06 Avqust 2024 09:37
446
CƏMİYYƏT
A- A+

Ölkəmizdə biomüxtəlifliyin qorunmasını beynəlxalq təşkilatlar da qiymətləndirirlər

 

Azərbaycanın hər guşəsi, hər dağı, dərəsi, bir sözlə, bütün bölgələri gözəldir. Bu gözəlliyə gözəllik qatan ucsuz-bucaqsız meşələrdir, çiçəklərə bürünmüş ərazilərdir. Bu gözəlliyi qorumaq olduqca vacibdir. Dövlət tərəfindən qoruqların yaradılmasında da elə əsas məqsəd meşələrimizin, çaylarımızın, göllərimizin ərazisini mühafizə etmək, genişləndirmək və gələcək nəsillərə ötürməkdir.


Ölkəmizin ərazisində təbiəti və təbiətin qoynundakı canlıları mühafizə etmək üçün müxtəlif illərdə qoruqlar yaradılmışdır. Yaradıldığı vaxtdan onların  ərazisindəki meşələr, çaylar, göllər etibarlı şəkildə mühafizə edilir. İllərdən bəri təbiətin keşiyində dayanan qoruqlardan biri də 1929-cu ildə Lənkəran rayonunun ərazisində yaradılmış Qızılağac Dövlət Təbiət Qoruğudur. Ərazi əsasən yayı quraq keçən mülayim-isti yarımsəhradır. Qoruqda qış elə də soyuq olmur, mülayim keçir. Kiçik Qızılağac körfəzində su çiçəkləri, buynuzyarpaq, sulələyi və s. sualtı bitki örtüyü əmələ gəlmişdir. Qoruğun Böyük və Kiçik Qızılağac körfəzlərində 30 növdən çox balıq var. Qoruq zənginliyi ilə görənlərin diqqətini çəkir. Ərazidə məskunlaşmış quş növlərindən 20-yə qədərinin adı Azərbaycanın "Qırmızı Kitabı"na daxil edilmişdir. Qoruqda təkcə balıqlar, quşlar deyil, məməli heyvanların da bir çox növləri yaşayır. 
Qızılağac qoruğu təkcə ölkə əhəmiyyətli deyil. Gözəlliyi ilə görənləri heyran edən bu ərazi həm də beynəlxalq əhəmiyyət daşıyır. Qızılağac Dövlət Təbiət Qoruğu 1976-cı ildə "Su-bataqlıq yerləri Konvensiyası"nın (Ramsar) suətrafı və suda üzən quşların məskunlaşması üzrə 12 beynəlxalq əhəmiyyətli qoruq sırasına daxil edilmişdir. Onun ərazisi müxtəlif təbii landşaft sahələrindən ibarətdir. 61,9 min hektarı su akvatoriyası, 17,9 min hektarı cəngəlliklər, 26,3 min hektarı isə quru sahələrdir. 
Azərbaycan təbiətinin gözəlliyi dünyanı heyran edir. Ümummilli Lider Heydər Əliyev Azərbaycan təbiətinin həm böyük təəssübkeşi, həm də qayğıkeşi olmuşdur. Ulu Öndər daim ölkəmizin təbiətinin mühafizəsini diqqət mərkəzində saxlamış, verdiyi müvafiq fərman və sərəncamlarla bu sahəni daim inkişaf etdirməyə çalışmışdır. Ümummilli Lider 2001-ci il 4 iyul tarixində imzaladığı "Azərbaycan Respublikası dövlət təbiət və biosfer qoruqlarının ümumi Əsasnaməsinin və Azərbaycan Respublikasının milli parklarının ümumi Əsasnaməsinin təsdiq edilməsi haqqında" fərman çox böyük əhəmiyyət daşıyır. Həmin fərmanda Qızılağac Dövlət Təbiət Qoruğuna yüksək qiymət verilir.
Qızılağac Dövlət Təbiət Qoruğu respublikamızda sahəsinə görə birinci, yaranma tarixinə görə isə üçüncü qoruqdur. Onun ərazisi 88400 hektardır. Hər il yazda qoruğa yuva qurmaq üçün Şərq ölkələrindən qaranazlar, ərsindimdiklər, sarı və ağ vağlar, misir vağları və s. uçub gəlir. Burada turac, soltan toyuğu, qızılqaz, bəzgək, çay ördəkləri, qaşqaldaqlar, qu quşları və s. məskunlaşmışdır. Qoruğun təbiətinin rəngarəngliyi, bitki və əsasən də heyvanat aləminin zənginliyi əraziyə çox sayda gələn yerli və xarici turistlərin də diqqətini cəlb edir. 
Bu gün də ölkəmizdə təbiətin qorunması istiqamətində çox mühüm işlər görülür. Prezident İlham Əliyevin rəhbərliyi altında ətraf mühitin mühafizəsi, biomüxtəlifliyin qorunması və inkişafı sahəsində həyata keçirilən islahatları beynəlxalq təşkilatlar çox yüksək qiymətləndirirlər. Bu da təbiidir. Son illər ərzində dövlət başçısının prinsipial mövqeyi nəticəsində ətraf mühitin, xüsusən torpaqların mühafizəsi və meşələrin inkişafı sahəsində mühüm addımlar atılmışdır. Bu addımlar isə ölkəmizin zəngin təbiətini qorumaq, bərpa etmək və daha da zənginləşdirmək işinə böyük töhfələr vermişdir.

Vahid MƏHƏRRƏMOV,
"Azərbaycan"

 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video