02 Iyul 2024 08:55
1208
Oxucu məktubları
A- A+

Ölümsüzlüyə qovuşan zabit 

 

Professor, şəhid atası Kamran Kazımov 2023-cü ildə  Astara Pedaqoji Kollecinə rəhbər seçildiyi gündən təhsil ocağında sinəsini Vətənə sipər edib xoşbəxt gələcəyimiz naminə canından keçən igid, qeyrətli oğullarla bağlı vaxtaşırı tədbirlər keçirilir. 
44 günlük haqq savaşımızda düşmənə qan qusdurub bütöv bir xalqın qəhrəmanlıq simvoluna dönən, qalxdığı ölməzlik zirvəsindən bizlərə boylanan   şəhid  polkovnik-leytenant Nail Rəfail oğlu Orucov  sağ qalsaydı, 46 yaşı olacaqdı.  Bu münasibətlə  Kamran müəllim başda olmaqla kollecin bir qrup əməkdaşı şəhidin  ev-muzeyini və məzarını ziyarət etdilər, önünə güllər qoydular.
Söhbət  zamanı şəhid mayor Kamran Fərəcovun həyat yoldaşı Nurana  müəllimə bildirdi ki, şəhidlik ən uca zirvədir. Nail Orucova da  belə bir şərəfli ömür yaşamaq nəsib olub: "Doğma Vətənin müqəddəsliyinə tapınmaqla düşmənin qarşısına çıxıb və yağını məhv edib. Torpağı Vətən edən ölməz qəhrəmandır  Nail.  Fəqət,  adını tarixə yazan igid cismən aramızdan gedib.  Qürur yerimizə dönərək  yaşadığı ömür gələn nəsillər üçün də  əsl həyat məktəbidir. Ən azı, Vətəni necə sevməyi, doğma torpağı  yağıdan qorumağı bizlərə öyrətdi. İndi Nail Orucovun  səpdiyi qəhrəmanlıq toxumları minlərlə ürəkdə cücərdikcə  xalqımızın qüdrəti daha da  artır". 
Nail Orucov 1978-ci ildə Astaranın Məscid məhəllə kəndində dünyaya gəlib.   İkinci  Qarabağ  müharibəsi başlayanda Azərbaycan Ordusunun polkovnik-leytenantı olan Nail  Orucov yağıya qarşı ölüm-dirim savaşına qatılıb. Vətənə, torpağa məhəbbəti sayəsində neçə-neçə ağır sınaqlardan üzüağ çıxıb. Cəbrayılda, Füzulidə  yüksək şəxsi rəşadət   göstərməklə  düşmənin  çoxlu sayda canlı qüvvəsini, hərbi texnikasını məhv edib.  Komandir olduğu dəstə Qubadlı rayonunun Azərbaycan və Ermənistan  sərhədini tam nəzarətə alıb. Oktyabrın 31-də düşmənin təxribatı nəticəsində Qubadlıya  yenidən hücum olub, yağı tərəfindən atılan artilleriya atəşi polkovnik-leytenantın ömrünü yarımçıq qoyub. 
Prezidentin sərəncamları ilə Nail Orucov "Azərbaycan Bayrağı" ordeninə, "Vətən uğrunda", Cəbrayılın,  Qubadlının  azadlığına görə medallarına layiq görülüb. 

Zəfər ORUCOĞLU,  
Lerik rayonunun Bradi kəndi

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video