22 Yanvar 2025 16:02
441
İDMAN
A- A+
Olimpiyaçılarımızın Paris-2024-də qazandığı medallar geri qaytarılacaq

Olimpiyaçılarımızın Paris-2024-də qazandığı medallar geri qaytarılacaq


Paris-2024 Yay Olimpiya Oyunlarında mükafat qazanan 7 idmançımızdan beşinin medalı keyfiyyətsiz olduğu üçün Oyunların Təşkilat Komitəsinə geri qaytarılacaq. Milli Olimpiya Komitəsinin mətbuat katibi Murad Fərzəliyev məsələ ilə bağlı Beynəlxalq Olimpiya Komitəsinə müraciət olunacağını bildirib.

O, Paris-2024-ün Olimpiya çempionu Hidayət Heydərov və sərbəst güləş üzrə bürünc medalçımız Maqomedxan Maqomedovdan başqa, digər beş idmançının medallarının geri qaytarılacağını deyib. Bildirilib ki, cüdo üzrə Olimpiya çempionumuz Zelim Kotsoyevlə yanaşı, olimpiadanın gümüş medalçıları taekvondoçu Qaşim Maqomedov, boksçu Alfonso Dominqes və bürünc medalçılar - yunan-Roma güləşçisi Həsrət Cəfərov, sərbəst güləşçi Giorgi Meşvildişvilinin medalları keyfiyyətini itirib.

Məsələ ilə bağlı prosesə başlanıldığını deyən Murad Fərzəliyev hər bir idmançının yeni medalla təmin olunması üçün çalışacaqlarını qeyd edib. Qeyd edək ki, Azərbaycan Olimpiya komandası Paris-2024 Yay Olimpiya Oyunlarını 2 qızıl, 2 gümüş və 3 bürünc medalla başa vurub. Komandamız bu nəticə ilə medal sıralamasında Xorvatiya ilə birlikdə 30-31-ci yerləri bölüşdürüb.

Xatırladaq ki, Fransanın paytaxtı Parisdə keçirilən XXXIII Yay Olimpiya və Paralimpiya Oyunlarında mükafat qazanan 100-dən artıq idmançının qazandığı medallar keyfiyyət səbəbindən geri qaytarılıb. Çoxsaylı şikayətlərdən sonra Paris-2024-ün Təşkilat Komitəsi zədə və ya keyfiyyətsizliyə görə şikayət edən bütün idmançıların medallarını dəyişdirəcəyini vəd edib.

«Azərbaycan»


Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Ceyhun Bayramov Serbiyanın Dövlətçilik Günü münasibətilə təşkil olunmuş qəbulda iştirak edib  

18:39
16 Fevral

Dövlət İmtahan Mərkəzi xarici dillər üzrə fəlsəfə doktoru imtahanı keçirib

18:33
16 Fevral

Premyer Liqa: “Turan Tovuz” son dəqiqələrdə vurulan qolla “Araz-Naxçıvan”a qalib gəlib  

18:23
16 Fevral

Ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanı keçirilib

17:34
16 Fevral

Azərbaycanla qaz sazişinin təsdiqinə dair qanun layihəsi Türkiyə parlamentinin gündəliyinə daxil edilib

16:27
16 Fevral

Xəzər dənizinin qırmızı rəngə boyanmasının səbəbi açıqlanıb

15:09
16 Fevral

Bakı-Qazax yolunda duman səbəbindən baş verən zəncirvari qəzada iki nəfər ölüb YENİLƏNİB

15:05
16 Fevral

Sabah hava əsasən yağmursuz keçəcək  

15:02
16 Fevral

Prezident İlham Əliyev: Azərbaycan ilə Litva arasında dostluq və əməkdaşlıq əlaqələri xoş ənənələrə malikdir  

11:31
16 Fevral

Litva Respublikasının Prezidenti Zati-aliləri cənab Gitanas Nausedaya

11:25
16 Fevral

FAKTİKİ HAVA: Sarı xəbərdarlığa uyğun olaraq Bakıda və Abşeron yarımadasında külək güclənib

11:24
16 Fevral

Ceyhun Bayramov Latviyanın xarici işlər naziri Baiba Braje ilə görüşüb  

11:14
16 Fevral

Ordubad rayonunun dağlıq ərazisində biotexniki tədbir keçirilib  

10:18
16 Fevral

Şotlandiyada Vüqar Həşimovun xatirəsinə həsr olunmuş şahmat turniri keçirilib  

10:03
16 Fevral

Azərbaycan XİN rəhbəri Serbiyaya işgüzar səfərə yola düşüb  

09:48
16 Fevral

Bilmək istəyirəm

09:35
16 Fevral

Münxendə avtomobillə hücum nəticəsində xəsarət alanlardan ikisi ölüb

09:33
16 Fevral

Kloze də Mahir Emrelinin getmək istədiyini təsdiqlədi

09:30
16 Fevral

"Neftçi"də ciddi itkilər

09:25
16 Fevral

Boksçularımız Rumıniyada rinqə çıxırlar

09:20
16 Fevral

"Tanrı bilir ki, sən mənim ikinci atamsan" - Almeydadan Qurban Qurbanova

09:15
16 Fevral

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!