№ 533
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI
Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, “Dövlət Kontrakt Korporasiyası “Azərkontrakt” Açıq Səhmdar Cəmiyyətinin ləğv edilməsi və bundan irəli gələn məsələlərin tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 17 oktyabr tarixli 323 nömrəli Sərəncamının icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 14 mart tarixli 91 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 3, maddə 490 (Cild I) ilə təsdiq edilmiş “Elektroenergetika və qaz təchizatı sahəsində fəaliyyət göstərən paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslər arasında qarşılıqlı ödəniş məsələlərinin tənzimlənməsi və daxil olmuş vəsaitlərdən istifadə Qaydası”nda aşağıdakı dəyişikliklər edilsin:
1. 1.2-ci bənddə “Azərbaycan Respublikasının Dövlət Kontrakt Korporasiyası “Azərkontrakt” Açıq Səhmdar Cəmiyyəti (bundan sonra – “Azərkontrakt” ASC)” sözləri “Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Qaz İxrac İdarəsi (bundan sonra – Qaz İxrac İdarəsi)” sözləri ilə əvəz edilsin.
2. 1.3.4-cü yarımbəndin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 1.3.5-ci yarımbənd əlavə edilsin:
“1.3.5. Qaz İxrac İdarəsinin xüsusi bank hesabı – Qaz İxrac İdarəsi tərəfindən “Azərenerji” ASC-yə təbii qaz satışından daxil olan vəsaitin yığılması üçün müvəkkil bankda açılmış hesab.”.
3. 3-cü hissənin adında “Azərkontrakt” ASC” sözləri “Qaz İxrac İdarəsi” sözləri ilə əvəz edilsin.
4. 3.2-ci bənddə “Azərkontrakt” ASC-nin cari” sözləri “Qaz İxrac İdarəsinin xüsusi” sözləri ilə əvəz edilsin.
5. 3.3-cü bənddə “Azərkontrakt” ASC-nin cari” sözləri “Qaz İxrac İdarəsinin xüsusi” sözləri ilə, “Azərkontrakt” ASC-nin” sözləri “Qaz İxrac İdarəsinin” sözləri ilə əvəz edilsin.
6. 3.4-cü bənddə “Azərkontrakt” ASC-nin cari” sözləri “Qaz İxrac İdarəsinin xüsusi” sözləri ilə əvəz edilsin.
7. 3.5-ci bənddə “Azərkontrakt” ASC-dən” sözləri “Qaz İxrac İdarəsindən” sözləri ilə, “Azərkontrakt” ASC-nin cari” sözləri “Qaz İxrac İdarəsinin xüsusi” sözləri ilə, “Azərkontrakt” ASC-nin” sözləri “Qaz İxrac İdarəsinin” sözləri ilə əvəz edilsin.
8. 3.6-cı bənddə “Azərkontrakt” ASC-dən sözləri “Qaz İxrac İdarəsindən” sözləri ilə, “Azərkontrakt” ASC-nin cari” sözləri “Qaz İxrac İdarəsinin xüsusi” sözləri ilə əvəz edilsin;
9. 3.7-ci bənddə “Azərkontrakt” ASC-nin cari” sözləri “Qaz İxrac İdarəsinin xüsusi” sözləri ilə, “Azərkontrakt” ASC-nin” sözləri “Qaz İxrac İdarəsinin” sözləri ilə əvəz edilsin.
10. 4.1-ci bənddə “Azərkontrakt” ASC-yə” sözləri “ölkə daxilində” sözləri ilə əvəz edilsin.
11. Aşağıdakı məzmunda 4.2-1-ci bənd əlavə edilsin:
“4.2-1. Qaz İxrac İdarəsi tərəfindən “Azərenerji” ASC-yə satılmış təbii qaza görə ödənilən vəsait bu Qaydanın 1.3.5-ci yarımbəndində nəzərdə tutulan xüsusi bank hesabına mədaxil edilir.”.
12. 4.3-cü bənddə “Azərkontrakt” ASC-nin cari” sözləri “Azneft” İB-in xüsusi” sözləri ilə əvəz edilsin.
13. 4.4-cü bənddə “Azərkontrakt” ASC-nin cari” sözləri “Azneft” İB-in xüsusi” sözləri ilə, “Azərkontrakt” ASC-nin” sözləri “Azneft” İB-in” sözləri ilə əvəz edilsin.
14. 4.5-ci bənddə “Azərkontrakt” ASC-dən” sözləri “Azneft” İB-dən” sözləri ilə, “Azərkontrakt” ASC-nin cari” sözləri “Azneft” İB-in xüsusi” sözləri ilə, “Azərkontrakt” ASC-nin” sözləri “Azneft” İB-in” sözləri ilə əvəz edilsin.
15. 4.6-cı bənddə “Azərkontrakt” ASC-dən” sözləri “Azneft” İB-dən” sözləri ilə, “Azərkontrakt” ASC-nin cari” sözləri “Azneft” İB-in xüsusi” sözləri ilə əvəz edilsin.
16. 4.7-ci bənddə “Azərkontrakt” ASC-nin cari” sözləri “Azneft” İB-in xüsusi” sözləri ilə, “Azərkontrakt” ASC-nin” sözləri “Azneft” İB-in” sözləri ilə əvəz edilsin.
17. 4.9-cu və 4.10-cu bəndlər aşağıdakı redaksiyada verilsin:
“4.9. Müvəkkil bank tərəfindən mütəmadi olaraq bu Qaydanın 4.1-ci bəndində nəzərdə tutulan bank hesabına daxil olan vəsaitin 40 faizi “Azneft” İB-in cari bank hesabına, bu Qaydanın 4.2-1-ci bəndində nəzərdə tutulan bank hesabına daxil olan vəsaitin 15 faizi Qaz İxrac İdarəsinin cari bank hesabına köçürülür.
4.10. Bu Qaydanın 4.9-cu bəndində nəzərdə tutulan vəsaitlər ödənildikdən sonra, “Azneft” İB-in və Qaz İxrac İdarəsinin xüsusi bank hesabında qalan vəsait Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin cari il üzrə təsdiq edilmiş gəlirlər və xərclər smetasına uyğun həcmlərdə “Azneft” İB-in və Qaz İxrac İdarəsinin cari bank hesabına köçürülür və ya xüsusi layihələrin icrasına yönəldilir.”.
18. 4.11 - 4.13-cü bəndlər ləğv edilsin.
Əli Əsədov
Azərbaycan Respublikasının Baş naziri
Bakı şəhəri, “ 20 ” “ dekabr ” 2024-cü il