Prezident
Səfərlər
Birinci vitse-prezident
Qəbullar
Fərmanlar
Sərəncamlar
Məktublar
Qanunlar
Tədbirlər
Əlaqə
Azərbaycan Respublikası, Bakı ş., Mətbuat pr. 529-cu məhəllə, 4-cü mərtəbə
(+994 12) 539 49 20, 538-31-11
Böyük mənəvi gücə malik olan Novruz bayramı ulu əcdadlarımızın bizə verdiyi ən gözəl yadigar olub, Azərbaycan xalqının milli ruhunu və yaddaşını, onun daxili aləmini bütün zənginliyi ilə yaşadır.
Heydər ƏLİYEV
Novruz xalqımızın mifik düşüncə və təsəvvürlərini özündə yaşadan və bu günümüzə yetirən qədim xalq bayramıdır. Bu bayram çox əski çağlarda Şərq dünyasında həm yazın gəlişi, yeni mövsümün başlanması, əkinçilik və maldarlıq mədəniyyəti ilə bağlı, həm də xalqın mənəvi-əxlaqi dəyərlərini, humanizm və həmrəylik kimi bəşəri duyğuları qabarıq şəkildə göstərən ayin və etiqadlar sistemidir.
Novruz bayramı xalqın ən ülvi duyğularının, sülh, dostluq, birlik, səmimiyyət, mərhəmət hisslərinin yüksək ifadəçisinə çevrilmişdir. Müəyyən məqamlarda Novruza yasaqlar qoyulsa da, xalq arasında bayram bütün özəllikləri ilə birgə təntənəli şəkildə qeyd olunmuşdur.
1993-cü ildə Ulu Öndər Heydər Əliyevin tarixi sərəncamından sonra Novruz bayramı artıq dövlət səviyyəsində qeyd edilməyə başladı. Bu isə Novruzla bağlı həqiqətin bərpa olunmasına və bayramın dünya xalqları arasında tanınmasına zəmin yaratdı.
Təqdirəlayiq haldır ki, 2009-cu ildə Heydər Əliyev Fondunun prezidenti, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Novruz bayramı və aşıq sənəti UNESCO-nun dünya xalqlarının qorunan qeyri-maddi mədəni irsi siyahısına daxil edilmişdir. Birləşmiş Millətlər Təşkilatının Baş Məclisi martın 21-ni "Beynəlxalq Novruz günü" elan etmişdir.
Novruz xalq təfəkküründə milli-mədəni dəyərləri möhkəmlətdiyindən onu müxtəlif dinlər, o cümlədən zərdüştilik və islamla bağlamağa çalışmış və bu bayramı ayrı-ayrı dini təriqətlərin bayramı kimi təqdim etmək istəmişdilər. Lakin Novruz bütün dinlərdən və təriqətlərdən tamamilə uzaq, yazın gəlişini gözləyən xalqın müxtəlif ayin, etiqad və mərasimlərlə zəngin olan möhtəşəm, ürəklərə sevinc və mərhəmət gətirən bayramıdır. Novruz bayramı martın 20, 21-22-də (köhnə təqvimlə 7, 8, 9 martda) xalq tərəfindən sevə-sevə qeyd edilmişdir.
Novruz bayramı haqqında müxtəlif mənbələrdə maraqlı məlumatlar verilmişdir. Biz bu gün onlarla tanış olarkən bu bayramın Şərq xalqlarının tarixində, məişətində, dünyagörüşündə kök salan mahiyyətini bir daha açıqlamaq imkanını əldə edirik. Bu mənbələr arasında XI əsr ərəb tarixçisi Əbu Reyhan Əl-Biruninin (973-1048) "Qədim xalqlardan qalmış yadigarlar", "Qanuni-məsudi", "Ət-təhfim" əsərlərində, Ömər Xəyyamın (1045-1131) "Novruznamə" risaləsində, XI əsr ərəb alimi Nizamül-Mülkün "Siyasətnamə"sində və digər əsərlərdə Novruz haqqında məlumatlar verilir. Məsələn, "Novruznamə" əsərində göstərilir ki, "Cəmşid bu günü Novruz adlandırmaq barədə fərman verdi: Hər il fərvərdin (mart) ayının başlanğıcını bayram eləməyi, yeni ili həmin gündən hesablamağı əmr elədi". Firdovsinin "Şahnamə" əsərində bayramın fərvərdinin əvvəlində keçirildiyi barədə məlumat verilir. N.Gəncəvinin "İskəndərnamə", Ə.Nəvainin "Səddi-İskəndər" əsərlərində Novruzun hələ bizim eradan 350 il əvvəl keçirilməsi göstərilir. Nizaminin əsərində İskəndərin Bərdə hökmdarı Nüşabəyə qonaq gəldiyi gün məhz Novruz bayramına təsadüf edir, bu zaman hətta Novruz bayramının əsas atributlarından olan günəşin rəmzi sayılan qoğal və bəzi bölgələrimizdə (Qazax, Tovuz və s.) Novruz şirniyyatı olan qatlamalar süfrəyə düzülür.
Novruz mövsüm mərasimi olduğuna görə, həm də təqvim bayramıdır. Uzun müddət qışın soyuğundan, çətinliyindən əziyyət çəkən xalqlar yazın gəlişini gözləyirlər və bu bayramı təntənə ilə, sevinc və ruh yüksəkliyi ilə qarşılayırlar. Azərbaycanda Novruz bayramı xüsusi təmtəraqla, silsilə oyun, tamaşa və nəğmələrin müşayiəti ilə keçirilir. Burada xüsusən "Cıdır tamaşaları", "Zorxana tamaşaları", "Daşqaldırma", "Qılıncoynatma", "Buğa döyüşdürmə", "Dəvədöyüşdürmə", "Qoçdöyüşdürmə", "Kosa-kosa", "Çövkən", "Qurd", "Aşıq-aşıq", "Usta-şəyird" və s. oyunları misal göstərmək olar.
Çövkən Orta əsrin otüstü oyunları içərisində ən şöhrətli və erkən milli oyunlarımızdan biridir. Dünya miqyasında bu oyun artıq layiqli yerini tutmuş, yəni 2013-cü ildə Azərbaycan hökumətinin müraciəti əsasında çövkən oyunu UNESCO-nun dünya xalqlarının qorunan qeyri-maddi mədəni irs siyahısına daxil edilmişdir.
Xalqımızın ulu bayramlarından ən möhtəşəmi olan Novruz erkən dövr mifik düşüncə və təsəvvürləri, ayin-etiqadları, inancları, mərasimləri özündə yaşadıb bu günümüzə yetirən humanizm, həmrəylik kimi bəşəri duyğuları qabarıq şəkildə göstərən mənəvi dəyərlər sistemidir. Novruz insana həyat verən, ilk insanın yaranmasında bilavasitə iştirak edən dörd müqəddəs varlığın adı ilə bağlıdır ki, bunlar Su, Od, Yel və Torpaqdır. Mərasim folklorumuzda törəniş təsəvvürlərini yaradan həmin müqəddəs varlıqlar İlaxır çərşənbələrin rəmzinə çevrilmiş, yaradılış və həyatvericilik funksiyasını formalaşdırmışdır.
Çərşənbə "çaharşənbə" ifadəsinin işlək variantı kimi dilimizə daxil olmuşdur. Mənbələr göstərir ki, "çərşənbə" günü yer üzündə həyatın yaranması gününün axşamı, ərəfəsi sayılmışdır. Hətta həmin gün digər günlərdən daha düşərli, yüngül olduğu üçün "mübarək gün" hesab edilmişdir.
Əski inanc və etiqadlara görə, dörd çərşənbənin hər birində bir həyat varlığı "dirilir", oyanır, təzələnir və bununla bağlı olaraq xalq arasında müxtəlif ayinlər, mərasimlər keçirilmişdir. Novruzun müjdəçisinə çevrilən İlaxır çərşənbələrin hər biri mifoloji mənbələrə istinad edir.
Novruz təbiətin dirçəlişi, oyanışı ilə bağlı yaranan bayramdır.
Novruz çərşənbələrinin əsas qayəsini təşkil edən, dünyanın və insanın yaranmasında bilavasitə iştirak edən dörd müqəddəs varlıq barədə Qurani-Kərimdə də məlumat verilir.
Şimal yarımkürəsində astronomik yazın başlanması, yəni gecə ilə gündüzün bərabərləşməsi ilə bağlı keçirilən bahar bayramı bir çox Şərq ölkələrində, o cümlədən İran, Əfqanıstan, Pakistan, Özbəkistan, Tacikistan, Qırğızıstan və başqa ölkələrdə də bayram edilir. Misirdə yazın gəlişi "Şəmmuu-n-nəsim"- yaz və artım, məhsuldarlıq bayramı ilə bağlı müxtəlif mərasim və ayinlərin icrası ilə qeyd edilir. Şərq xalqları bu bayramı islamdan əvvəlki dövrlərdə keçirmişlər. Yaxın və Orta Şərqin bir çox ölkələrində bu bayram əziz və səbirsizliklə gözlənilən bir mərasim kimi qeyd edilir. Təbiətə sitayiş, təbiətin qış yuxusundan ayılması ilə bağlı olan Novruzun mərasimləri qədim tarixə malikdir və zaman keçdikcə bu mərasimlər yeni-yeni elementlərlə zənginləşmişdir. Bu bayramın rəmzlərindən əsası yenilənmə, gələcəyə böyük ümidlər bəsləməkdir.
Ülkər NƏBİYEVA,
Bakı Dövlət Universitetinin professoru, filologiya elmləri doktoru
ABŞ administrasiyası miqrantlarla bağlı qərarını verdi
Ötən gün 2 avtomat silahı və 7 tüfəng təhvil götürülüb
Energetika naziri G20 Enerji Keçidi Nazirlər İclasında COP29-un təşəbbüslərindən danışıb
Macar parlamentari: AŞPA-nın Azərbaycanla bağlı müvafiq həll yolu tapmasının əsl vaxtıdır
Birinci mərhələdə Horovluya 1400-ə yaxın sakin köçürüləcək
Eka Sepaşvili: AŞPA-da Azərbaycan nümayəndə heyətinin mövqelərini eşitmədən mühakimə yürütmək düz deyil
Azərbaycanın Baş naziri Minskin Novaya Okolitsa azmərtəbəli yaşayış massivində olub
Ötən gün 32 cinayətin üstü açılıb
Heydər Əliyev Mərkəzində “Tağıyev: Neft” bədii filminin premyerası olub
Uqanda ordusunun komandanı ABŞ səfirini ölkədən çıxarmaqla hədələyib
Zərdabda narkokuryer saxlanılıb
Ermənistanın Azərbaycanın yaşayış məntəqələrini növbəti dəfə raket hücumuna məruz qoymasından 4 il ötür
Dünyanın “qırmızı mirvarisi” beyni inkişaf etdirir, yaddaşı gücləndirir
Gürcüstanda yaşayan soydaşlarımız Azərbaycan dövlətinin diqqət və qayğısından razıdırlar
Azərbaycan və Kolumbiya vətəndaşlarının qarşılıqlı səfərlərinin sadələşdirilməsi barədə müzakirələr aparılıb
Azərbaycan neftinin qiyməti 81 dolları ötüb
Ermənistanda gərginlik artır
"İnsan hüquqları və dünya dinləri" mövzusunda seminar təşkil olunub
Azərbaycan Prokurorluğunun veteranı Rüstəm Usubovun 70 illik yubileyi qeyd olunub
Köçəri quşlar Azərbaycandan niyə yan uçur?
Mənim Musa müəllimim
Prezident İlham Əliyev Bakıda Aşıq Ələsgərin abidəsinin açılışında iştirak edib YENİLƏNİB30 Sentyabr 2024
İnkişaf büdcəsi29 Sentyabr 2024
Prezident İlham Əliyev bir daha bəyan etdi28 Sentyabr 2024
Zəfərlə anırıq...27 Sentyabr 2024
VƏTƏNİN ŞƏHİD BALALARI27 Sentyabr 2024
Azərbaycan yeni strateji dövrdə26 Sentyabr 2024
"Azərbaycan"-ın 1918-1920-ci illərdə dərc olunan nömrələrinin transliterasiyası
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!