13 May 2026 09:00
356
İQTİSADİYYAT
A- A+
Neftin bahalaşması fonunda qızıl niyə ucuzlaşır?

Neftin bahalaşması fonunda qızıl niyə ucuzlaşır?


Yaxın Şərqdə davam edən hərbi və geosiyasi gərginlik dünya iqtisadiyyatında yeni dalğalanma mərhələsi yaradıb. Təcrübə göstərir ki, adətən, iqtisadi böhranlar zamanı investorların sığındığı əsas aktivlərdən biri qızıl olur. Digəri isə enerji bazarı ilə birbaşa əlaqəli olan neftdir. Lakin bu dəfə baş verənlər ənənəvi qaydaları dəyişib, yəni neft kəskin bahalaşdığı halda qızıl dəyərini itirir. Bu dəyişiklik qlobal iqtisadiyyatın risklərə reaksiyasının dəyişdiyini göstərən mühüm siqnaldır.

"Euronews" telekanalı xəbər verir ki, fevralın 27-dən bəri "Brent" markalı neft təxminən 37 faiz bahalaşıb. Eyni dövrdə qızıl isə 10 faiz dəyər itirib. Bu, investorların ənənəvi qorunma strategiyalarının yenidən nəzərdən keçirilməsinə səbəb olub.

Bəs nə üçün neftin qiyməti yüksəlir? Əlbəttə ki, əsas səbəb bazarda yaranan kəskin qıtlıqdır. Fars körfəzində gündəlik 14,5 milyon barel neft istehsalının dayanması qlobal ehtiyatların rekord səviyyədə azalmasına gətirib çıxarıb. Nəticədə qiymətlər sürətlə artıb və bazar tarazlığı pozulub. Neft bazarında mexanizm sadədir, təklif azalanda, tələb uyğunlaşana qədər qiymətlər yüksəlir. Bu səbəbdən neft inflyasiyanın birbaşa mənbəyindən qazanc əldə etməyə imkan verir.

Dünya nəhənglərindən "Goldman Sachs" bankının analitiklərinin qiymətləndirməsinə görə, bu cür geosiyasi vəziyyət qlobal enerji balansını pozaraq nefti "inflyasiyanın əsas mühərriki"nə çevirir. Yəni neft sadəcə qiymət artımı yaşamır, həm də ümumi iqtisadi inflyasiyanı artıran əsas faktora çevrilir.

Bəs qızıl niyə dəyər itirir? Tarixən qızıl müharibə, böhran və inflyasiya dövrlərində investorlar üçün əsas sığınacaq olub. Lakin bu dəfə vəziyyət fərqlidir. Qızılın dəyərinin dəyişməsinin əsas səbəbi onun gəlir gətirməyən aktiv olmasıdır. O, nə faiz ödəyir, nə də dividend verir. Buna görə də onun "cazibəsi" birbaşa faiz dərəcələrindən asılıdır. Hazırda ABŞ Federal Ehtiyat Sistemi ilə bağlı gözləntilər dəyişib. Bazar əvvəlcə faiz endirimlərini gözləyirdi. Lakin Yaxın Şərq böhranı ilə birlikdə inflyasiya risklərinin artması bu gözləntiləri zəiflədib. İndi investorlar daha uzun müddət yüksək faizlərin qalacağını, hətta növbəti addımın faiz artımı ola biləcəyini düşünürlər. Bu isə qızıl üçün mənfi siqnaldır. Çünki yüksək faizlər investorları qızıla deyil, dövlət istiqrazları kimi gəlir gətirən aktivlərə yönləndirir. Nəticədə son həftələrdə qızıl təxminən 10 faiz ucuzlaşıb. Bu isə onun "hər zaman etibarlı aktiv" olması barədə stereotipi ciddi şəkildə zəiflədir.

Ənənəvi iqtisadi nəzəriyyəyə görə, müharibə və böhran dövrlərində qızıl qiymət qazanmalıdır. Lakin hazırkı vəziyyət göstərir ki, bu qayda artıq işləmir. Analitiklərin fikrincə, qızıl artıq birbaşa geosiyasi risklərə yox, həmin risklərə verilən iqtisadi və maliyyə reaksiyalarına daha çox həssasdır. Bəs bu nə deməkdir? Əgər böhran olur, amma mərkəzi banklar vəziyyəti idarə edə bilirsə, qızılın dəyəri zəifləyir. Əgər böhran mərkəzi banklara inamı sarsıdırsa, qızıl güclənir. Yəni qızıl artıq "sistemin etibarlılığına qarşı sığorta" rolunu oynayır.

Beləliklə, hazırkı böhran iki aktivin tam əks istiqamətdə hərəkət etdiyini göstərir. Yəni neft real iqtisadi böhrandan faydalanır, qızıl isə maliyyə siyasəti və faiz gözləntilərinə bağlanır. Neft birbaşa fiziki bazarla əlaqəlidir, yəni nə qədər az təklif varsa, qiymət bir o qədər yüksəlir. Qızıl isə daha çox maliyyə sisteminə bağlıdır, yəni faizlər və dolların gücü onun əsas hərəkətverici faktorudur.

Onu da qeyd edək ki, neftin bahalaşması avtomatik olaraq qlobal inflyasiyanı artırır. Enerji qiymətləri yüksəldikcə nəqliyyat, istehsal və istehlak xərcləri də artır. Bu vəziyyət investorlar üçün təzad yaradır. Belə ki, neft inflyasiyanı artırır və ondan qazanc əldə etmək mümkündür. Qızıl isə inflyasiyaya qarşı qoruma olmalı idi, lakin hazırda zəifləyir. Bu təzad göstərir ki, bazarlar artıq klassik modellərlə tam izah olunmur.

"Goldman Sachs" bankı uzunmüddətli perspektivdə qızılın yenidən yüksələ biləcəyini proqnozlaşdırır. Qeyd olunur ki, 2026-cı ilin sonuna qədər qızılın unsiyası 5400 ABŞ dolları səviyyəsinə qədər arta bilər. Bunun əsas səbəbləri isə mərkəzi bankların qızıl ehtiyatlarını artırması, dollar asılılığının azalması, qlobal borc səviyyələrinin yüksəlməsidir. Lakin qısa müddətdə risklər daha çox neftlə bağlıdır. Xüsusilə Hörmüz boğazı kimi strateji ərazilərdə gərginlik davam edərsə, neft qiymətləri yüksək qalacaq və bu da qlobal inflyasiya təzyiqini artıracaq. 


T.VERDİYEVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Dünya çempionatı: Avstriya millisi İordaniyanı məğlub edib

10:39
17 İyun

BMT üzv dövlətləri minaları qadağan edən müqaviləyə əməl etməyə çağırıb  

10:31
17 İyun

Prezident İlham Əliyev ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvünü qəbul edib

10:23
17 İyun

MSK-nın nümayəndə heyəti Gürcüstanda beynəlxalq tədbirdə iştirak edəcək

10:08
17 İyun

MN: Pirəkəşküldə istismar müddəti başa çatmış döyüş sursatları məhv ediləcək

10:03
17 İyun

Cəbrayıl rayonunun Şükürbəyli kəndinə növbəti köç karvanları yola salınıb  

10:01
17 İyun

Azərbaycan nefti 82 dollara satılır

09:57
17 İyun

Ermənistanda seçkisonrası siyasi gərginlik davam edir

09:55
17 İyun

"Azərenerji"də qanvermə aksiyası keçirilib

09:50
17 İyun

Su fasiləsi: futbolçuların sağlamlığı, yoxsa reklamçıların qazancı

09:45
17 İyun

Dənizin ortasında şəhər: Dünyanın ən böyük neft platformaları

09:43
17 İyun

İntellekt və idarəçilik yarışı

09:40
17 İyun

Tələbələr inzibati binanın şəbəkə topologiyası layihəsini hazırlayıblar

09:35
17 İyun

Dünya çempionatı: Messinin het-triki Argentinaya Əlcəzair üzərində qələbə qazandırıb

09:34
17 İyun

Onlar ölkəmizin həm də bu günüdür

09:30
17 İyun

Baş nazir Əli Əsədova “Bright Uzbekistan” layihəsi təqdim olunub

09:27
17 İyun

Salyanda taxıl biçini ilə əlaqədar məsələlər müzakirə edilib

09:25
17 İyun

Dünya çempionatı: Norveç qələbə qazanıb

09:23
17 İyun

Qusarda "Oxu bayramı"

09:20
17 İyun

Havalar qeyri-sabit keçsə də...

09:15
17 İyun

Vens: ABŞ-İran razılaşması İsrail, Livan və Körfəz ölkələrini də əhatə edəcək

09:12
17 İyun

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!