11 Dekabr 2025 09:40
385
İQTİSADİYYAT
A- A+
Ölkəmizdə qış turizminin coğrafiyası böyüyür 

Ölkəmizdə qış turizminin coğrafiyası böyüyür 


Bunun sayəsində Azərbaycana gələnlərin sayı ildən-ilə artır


Dünyada olan 11 iqlim şəraitinin 9-nu özündə ehtiva edən Azərbaycanda, xüsusən də qış aylarında Böyük və Kiçik Qafqazın qarlı dağları, dağətəyi bölgələri bu yerlərə səyahətə gələnlərə başqa aləm yaşadır.   

2025-ci ilin 10 ayında Azərbaycana dünyanın 183 ölkəsindən 2 milyon 171,6 min xarici və vətəndaşlığı olmayan şəxs gəlib. Gələnlərin 24,4 faizi Rusiya Federasiyası, 17,4 faizi Türkiyə, 8 faizi İran, 6,6 faizi Hindistan, 4,3 faizi Səudiyyə Ərəbistanı, 4,2 faizi Gürcüstan vətəndaşları olublar. Bir neçə həftə bundan əvvəl Qubaya, Qusara, Gədəbəyə, Daşkəsənə, Kəpəzə, Laçına, Şahdağa və digər ərazilərə yağan qarın sorağı ilə adları qeyd olunan xarici ölkələrdən, xüsusən də Şimaldan, Şimal-Şərqi ölkələrdən, eləcə də Avropa ölkələrindən gələnlərin sayında artım müşahidə olunur. 

Böyük Qafqaz dağlarında qış mövsümü başqa möcüzədir. Burada xizəksürmə həvəskarları insan ayağı dəyməyən gözəl məkanlarla qarşılaşırlar. Yamaclarda cəsarətlə sürüşənlər dünya səviyyəli iki məşhur dağ-xizəksürmə kurortunda - Qusarda "Şahdağ", Qəbələdə "Tufandağ" Qış-Yay Turizm İstirahət Kompleksində xizək sürməkdən zövq alırlar. Onlar üçün  Avropa ilə Asiyanın qovuşuğunda yerləşən Azərbaycanın heyrətamiz mənzərələri, maraqlı qış festivalları, dünya səviyyəli dağ-xizək kurortları qarlı və soyuq havalarda istirahət üçün əla məkandır. Əminliklə demək olar ki, qonaqpərvər insanlar diyarının gözoxşayan, əsrarəngiz təbiəti, görməli yerləri turistlərin yaddaşında silinməz izlər buraxır.

Bu yerlərə gələnlər Qış festivallarında iştirak etməkdə çox maraqlıdırlar. Paytaxt Bakı unudulmaz anların zövqünü yaşamaq üçün uzaq və yaxından gəlmiş qonaqları qəbul edən mədəni meqapolisdir. Qış turizmi həvəskarları Bakıda keçirilən "Soyuq əllər, isti ürək" adlı xeyriyyə yarmarkasında da həvəslə iştirak etməkdən məmnundurlar. Sayrışan parlaq işıqlar, isti içkilər və zəngin dadlı yeməklər səyahətçilərdə həddən artıq bayram əhvali-ruhiyyəsi yaradır.

Azərbaycanın qədim diyarı Qəbələ rayonu ərazisində bənzərsizliyi ilə seçilən "Tufandağ" Dağ-Xizək Kompleksi Böyük Qafqaz dağlarının ətəyində yerləşir. Azərbaycanın bu gözəl guşəsi göllər, şəlalələr, çaylar və dağlarla zəngindir. Keçmiş Qafqaz Albaniyasının paytaxtı olan Qəbələ qədim tarixi və mədəniyyəti ilə seçilir. Bölgədə eyni zamanda 16 hektarlıq əyləncə və macəra ərazisi - Azərbaycanın ən böyük əyləncə parkı - "Qəbələnd" də fəaliyyət göstərir.

Xüsusi hazırlanmış 15 kilometrlik yamaclar snoubordinq və xizəklə sürüşmək üçün əla məkandır. Xizək sürməyi ilk dəfə sınayanlar bu əyləncəli idman növü ilə məşğul olmaq üçün istirahət kompleksinin xizəksürmə məktəbinin təcrübəli əməkdaşlarının dəstəyindən istifadə edirlər. Xatırladaq ki, restoran, kafe, bar və istirahət zonaları ilə təchiz olunmuş Tufandağ gəzintidən sonra səyahətçilərdə maraqlı anlar yaşadır.

Qış  mövsümü ilə əlaqədar Qusar rayonu ərazisindəki "Şahdağ" Turizm Mərkəzi də ən gözəl istirahət ünvanlarından biridir. Səyahətçilərə sıx meşəliklərdə və qarlı dağlarda açıq havada istirahət və əyləncə proqramları təşkil olunur. Yeri gəlmişkən, deyək ki, şəhər mərkəzindən uzaqlaşmaq istəyənlər üçün "Şahdağ" Turizm Mərkəzi mükəmməl qış istirahət zonasıdır. Qarla örtülmüş dağ yamacı həm xizəkçilər, həm də isti və rahat divar sobası ətrafında dincəlmək istəyənlər üçün ideal məkandır.

Xizək sürməyə marağı olmayan turistlər motorlu xizəklə, asma kanatla, dağ yolları ilə, habelə velosiped gəzintisi və  yamac paraşütçülüyü, bir qismi isə qar təmizləyən maşın və atla gəzinti ilə günlərini maraqlı keçirirlər.

İşğaldan azad edilmiş Qarabağ bu gün yay-yaz turizmi ilə deyil, həm də qış turizm potensialı ilə diqqət çəkir. Bu bölgədə  dağ turizmi, xüsusilə qış turizmi üçün də geniş imkanlar mövcuddur. Şuşa şəhəri və onun ətrafındakı əzəmətli dağlar, Xankəndi, Laçın, Kəlbəcər və digər rayonlar qış turizmi baxımından unikal məkanlardır.

Azərbaycanın ən qədim əraziləri olan Qarabağ və Şərqi Zəngəzur təkcə tarixi və siyasi əhəmiyyətinə görə deyil, həm də qış turizm potensialına görə diqqətçəkəndir. Şuşa şəhəri və ətraf ərazilər qış turizmi üçün əvəzolunmaz yerlərdir. Ekspertlərin fikrincə, Şuşaya çəkilən yeni dəmir yolu və yaradılan nəqliyyat infrastrukturu bu ünvanlara turizm axınını da artıracaq.

Hazırda Qarabağ iqtisadi rayonunda olduğu kimi, bütün bölgələrdə dünya standartlarına uyğun turizmin inkişafı üçün ardıcıl işlər həyata keçirilir. Sülh sazişi tezliklə imzalanarsa, Ermənistan tərəfindən gələn turistlərin Naxçıvana səfər etməsi də qış turizminin inkişafına töhfə verə bilər. Səyahətçilərin Gürcüstandan Naxçıvana quru yol ilə Ermənistan üzərindən daha rahat gəlməsi mümkün olacaq ki, bu da yeni turizm axınına səbəb olacaq. Eyni zamanda Ermənistana və Gürcüstana gələn xarici turistlərin də Naxçıvana keçidi asanlaşacaq.  Görünən odur ki, ölkəmizdə qış turizminin coğrafiyası  böyüdükcə, Azərbaycana gələn turistlərin də sayı ilbəil artır.


Rəhman SALMANLI,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Həftəsonu Alp dağlarında qar uçqunlarında 6 nəfər ölüb  

22:19
11 Yanvar

Ukrayna Rusiyanın strateji neft və hərbi obyektlərinə hava zərbələri endirib

19:03
11 Yanvar

Sabahdan Gəncə-Qəbələ-Gəncə qatarı fəaliyyətə başlayır VİDEO  

18:17
11 Yanvar

Almaniya Kansleri Hindistana səfər edib  

18:02
11 Yanvar

Sabah bəzi meteohəssas insanlarda narahatlıq hissi yarana bilər  

17:58
11 Yanvar

Məsud Pezeşkian: İran hökuməti bütün zəruri dəyişiklikləri həyata keçirməyə hazırdır  

17:48
11 Yanvar

Ekokönüllülər Zəngəzur Milli Parkına ekskursiya edib  

17:17
11 Yanvar

Güləş üzrə Azərbaycan çempionatına yekun vurulub  

16:39
11 Yanvar

Bakıdan Ermənistana neft məhsullarının növbəti partiyası yola salınıb 

15:29
11 Yanvar

Ağdərədə mina hadisəsi zamanı bir nəfər xəsarət alıb

14:57
11 Yanvar

Almaniyada sol ekstremistlərə və radikal iqlim fəallarına qarşı tədbirlər sərtləşdiriləcək  

14:30
11 Yanvar

Volodimir Zelenski: Rusiyanın kritik infrastrukturlara zərbələrindən sonra Ukraynada vəziyyət ağır olaraq qalır  

14:02
11 Yanvar

“Qalatasaray” üzərində qələbəyə görə “Fənərbağça”nın futbolçularına 1,5 milyon avro mükafat verilib

13:53
11 Yanvar

Sabaha gözlənilən hava şəraiti açıqlanıb

13:23
11 Yanvar

IRENA-nın Baş direktoru: Ölkələrin bərpaolunan enerji strategiyalarını gücləndirməsinin vaxtı çatıb  

12:54
11 Yanvar

Stokholmda Qarabağ Həftəsonu Məktəbində yeni tədris ilinə start verilib 

12:43
11 Yanvar

Zaqatalada 27, Qaxda 15 santimetrədək qar yağıb – FAKTİKİ HAVA

11:31
11 Yanvar

Azərbaycan Beynəlxalq Bərpaolunan Enerji Agentliyinin 16-cı Assambleyasında təmsil olunur  

11:05
11 Yanvar

Xarici işlər nazirinin müavini Somali ilə bağlı fövqəladə iclasda iştirak edib  

10:48
11 Yanvar

Bu gün Dünya Qoruqlar və Milli Parklar Günüdür  

10:11
11 Yanvar

ABŞ Mərkəzi Komandanlığı Suriyada İŞİD-ə qarşı hücumla bağlı açıqlama yayıb- YENİLƏNİB  

09:09
11 Yanvar

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!