№ 535
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI
“Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin Nizamnaməsi”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 1 may tarixli 2130 nömrəli Fərmanının icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 14 mart tarixli 125 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 4, maddə 791 (Cild I); Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 21 noyabr tarixli 487 nömrəli Qərarı) ilə təsdiq edilmiş “Dövlət və bələdiyyə tərəfindən yaradılan tibb müəssisələrinin Nümunəvi Nizamnaməsi”ndə aşağıdakı dəyişikliklər edilsin:
1. 1.5-ci bəndin birinci cümləsinə “orqanın” sözündən sonra “(qurumun)” sözü əlavə edilsin.
2. 4.1.1-ci yarımbənd ləğv edilsin.
3. 5.1-ci bənddə “orqanın rəhbəri” sözləri “orqan (qurum)” sözləri ilə əvəz edilsin.
4. 5.2-ci bəndin birinci cümləsində “orqanlarının rəhbərləri” sözləri “orqanları, yaxud dövlət qurumu” sözləri ilə əvəz edilsin.
5. 5.3-cü bənddə “orqanın rəhbəri” sözləri “orqan” sözü ilə əvəz edilsin.
6. 5.5.6-cı yarımbəndə “kollegiyasının” sözündən sonra “və ya Müşahidə Şurasının iclasının” sözləri, “kollegiyanın” sözündən sonra “və ya Müşahidə Şurasının iclasının” sözləri əlavə edilsin.
7. 5.5.10-cu yarımbənddə “orqanın rəhbərinə” sözləri “orqana” sözü ilə əvəz edilsin.
8. 5.6.6-cı yarımbənddə “orqanın rəhbərinin” sözləri “orqanın” sözü ilə əvəz edilsin.
9. 5.7-ci bənddə “orqanın rəhbəri” sözləri “orqan” sözü ilə əvəz edilsin.
Əli Əsədov
Azərbaycan Respublikasının Baş naziri
Bakı şəhəri, “ 24 ” “ dekabr ” 2024-cü il