikliklər edilsin:

1.1. 12-1-ci hissənin birinci cümləsində “bank” sözü “əməliyyat” sözü ilə əvəz edilsin;

1.2. 33-1-ci hissənin birinci abzasına “bankda” sözündən sonra “və digər ödəniş xidməti təchizatçılarında” sözləri əlavə edilsin.

2. “Vergi ödəyicilərinin inventarlaşdırılması və onlara yeni eyniləşdirmə nömrələrinin verilməsi işinin yekunlaşdırılması haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 17 may tarixli 91 nömrəli Qərarının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, № 5, maddə 456 (Cild I) 2-ci hissəsinin ikinci cümləsinə “bank və” sözlərindən sonra “digər ödəniş,” sözləri əlavə edilsin və həmin cümlədə “bank idarələri” sözləri “ödəniş xidməti təchizatçıları” sözləri ilə əvəz edilsin.

3. “Azərbaycan Respublikasında pul nişanlarının nominal dəyərinin və qiymətlər miqyasının dəyişdirilməsi (denominasiyası) ilə bağlı tədbirlər barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 22 iyun tarixli 116 nömrəli Qərarının (Azərbaycan Respub-likasının Qanunvericilik Toplusu, 2005, № 6, maddə 552 (Cild I) 18-ci hissəsinin dördüncü abzasında “icra sənədlərinin” sözləri “icra sənədləri əsasında verilən ödəniş sərəncamlarının” sözləri ilə əvəz edilsin.

4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 28 yanvar tarixli 27 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, № 1, maddə 56 (Cild I) ilə təsdiq edilmiş “Elektron sənədlərin mübadiləsi Qaydası”na aşağıdakı məzmunda 1.4-cü bənd əlavə edilsin:

“1.4. Bu Qaydanın 2.1-ci bəndinin üçüncü abzasında, 3.1-ci bəndinin ikinci abzasında, 4.1-ci, 7.2-ci, 7.3-cü və 8.3-cü bəndlərində elektron imza ilə bağlı qeyd olunan tələblər hüquqi aktlarda və ya elektron sənəd dövriyyəsi subyektləri arasında bağlanmış müqavilələrdə elektron imzadan istifadə nəzərdə tutulduğu halda tətbiq edilir.”.

5. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 27 mart tarixli 89 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, № 3, maddə 308 (Cild I); 2024, № 1, maddə 122) ilə təsdiq edilmiş “Xarici ölkələrin diplomatik və konsulluq nümayəndəliklərinin, beynəlxalq təşkilatların nümayəndəliklərinin rəsmi istifadəsi, həmçinin bu nümayəndəliklərin diplomatik və inzibati-texniki işçilərinin, o cümlədən onlarla yaşayan ailə üzvlərinin şəxsi istifadəsi üçün nəzərdə tutulan mal və xidmətlərə görə əlavə dəyər vergisinin sıfır (0) dərəcə ilə tutulması Qaydaları”nın 4.1-ci bəndinin səkkizinci abzasından “bank” sözü çıxarılsın.

6. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 30 dekabr tarixli 219 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007, № 12, maddə 1354 (Cild I) ilə təsdiq edilmiş “Vergi ödəyicisinə verilmiş elektron qaimə-faktura üzrə alınmış malların (iş və xidmətlərin) dəyəri ödənilərkən ƏDV-nin ödənilməsi, ƏDV-nin depozit hesabında uçotun aparılması, ƏDV-nin hərəkəti, bu hesab üzrə aparılan əməliyyatlardan ƏDV-nin əvəzləşdirilməsi və dövlət büdcəsinə köçürülməsi Qaydaları”nda aşağıdakı dəyişikliklər edilsin:

6.1. 1.3-cü bəndin birinci və ikinci cümlələrinə, 1.4-cü, 1.6-cı bəndlərə, 1.8-ci bəndin ikinci cümləsinə, 2.1-ci bəndin ikinci və üçüncü abzaslarına, 4.10-cu bəndə (hər iki halda) və Qaydaların 4 nömrəli əlavəsinə “bank” sözündən sonra “və digər ödəniş” sözləri əlavə edilsin;

6.2. 2.2-ci bənddə “sənədləri” sözü “sərəncamları” sözü ilə əvəz edilsin;

6.3. 2.4-cü bənddə “bank” sözü “ödəniş xidməti təchizatçısı” sözləri ilə əvəz edilsin.

7. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 1 mart tarixli 48 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012, № 3, maddə 249 (Cild I) ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin apardığı reyestrə daxil olmaq üçün banklar və bank olmayan kredit təşkilatlarının müraciətlərinə baxılması Qaydası”nın 3 nömrəli əlavəsində “sənədi təqdim edildiyi gündən 3 (üç) iş günü müddətində” sözləri “sərəncamı icraya qəbul etdiyi vaxtdan növbəti iş günündən gec olmayaraq” sözləri ilə əvəz edilsin.

8. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 19 iyul tarixli 190 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013, № 7, maddə 885 (Cild I); 2024, № 1, maddə 122) ilə təsdiq edilmiş 1 nömrəli əlavə - “Vergi partnyorluğu Sazişinin forması”nın 6-ci hissəsində “bank” sözü “ödəniş hesabının” sözləri ilə əvəz edilsin.

9. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 4 may tarixli 196 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 5, maddə 967 (Cild I) ilə təsdiq edilmiş “Vergi ödəyicisinin siyahıya alınmış əmlakının satışı məqsədi ilə elektron hərracın təşkili və keçirilməsi Qaydaları”nda aşağıdakı dəyişikliklər edilsin:

9.1. 2.2-ci bəndin üçüncü cümləsinə “bank” sözündən sonra “və digər ödəniş” sözləri əlavə edilsin və dördüncü cümləsində “bank təşkilatlarından” sözləri “ödəniş xidməti təchizatçılarından” sözləri ilə əvəz edilsin;

9.2. 2.18-ci bənddə “banka” sözü “ödəniş xidməti təchizatçısına” sözləri ilə, “3 bank günü ərzində” sözləri “tapşırığın icraya qəbul edildiyi vaxtdan növbəti iş günündən gec olmayaraq” sözləri ilə əvəz edilsin;

9.3. 2.18.1-ci yarımbənddə hər üç halda “bank” sözündən sonra “və digər ödəniş” sözləri əlavə edilsin.

9.4. 2.18.2-ci yarımbəndin birinci cümləsinə “bank” sözündən sonra “və digər ödəniş” sözləri əlavə edilsin, “banka” sözü “ödəniş xidməti təchizatçısına” sözləri ilə əvəz edilsin, ikinci cümləsində “bank təşkilatına” sözləri “ödəniş xidməti təchizatçısına” sözləri ilə əvəz edilsin;

9.5. 2.23-cü bəndin ikinci cümləsində “bank” sözü “əməliyyat” sözü ilə əvəz edilsin.

10. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 16 iyun tarixli 260 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 6, maddə 1235 (Cild I) ilə təsdiq edilmiş “Vergi ödəyicisinin siyahıya alınmış əmlakının ticarət şəbəkələrində (o cümlədən satışını elektron şəkildə həyata keçirən ticarət şəbəkələrində) satışının təşkili Qaydaları”nın 2.5-ci bəndində birinci halda “bank” sözü “əməliyyat” sözü ilə əvəz edilsin və həmin bəndə ikinci halda “bank” sözündən sonra “və ya digər ödəniş” sözləri əlavə edilsin.

11. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 10 oktyabr tarixli 434 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 10, maddə 2149 (Cild I); 2024, № 1, maddə 112) ilə təsdiq edilmiş “Rezidentlər və qeyri-rezidentlər tərəfindən milli valyutanın nağd şəkildə və milli valyutada ifadə olunmuş qiymətli kağızların Azərbaycan Respublikasından çıxarıl-ması və Azərbaycan Respublikasına gətirilməsi zamanı bəyan edilməsi Qaydası”nda aşağıdakı dəyişikliklər edilsin:

11.1. 1.2-ci bənddə “və “qeyri-rezident” sözləri “qeyri-rezident” və “müvəkkil bank” sözləri ilə əvəz edilsin, “, “poçt rabitəsinin milli operatoru” anlayışı isə “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda” sözləri çıxarılsın;

11.2. 2.4-cü bənddən “və ya poçt rabitəsinin milli operatoru” sözləri çıxarılsın.

12. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 11 oktyabr tarixli 440 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 10, maddə 2155 (Cild I); 2024, № 1, maddə 84; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 8 fevral tarixli 77 nömrəli, 23 fevral tarixli 97 nömrəli və 9 mart tarixli 130 nömrəli qərarları) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının büdcə gəlirlərinin təsnifatı”nda aşağıdakı dəyişikliklər edilsin:

12.1. 1.1.1.2.5.2-ci yarımmadədə “bank, xarici bankın Azərbaycan Respublikasındakı filialı və ya poçt rabitəsinin milli operatoru” sözləri “ödəniş xidməti təchizatçısı və ya xarici ödəniş xidməti təchizatçısının yerli filialı” sözləri ilə əvəz edilsin;

12.2. 1.1.4.3.3.0-cı, 1.1.4.3.3.1-ci, 1.1.4.3.3.2-ci, 1.1.4.3.3.3-cü və 1.1.4.3.3.4-cü yarımmadələrə “bank” sözündən sonra “və digər ödəniş” sözləri əlavə edilsin;

12.3. 1.4.3.4.9.4-cü yarımmaddəyə “bank” sözündən əvvəl “, elektron pul təşkilatlarına” sözləri əlavə edilsin.

13. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 1 avqust tarixli 338 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, № 8, maddə 1445 (Cild I); 2024, № 1, maddə 122; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 5 fevral tarixli 68 nömrəli Qərarı) ilə təsdiq edilmiş “Nəzarət-kassa aparatlarının istismarı Qaydaları”nın 3.1.1-ci yarımbəndinə “bank” sözündən sonra “və ya digər ödəniş” sözləri əlavə edilsin.

14. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 12 mart tarixli 88 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020, № 3, maddə 349 (Cild I) ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Vergi Məcəlləsinin 106.1.18-ci maddəsinə uyğun olaraq, vergidən azadolunma məqsədləri üçün elm, təhsil, səhiyyə, idman və mədəniyyət sahələrində fəaliyyət göstərən müəssisə, idarə və təşkilatların Meyarları”nda aşağıdakı dəyişikliklər edilsin:

14.1. 7.2-ci bəndin birinci abzasında “sənədində” sözü “sərəncamında” sözü ilə əvəz edilsin və həmin bəndə hər iki halda “bank” sözündən sonra “və digər ödəniş” sözləri əlavə edilsin;

14.2. 7.3-cü bənddə “bank” sözü “ödəniş xidməti təchizat-çılarının” sözləri ilə əvəz edilsin.

15. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 30 sentyabr tarixli 365 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020, № 9, maddə 1237 (Cild I); Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 6 mart tarixli 122 nömrəli Qərarı) ilə təsdiq edilmiş “Vergi ödəyicilərində nağd pul vəsaitinin uçotu və kassa əməliyyatlarının aparılması Qaydası”nda aşağıdakı dəyişikliklər edilsin:

15.1. 2-ci hissənin adına, 2.2-ci bəndə, 2.3-cü bəndin birinci cümləsinə, 2.4-cü bəndə (hər üç halda), 2.6-cı bəndin ikinci cümləsinə, 2.9-cu və 2.10-cu bəndlərə “bank” sözündən sonra “və digər ödəniş” sözləri əlavə edilsin;

15.2. 2.1-ci bəndə “Bank” sözündən sonra “və digər ödəniş” sözləri əlavə edilsin və həmin bənddə “bankın” sözü “ödəniş xidməti təchizatçısının” sözləri ilə əvəz edilsin;

15.3. 3.10-cu bənddə “Bankdan” sözü “Ödəniş xidməti təchizatçısından” sözləri ilə əvəz edilsin;

15.4. 3.12-ci bəndin birinci cümləsində “banka” sözü “ödəniş xidməti təchizatçısına” sözləri ilə əvəz edilsin;

15.5. 3.19-cu bənddən “bank” sözü çıxarılsın.

16. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 14 dekabr tarixli 492 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020, № 12 (V kitab), maddə 1595 (Cild I) ilə təsdiq edilmiş “Standartlaşdırma üzrə dövlət fondunun təşkili, saxlanması, aktuallaşdırılması və mühafizəsi Qaydası”nın 2.15.1-ci yarımbəndinin üçüncü cümləsində “bank sənədi” sözləri “sənəd” sözü ilə əvəz edilsin.

17. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 2 fevral tarixli 26 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021, № 2, maddə 191 (Cild I) ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın forması, tətbiqi, uçotu və istifadəsi Qaydaları”nın 1.4.1-ci yarımbəndində “bank əməliyyatlarını həyata keçirən şəxslər” sözləri “ödəniş xidməti təchizatçıları” sözləri ilə əvəz edilsin.

18. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 20 fevral tarixli 64 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023, № 2, maddə 327 (Cild I) ilə təsdiq edilmiş “Yüksək riskli zonalara münasibətdə tətbiq edilə bilən məhdudiyyətlərin və xüsusi tələblərin Siyahısı”nın 5-ci hissəsinə “bankda” sözündən sonra “və digər ödəniş xidməti təchizatçılarında” sözləri əlavə edilsin.

 

Əli Əsədov

Azərbaycan Respublikasının Baş naziri

Bakı şəhəri, 27 mart 2024-cü il

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Prezident İlham Əliyev Mavritaniyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib YENİLƏNİB

13:21
03 Dekabr

Azərbaycan Mərkəzi və Şərqi Avropa regional qrupuna sədr və COP16 Bürosuna üzv seçilib  

13:20
03 Dekabr

Sabah hava şəraiti əsasən yağmursuz olacaq

13:19
03 Dekabr

Azərbaycan Milli Məclisinin nümayəndə heyəti Ankarada Atatürkün məqbərəsini və Heydər Əliyev parkını ziyarət edib  

13:12
03 Dekabr

Noyabr ayında Azərbaycanın dövlət sərhədini pozduqlarına görə 27 nəfər saxlanılıb

13:11
03 Dekabr

Gələn ilin dövlət büdcəsi ilə bağlı qanun layihəsi Milli Məclisdə ikinci oxunuşda qəbul edilib  

13:10
03 Dekabr

Sumqayıtda yaşayış binasındakı partlayış zamanı xəsarət alan 6 nəfər tibb müəssisələrinə təxliyə olunub  

12:49
03 Dekabr

Vəkillər Kollegiyası Rəyasət Heyətinin iclasında bir sıra qərar qəbul edilib  

12:48
03 Dekabr

Sumqayıtda yaşayış binasında partlayış baş verib, sakinlər təxliyə edilib YENİLƏNİB

11:49
03 Dekabr

Milli Məclisdə 2025-ci ilin dövlət büdcəsi zərfinə daxil olan qanun layihələrinin müzakirəsi davam edir  

11:06
03 Dekabr

Prezident İlham Əliyev Yəmənin Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib YENİLƏNƏCƏK

11:04
03 Dekabr

Hesabat: Niyə Ermənistanın müasir ərazilərində azərbaycanlılar yoxdur?

11:01
03 Dekabr

Prezident İlham Əliyev El-Salvadorun ölkəmizdə yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib YENİLƏNƏCƏK

10:59
03 Dekabr

ABA sədri: Fiziki şəxslərin əmanətlərinin dollarlaşma əmsalı 1,8 faiz azalıb  

10:54
03 Dekabr

Sumqayıtda baş verən partlayışlarla bağlı araşdırma aparılır  

10:49
03 Dekabr

Faktiki hava: Ölkə ərazisində yağıntılı hava şəraiti davam edir  

10:49
03 Dekabr

Qubanın Qırız kəndində qar örtüyünün hündürlüyü 12 santimetr olub  

10:48
03 Dekabr

DİN: Ötən gün 20 cinayətin üstü açılıb

10:42
03 Dekabr

Azərbaycan-BƏƏ strateji tərfdaşlığı artıq öz bəhrəsini verir  

10:17
03 Dekabr

Abbas Abbasov BMT-də Afrika əsilli xalqların hüquqları üzrə ekspertlər işçi qrupunun 35-ci sessiyasında iştirak edib  

09:46
03 Dekabr

Rusiya və Azərbaycan Xəzər dənizinin dayazlaşmasının qarşısını almaq üçün çalışırlar

09:43
03 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!