14 İyun 2025 15:28
674
CƏMİYYƏT
A- A+
Ölkə ərazisində sabaha olan hava proqnozu açıqlanıb

Ölkə ərazisində sabaha olan hava proqnozu açıqlanıb


İyunun 15-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi saatlarından başlayaraq arabir güclənəcək.

Bu barədə AZƏRTAC-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, havanın temperaturu gecə 20-22, gündüz 25-28 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 755 millimetr civə sütunu olacaq. Nisbi rütubət gecə 70-75, gündüz 60-65 faiz təşkil edəcək.

Azərbaycanın şimal və qərb rayonlarından başlayaraq bəzi yerlərdə arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv və güclü olacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi dağlıq ərazilərdə arabir duman olacaq.

Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 18-23, gündüz 29-34, dağlarda gecə 8-13, gündüz 15-18 dərəcə isti olacaq.

Naxçıvan şəhəri, Culfa, Ordubad, Sədərək, Şahbuz və Şərurda hava şəraiti əsasən yağmursuz keçəcək. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Arabir duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 17-22, gündüz 32-37 dərəcə isti təşkil edəcək.

Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Füzuli, Ağdam, həmçinin Daşkəsən-Gədəbəy, Göygöldə əsasən yağmursuz hava gözlənilir. Lakin gündüz bəzi dağlıq ərazilərdə arabir yağış yağacaq, şimşək çaxacaq. Ayrı-ayrı yerlərdə qısamüddətli leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Arabir duman gözlənilir, qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 12-16, gündüz 20-25, bəzi yerlərdə 28-30 dərəcə isti olacaq.

Şərqi Zəngəzur: Cəbrayıl, Kəlbəcər, Qubadlı, Laçın, Zəngilanda hava əsasən yağmursuz olacaq. Lakin gündüz dağlıq ərazilərdən başlayaraq bəzi yerlərdə fasilələrlə yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Arabir duman olacaq, qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 11-16, gündüz 20-25, bəzi yerlərdə 28 dərəcə isti təşkil edəcək.

Qazax, Gəncə, Samux, Goranboy, Tərtər, Şəmkir, Tovuz, Naftalanda Bəzi yerlərdə arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv və güclü lacağı, dolu düşəcəyi ehtimalı var. Arabir duman gözlənilir,qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 17-21, gündüz 25-30 dərəcə isti olacaq.

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusarda bəzi yerlərdə arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv və güclü olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə sulu qara keçəcəyi ehtimalı var. Arabir duman gözlənilir. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 13-18, gündüz 23-28, dağlarda gecə 8-13, gündüz 15-18 dərəcə isti təşkil edəcək.

Yevlax, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Bərdə, Beyləqan, Sabirabad, Mingəçevir, Biləsuvar, Saatlı, Göyçay, Ucar, Şirvan, Hacıqabul, Zərdab, Salyan, Neftçalada əsasən yağmursuz hava proqnozlaşdırılır. Lakin gecəyə doğru bəzi qərb rayonlarında arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli leysan xarakterli lacağı, dolu düşəcəyi ehtimalı var. Arabir duman gözlənilir. Qərb küləyi gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 18-23, gündüz 29-34 dərəcə isti olacaq.

Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara, Biləsuvar, Cəlilabadda hava əsasən yağmursuz olacaq. Lakin axşam bəzi yerlərdə arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Arabir duman gözlənilir. Şimal-şərq küləyi bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 19-22, gündüz 27-32, dağlarda gecə 18-20, gündüz 22-26 dərəcə isti təşkil edəcək.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Ankarada qardaşlıq dialoqu: Günay Əfəndiyeva diplomatiya və Türk dünyasının gələcəyindən danışıb  

12:51
30 Aprel

Prezident İlham Əliyev Avropa çempionatında komanda hesabında çempion olan güləşçiləri qəbul edib YENİLƏNİB

12:50
30 Aprel

Xocavənd rayonunun Xocavənd kəndinə növbəti köç karvanı yola salınıb

12:39
30 Aprel

Zelenskinin Rusiyanın atəşkəs təklifinə reaksiyası

12:33
30 Aprel

“Azərkosmos”un ixrac etdiyi xidmətin dəyəri 4 milyon dolları ötüb

12:23
30 Aprel

Geosiyasi gərginlik fonunda Avropada qaz qiymətləri yenidən artdı  

12:05
30 Aprel

Bakıda bədii gimnastika üzrə Avropa Kuboku start götürüb

11:56
30 Aprel

Türkiyənin Şanlıurfa vilayətindən Azərbaycana minlərlə ting göndərilib  

11:44
30 Aprel

Körfəzdə gərginlik: neftin qiyməti 140 dollara çata bilər

11:24
30 Aprel

Qlobal neft ehtiyatları 1,57 trilyon bareli keçib

11:09
30 Aprel

Keçən il OPEC-in qlobal neft ixracındakı payı 44,6 faiz olub

11:01
30 Aprel

WUF13 prinsipləri və Azərbaycanın yanaşması: milli təcrübədən qlobal nümunəyə  

10:57
30 Aprel

DİN: Ötən gün axtarışda olan 139 nəfər saxlanılıb

10:49
30 Aprel

“AzerGold” QSC-nin birinci rübdə ümumi satış gəlirləri 18 faiz artıb

10:37
30 Aprel

Şəkər və qənnadı məmulatları üzrə ixrac gəlirləri 4 dəfədən çox artıb

10:34
30 Aprel

Azərbaycan nefti 122 dollara satılıb 

10:05
30 Aprel

Dünya bazarında qızıl ucuzlaşıb, gümüş bahalaşıb

10:01
30 Aprel

Dünya birjalarında neft kəskin bahalaşıb

09:53
30 Aprel

Azərbaycan Dövlət Neft Akademiyasında törədilmiş terror aktından 17 il ötür

09:43
30 Aprel

Pakistan İrana malların daşınmasını asanlaşdırmaq üçün bir neçə quru yol açıb  

09:31
30 Aprel

Niyə istifadə etmədiyimiz bəzi əşyaları ata bilmirik

09:25
30 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!