20 Oktyabr 2024 09:05
960
Mədəniyyət
A- A+
Ömrümüzdən keçən yollar...

Ömrümüzdən keçən yollar...


Nə qədər uzun, nə qədər qısa, nə qədər dolanbac olsa da, yollar ömür yollarımız kimi uzandıqca uzanıb gedir. Sanki kəndir kimi Yer üzünün ətrafına dolanır. Yolçular mənzil başına gəlib çatsa da, yollar qurtarmır, sonu görsənmir. Elə bil köhnə yollardan yeni yollar doğulur. Beləcə yollar getdikcə gedir, yeni şəhər və kəndlərdən keçərək ucsuz-bucaqsız düzlərə tərəf istiqamət götürür.

Yollarsız işlərimiz aşmır, istədiyimiz ünvana gedə bilmirik. Buna görə də tez-tez yollara çıxmalı oluruq. Bütün işlərimiz hara hərlənib-fırlansa da axırda gəlib yollardan keçir. Bəzən yollar bizi uzaqlara, bəzən də yaxınlara aparır. Bəlkə də ömrümüzün ən maraqlı, ən yaddaqalan, ən gözəl günləri yollarda keçir. Yolboyu bir-birindən gözəl mənzərələr, bir-birinə bənzəməyən şəhər və kəndlər görürük. Yollar bizi doğmalarımıza, əzizlərimizə, çoxdan bəri həsrətində olduğumuz müqəddəs məkanlara çatdırır. Bizi həsrətlilərimizə qovuşduranda sanki yolların da üzü gülür. Bəlkə də elə buna görə yolları çox sevirik. Yollar bizim üçün çox müqəddəsdir, çox doğmadır. Yolları bu qədər istədiyimizə görədir ki, onları and yerimizə də  çevirmişik. Dilimizə gətirdiyimiz sözün doğruluğunu təsdiq etmək üçün "getdiyimiz bu yol haqqı" deyirik. 

Dünyada yollar çox olsa da, bir-birilərindən elə də fərqlənmirlər. Demək olar ki, yolların hamısı eynidir. Bir-birilərinə bənzəməyən bəlkə də onların forma və ölçüləridi, necə deyərlər, boy-buxunlarıdı. Yolların ölçü və formaları haqqında tez-tez belə bənzətmələri də eşidirirk. Geniş yollar, darısqal yollar, dolayı yollar, kəsə yollar, uzun yollar, dairəvi yollar, kəsişən yollar, düz yollar, təzə yollar, köhnə yollar... Adları, formaları fərqli olsa da, bizim üçün hamısı eynidir. Onların əsas funksiyası insanları getdikləri ünvanlara rahat çatdırmaqdır. Çatdırırlar da...   

Nə qədər üstündən keçib getsək də, yollar yorulmur, yollar incimir. Həmişə qollarını geniş açıb bizi qoynuna alır. Gecəli, gündüzlü nə vaxt qapısını döysək yollar oyaqdır, yolçulara dayaqdır. İnsanları da, onların yüklərini də "çiyinlərində" elə hey daşıyırlar. İllərdən, əsrlərdən bəridir üstündən keçilsə də, yolları heç vaxt yorğun görmürük. 

Yollar təkcə bizi qolları üstündə aparmaqla kifayətlənmir. Onlar həm də yola çıxanlara bələdçilik edirlər. Səkilərin üstündə "əllərində" müxtəlif nişanları saxlayaraq gedənlərə, gələnlərə istiqamət göstərirlər. Təkcə istiqamətləri deyil, dayanacaq yerlərini, istirahət ocaqlarını, yeməkxanaları, avtomobillərin təmir olunduğu mərkəzləri, hərəkət zolaqlarını, yaxınlığından keçdiyimiz şəhər və kəndlərin adlarını da insanlara nişan verirlər. Buna görə də gedəcəyimiz ünvanı kimsədən soruşmadan, vaxt itirmədən yolların köməyi ilə sağ-salamat mənzil başına gedib çatırıq. Buna görə yollara minnətdarlıq edə-edə ürəkdolusu "çox sağ olun" deyirik. 

Yolboyu gözəl mənzərələr seyr edirik. Yollarda düşünməyə vaxtımız da çox olur. Heç kimə sirr deyil ki, yollar yaradıcı adamlara yeni mövzular da verir, hələ gözəl ovqat da bəxş edir. Bir növ yaradıcılıq düşüncələrinin üstünə işıq salır, güzgü tutur, təzə cığır açır. Bəzən isə ən yaxşı əsərlərin mövzuları da elə yollarda, səfərlərdə tapılır. Buna görə də yaradıcı adamların yol qeydləri həmişə maraqla oxunur. Yollarda baş verən hadisələrdən o qədər maraqlı kitablar yazılıb, o qədər dəyərli filmlər çəkilib ki!

Yollar həm də sanki insanlar üçün imtahan, sınaqdır. Bəzən yollar insanları bərkə-boşa da salır, gücünü, səbrini yoxlayır. İnsanların mənfi və müsbət cəhətlərini üzə çıxarır. İnsanlar yollarda tanınır, yollarda dostlaşır, bəzən də yollarda küsüşürlər. Elə buna görə də birindən soruşanda ki, qardaşın necə adamdır? Cavab verir ki, bilmirəm, onunla yol yoldaşı olmamışam. Belə çıxır ki, kiminləsə yol yoldaşı olmayınca, onun xarakterini, xasiyyətini öyrənmək mümkün deyil. Ululardan qalma bu böyük hikmət bizə astaca pıçıldayır ki, kimin necə adam olduğunu öyrənmək istəyirsənsə, onunla yol yoldaşı ol. Görünür, yollar insan ürəyində gizlənmiş bütün sirlərin qıfıllarını açmağa uzanan elə sirli də bir açardır.

Yollar da sanki insanlar kimidi. Bir-biriləri üçün darıxırlar, bir-biriləri ilə qovuşmağa can atırlar. Bəlkə də bu sözə inanmayanlar tapılacaq. Amma səfərə çıxanda görürük ki, dairəvi, dördyol, üçyol və başqa kəsişmələrdə yollar bir-biriləri ilə bağlanırlar. Sanki həm dairəvi, həm də  kəsişən başqa yollar onların əbədi görüş yeridi.

Bəzən quldurlar, oğrular yolları kəsir, yolçuları soyub talayır, öldürürlər. Bəşəriyyətə, insanlığa ləkə olan ermənilər kimi. Ermənilər də neçə illər yollarımızı kəsdilər, torpaqlarımızı ələ keçirdilər, soyğunçuluq, oğurluq etdilər, sərvətlərimizi taladılar, insanlarımızı vəhşicəsinə öldürdülər, uzun illər bizi doğma Qarabağımıza həsrət qoydular. Gec də olsa yollarımızı kəsən işğalçılar layiqincə cəzalandırıldı, məhv edildi, diz çökdürüldü. Düşməndən elədiklərinin qisası artıqlaması ilə alındı. Qarabağa və başqa bölgələrə gedən müqəddəs yollarımız geniş açıldı. 

Hər gün üstündə addımladığımız, avtomobillərlə gedib-gəldiyimiz yollar ömür yollarımızdan da, həyat yollarımızdan da qırmızı xətlə keçir. Arzulayırıq ki, qoy ömrümüzdən qırmızı xətlə keçən bu yollar həmişə açıq olsun, həyat yollarımız heç vaxt bağlanmasın. Qoy könüldən könülə gedən yollarımızda əbədi olaraq yaşıl işıq yansın. Heç vaxt bu yolları ot basmasın, heç vaxt bu yollara qaranlıq çökməsin... 

İnsanların yollara sevgisi, məhəbbəti sonsuzdur. Çünki yollar nə qədər əyri, dolanbac, ziqzaqlı, enişli, yoxuşlu yerlərdən keçsə də, sonda onları mənzil başına vaxtında və rahat aparıb çıxarır. Həm kəsişən, həm də kəsişməyən düz yollar heç vaxt heç kimi yollarda qoymur. 

Yollar həmişə qollarını geniş açıb gəlişimizi gözləyir. Biz də təkcə daş, asfalt döşənmiş yolların deyil, həm də insanların qəlblərinə, ürəklərinə doğru uzanan yeni-yeni yaradıcılıq yollarının axtarışındayıq. Bir gün də olsun yaradıcılıq axtarışlarımızdan qalmırıq. Daim axtarışdayıq, daim yollardayıq...  


Vahid MƏHƏRRƏMOV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Antibiotiklərin effektivliyi sürətlə azalır

13:00
21 Oktyabr

Azərbaycanla Özbəkistan arasında təhsil sahəsində əməkdaşlıq güclənir

12:59
21 Oktyabr

Gənc məşqçi: Laçında futbolu inkişaf etdirəcəyik

12:45
21 Oktyabr

Ali Məhkəmə bəzi inzibati və mülki işlər üzrə məhkəmə aidiyyəti məsələsinə aydınlıq gətirib

12:39
21 Oktyabr

Paris meri yalan danışırmış

12:36
21 Oktyabr

Rain Sultanov 19-cu Bakı Caz festivalında “Syndicate” layihəsi ilə çıxış edib

12:25
21 Oktyabr

Ramid Namazov: COP29-la bağlı Azərbaycana qarşı hibrid təhdidin iki növündən istifadə olunur

12:24
21 Oktyabr

Azad edilmiş ərazilərdə icra olunan layihələrin maliyyələşdirilməsinə 24 milyon manatadək güzəştli kredit ayrılıb

12:21
21 Oktyabr

Sektor müdiri: Könüllülər sosial və humanitar layihələrdə fəal iştirak edirlər

12:20
21 Oktyabr

Lloyd Ostin: ABŞ beynəlxalq ictimaiyyətlə birlikdə Ukraynanı dəstəkləməyə davam edir

12:07
21 Oktyabr

Prezident İlham Əliyev ABŞ Prezidentinin xüsusi köməkçisini qəbul edib YENİLƏNİB - 2

12:07
21 Oktyabr

Polis Akademiyasının yeni tədris korpusu və yataqxana kompleksi istifadəyə verilib

11:39
21 Oktyabr

Doqquz ayda 269 min 702 mülkiyyət hüququnun dövlət qeydiyyatı aparılıb

11:37
21 Oktyabr

Azərbaycan ərazisindən tranzit keçməklə Bolqarıstana narkotik vasitə aparan şəxs saxlanılıb

11:35
21 Oktyabr

Türkiyə mediası FETÖ terror təşkilatı başçısının ölüm xəbərini yayıb

11:03
21 Oktyabr

Britaniya öz səmasını qoruya bilməyəcək

10:42
21 Oktyabr

Pentaqonun rəhbəri Kiyevə elan olunmamış səfər edib

10:42
21 Oktyabr

Türkiyənin xüsusi xidmət orqanları təhlükəli terrorçuları məhv edib

10:39
21 Oktyabr

Energetika naziri Çində səfərdədir

10:39
21 Oktyabr

Helikopter radio qülləsinə çırpıldı  

10:37
21 Oktyabr

Azərbaycanlı hakim UEFA-dan yeni təyinat alıb

10:31
21 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!