19 Sentyabr 2023 11:10
222
İQTİSADİYYAT
A- A+

Ölkəmizdə dəmir yolu sahəsində yeni layihəyə başlanılıb  

 

Avropa İnvestisiya Bankının və Avropa İttifaqının Əlaqəlilik üzrə Şərq Tərəfdaşlığı İnvestisiyaları (EPIC) proqramı Azərbaycanda yeni layihənin icrasına start verib.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin təşəbbüsü ilə həyata keçirilən layihə çərçivəsində dəmir yolu sahəsində Avropa İttifaqının qabaqcıl təcrübəsinin tətbiqi, həmçinin dəmir yolu xətləri və keçidlərinin ən müasir standartlara uyğunlaşdırılması istiqamətində əməkdaşlığın qurulması nəzərdə tutulub.

Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, layihənin ölkəmizin tranzit potensialının yüksəldilməsi və Orta Dəhlizin daha geniş istifadəsinin təmin edilməsi istiqamətində töhfə verəcəyi gözlənilir.

Qeyd edək ki, dəmir yolu sahəsini əhatə edən bu layihə Əlaqəlilik üzrə Şərq Tərəfdaşlığı İnvestisiyaları proqramı çərçivəsində ölkəmizdə icra olunacaq ilk layihədir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video