18 İyun 2026 16:57
209
SİYASƏT
A- A+
Ombudsmanların Bakı Sammitində süni intellektin əmək bazarına və məşğulluğa təsiri müzakirə olunub  

Ombudsmanların Bakı Sammitində süni intellektin əmək bazarına və məşğulluğa təsiri müzakirə olunub  


Ombudsmanların Beynəlxalq Bakı Sammiti çərçivəsində “Süni intellektin əmək bazarına və məşğulluğa təsiri” mövzusunda panel sessiya təşkil olunub.

AZƏRTAC xəbər verir ki, sessiyaya Diplomatiya və beynəlxalq əlaqələr üzrə Cenevrə məktəbinin Məsləhət Şurasının üzvü Katerin Fiankan Bokonqa moderatorluq edib.

Paneldə Türkiyə Respublikasının İnsan Hüquqları və Bərabərlik Qurumunun sədri Vasip Şahin, Macarıstanın Fundamental hüquqlar üzrə müvəkkili İmre Juhasz, Monteneqronun İnsan Hüquqları və Azadlıqlarının Müdafiəçisi (Ombudsman) Sinişa Bjekoviç, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin icraçı direktoru Fariz Cəfərov, eləcə də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyasının İdarə Heyəti sədrinin müavini Elçin Süleymanov çıxış ediblər.

Müzakirələr zamanı süni intellektin əmək bazarına təsiri, yeni məşğulluq imkanlarının yaranması, əmək münasibətlərində rəqəmsal transformasiya və işçi hüquqlarının qorunması məsələləri diqqət mərkəzində olub.

Qeyd edilib ki, süni intellekt artıq həyatın demək olar ki, bütün sahələrinə nüfuz edib və əmək bazarında da mühüm dəyişikliklər yaradır. Bu texnologiya məhsuldarlığın artırılması, iş proseslərinin optimallaşdırılması və qərarların daha operativ qəbul edilməsi baxımından geniş imkanlar açır.

Panel iştirakçıları vurğulayıblar ki, süni intellekt əmək təhlükəsizliyinin gücləndirilməsinə də töhfə verə bilər. Xüsusilə təhlükəli iş şəraitində risklərin vaxtında müəyyən olunması və qarşısının alınması üçün bu texnologiyaların tətbiqi mühüm əhəmiyyət daşıyır.

Bununla yanaşı, süni intellektin tətbiqinin müəyyən risklər yaratdığı da qeyd olunub. Bildirilib ki, təhsil və rəqəmsal bacarıqlara çıxış imkanları fərqli olan insanlar arasında bərabərsizliyin dərinləşməsi ehtimalı mövcuddur. Bu baxımdan, yeni texnologiyalara uyğun bacarıqların inkişaf etdirilməsi və inklüziv yanaşmanın təmin edilməsi vacibdir.

Çıxışlarda, həmçinin diqqətə çatdırılıb ki, süni intellekt sistemləri düzgün hazırlanıb və səmərəli nəzarət mexanizmləri ilə müşayiət olunduğu halda, işə qəbul və əməkdaşların qiymətləndirilməsi proseslərində daha obyektiv qərarların qəbuluna dəstək verə bilər.

Sessiyada süni intellektin yaratdığı imkanlarla yanaşı, işəgötürənlər və işçilər üçün meydana çıxan çağırışlar, əmək hüquqlarının qorunması və bu sahədə beynəlxalq əməkdaşlığın əhəmiyyəti ətrafında fikir mübadiləsi aparılıb. Panel iştirakçıları texnoloji inkişafla insan hüquqları arasında balansın qorunmasının vacibliyini vurğulayıblar.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Dünya bazarında qızıl 87 dollar ucuzlaşıb 

11:29
19 İyun

“AzerGold” Qvineya ilə hasilat və geoloji kəşfiyyat sahəsində əməkdaşlıq imkanlarını dəyərləndirib  

11:12
19 İyun

Milli Məclis 14 məsələnin müzakirəsinə başlayıb

11:07
19 İyun

Futbol üzrə dünya çempionatında yeni rekordlar qeydə alınıb

10:53
19 İyun

Azərbaycan Respublikası Milli Məclisinin deputatlarının 2026-cı ilin iyul ayında vətəndaşların qəbulu CƏDVƏLİ

10:47
19 İyun

Dünya birjalarında neft bahalaşıb 

10:33
19 İyun

Konstitusiya Məhkəməsi Plenumunun iclasında Bakı Apellyasiya Məhkəməsinin müraciəti əsasında qərar qəbul edilib

10:31
19 İyun

Azərbaycan nefti 80 dollara satılır 

10:02
19 İyun

Böyük Qayıdış: Xankəndi şəhərinə növbəti köç karvanı yola salınıb

09:57
19 İyun

Azərbaycan ilə İtaliya mədəni əməkdaşlığın yeni istiqamətlərini müəyyənləşdirir  

09:53
19 İyun

“Reuters”: ABŞ-İran danışıqları iyunun 19-da baş tutmayacaq

09:41
19 İyun

Dünya çempionatı: Kanada Qətəri 6 cavabsız qolla məğlub edib

09:38
19 İyun

BMT: Afrika daha sürətlə istiləşir

08:37
19 İyun

Yaxın Şərqdə yeni dövr başladı(mı)

08:35
19 İyun

Paşinyanın "üçbaşlı müharibə koalisiyası"nın qarşısından geri çəkilmək fikri yoxdur

08:30
19 İyun

Fransanın nəticəsiz qalan miskin fəndi

08:25
19 İyun

"Yeni reallıqlar fonunda Bred Şermanın təşəbbüslərinin perspektivi yoxdur"

08:20
19 İyun

Kiçik və orta biznesin ixrac imkanlarına dövlət dəstəyi genişlənir

08:15
19 İyun

Ən önəmli layihələrdə etibarlı tərəfdaşımız - "ExxonMobil"

08:10
19 İyun

Müəllimin geyimi həm də əyani tərbiyə üsuludur

08:05
19 İyun

İkinci dəfə Bakıda 

08:00
19 İyun

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!