08 Aprel 2026 08:35
160
İQTİSADİYYAT
A- A+
Neftin bahalaşması dünyaya necə təsir edir

Neftin bahalaşması dünyaya necə təsir edir


Yaxın Şərqdə baş qaldıran yeni hərbi gərginlik, xüsusilə Hörmüz boğazının bağlanması enerji bazarlarına təsirsiz ötüşməyib. Dünya neft daşımalarının ən strateji marşrutlarından biri sayılan bu boğaz ətrafında risklərin artması "qara qızıl"ın qiymətini yüksəldib.

Məlumatlara görə, dünya üzrə daşınan neftin təxminən 20 faizi məhz Hörmüzdən keçir. Belə bir yolun risk altına düşməsi neft idxalçılarını gərgin  vəziyyətə salır. Enerji qiymətlərində hər artım birbaşa olaraq nəqliyyat, ərzaq, istehsal və xidmət sektorlarında xərclərin yüksəlməsi ilə nəticələnir. Bu isə son nəticədə vətəndaşların gündəlik həyatına təsir edir.

Hazırkı vəziyyət göstərir ki, bir çox ölkə artıq enerji böhranının nəticələrinə qarşı fövqəladə tədbirlər planı hazırlayıb. Böyük Britaniyada dizel yanacağının qiyməti son illərin ən yüksək həddinə yüksəlib. Hökumət yanacağa tətbiq olunacaq əlavə verginin yenidən nəzərdən keçirilməsini gündəmə gətirib. Eyni zamanda müəyyən enerji siyasətinin hazırlanması, fövqəladə hallar üçün dövlətin ehtiyat yanacaq bazasının tətbiqi kimi məsələlər müzakirə olunur.

Avstraliya isə sosial yükü azaltmaq üçün daha fərqli üsula əl atıb. Belə ki, Tasmaniya və Viktoriya ştatlarında ictimai nəqliyyat pulsuz elan olunub ki, bu da əhalinin yaşayış xərclərini azaltmağa yönəlmiş əhəmiyyətli addımdır. Bu qərar yanacaq sərfiyyatını azaltmaqla yanaşı, insanların şəxsi avtomobillərdən istifadəsini minimuma endirməklə ümumi enerji istehlakını aşağı salmağa xidmət edir.

Misirdə vəziyyət daha sərt inzibati tədbirlərlə müşayiət olunur. Enerjiyə qənaət məqsədilə restoran, mağaza və kafelərin axşam saat 21:00-dək bağlanması qərara alınıb. Küçə işıqları və reklam lövhələrinin söndürülməsi, bəzi işçilərin həftədə ən azı bir gün məsafədən işləməyə keçməsi enerji böhranının şəhər həyatına birbaşa müdaxilə etdiyini göstərir. Bu addımlar enerji istehlakını azaltmaqla yanaşı, hökumətin vəziyyətin ciddiliyini dərk etdiyini ortaya qoyur.

Asiyanın digər ölkələrində isə problem daha çox yanacaq çatışmazlığı və sosial məhdudiyyətlər şəklində özünü göstərib. Myanmada şəxsi avtomobillər üçün limitli yanacaq sistemi tətbiq olunub. QR kodlar vasitəsilə gündəlik yanacaq limiti müəyyən edilir. Burada artıq inzibati nəzarət ön plana keçib. Ölkədə aviaşirkətlərin bəzi marşrutları dayandırması və biletlərin kəskin bahalaşması isə böhranın nəqliyyat sektoruna ciddi zərbə vurduğunu göstərir.

Pakistan və Filippin kimi ölkələrdə dövlət qurumları dörd-günlük iş həftəsinə keçib. Bu addım bir tərəfdən ofislərdə enerji istehlakını azaltmağa, digər tərəfdən isə nəqliyyat xərclərini minimuma endirməyə hesablanıb. Pakistanda toy və şənliklərdə qonaq sayının 200 nəfərlə məhdudlaşdırılması, xarici səfərlərin yalnız zəruri hallarda mümkün olması enerji böhranının sosial həyata ciddi təsir etdiyini göstərir. Filippində isə dövlət qurumlarına enerji istehlakını 20 faiz azaltmaq barədə birbaşa göstəriş verilib.

Yaponiyada benzin qiymətlərində təxminən 9 faizlik artım qeydə alınıb. Hökumətin subsidiyaları qiymət artımının təsirini müəyyən qədər yumşaltsa da, iqtisadi təzyiqin artdığı açıq hiss olunur. Yaponiya kimi sənaye nəhəngi üçün enerji qiymətlərində hər dəyişiklik istehsal xərclərinə, ixraca və ümumi iqtisadi tempə təsir göstərir.

Tayland və Şri-Lanka da enerjiyə qənaət tədbirlərini sərtləşdirən ölkələr sırasındadır. Taylandda dövlət qulluqçularına işıqları söndürmək, lift əvəzinə pilləkənlərdən istifadə etmək və xarici səfərləri dayandırmaq tapşırılıb. Şri-Lankada isə dövlət müəssisələri, məktəblər və universitetlər üçün dördgünlük iş həftəsi tətbiq edilib, sürücülər üçün həftəlik 15 litrlik yanacaq limiti müəyyən olunub. 

Banqladeşdə vəziyyət daha kəskin xarakter alıb. Universitetlərin müvəqqəti bağlanması, bəzi dini və ictimai tədbirlərin təxirə salınması böhranın cəmiyyətin bütün təbəqələrinə təsir etdiyini göstərir. Artan idxal xərclərini qarşılamaq üçün 2,5 milyard dollar xarici maliyyə dəstəyi axtarılması isə ölkənin iqtisadi təzyiq altında olduğunu açıq şəkildə ortaya qoyur.

Vyetnam isə vergi güzəştləri yolu ilə bazarı sabitləşdirməyə çalışır. Benzin, dizel və aviasiya yanacağı üzrə əlavə dəyər vergisinin müvəqqəti ləğv olunması qiymət artımının vətəndaşlara təsirini azaltmağa xidmət edir. Eyni zamanda vətəndaşlara velosiped və alternativ nəqliyyat vasitələrindən istifadə tövsiyə olunur. 

Bütün bunlar göstərir ki, neftin bahalaşması sıradan bir hadisə deyil. Bu proses ölkələrin iqtisadi siyasətinə, sosial həyatına, iş rejiminə, nəqliyyat sisteminə və hətta insanların gündəlik davranışlarına qədər təsir edir. Hörmüz boğazında vəziyyətin sabitləşməməsi halında enerji qiymətlərində artımın davam etməsi qaçılmaz görünür. Bu isə qlobal inflyasiyanın daha da dərinləşməsi, ərzaq və xidmət qiymətlərinin artması, yaşayış xərclərinin yüksəlməsi deməkdir.

Hazırkı proseslər bir daha sübut edir ki, qlobal iqtisadiyyat enerji təhlükəsizliyi məsələsində hələ də son dərəcə həssasdır. Bir coğrafiyada baş verən gərginlik minlərlə kilometr uzaqda yaşayan insanların gündəlik həyatına, iş rejiminə və büdcəsinə böyük təsir göstərir. Neft bazarındakı bu proses həm də dövlətlər üçün ciddi xəbərdarlıqdır. Belə ki, alternativ enerji mənbələrinə keçid, enerji səmərəliliyi və strateji ehtiyatların gücləndirilməsi artıq zərurətə çevrilib.


Təhminə VERDİYEVA,

İlham BABAYEV (foto),

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Dünya bazarında qızıl 183 dollardan çox bahalaşıb

10:39
08 Aprel

Azərbaycan nefti 140 dollardan baha satılır 

09:59
08 Aprel

Tramp İranın enerji infrastrukturuna zərbələri iki həftəlik təxirə salıb  

09:44
08 Aprel

İranın neft-kimya zavodu hava hücumlarına məruz qalıb

09:41
08 Aprel

Tramp: ABŞ İranla bağlı gərgin danışıqlar aparır və Pakistanın təklifini araşdırır

09:33
08 Aprel

Roma Papası Trampın İrana qarşı təhdidlərini qəbuledilməz adlandırıb

09:25
08 Aprel

İran ABŞ-nin hücumlarına cavab olaraq Səudiyyə Ərəbistanı və BƏƏ-dəki hədəflərə zərbələr endirə bilər

09:23
08 Aprel

CNN: ABŞ–İran danışıqlarında müsbət irəliləyişlər gözlənilir

09:18
08 Aprel

Uşaqları artıq çəkidən necə xilas etməli?

09:15
08 Aprel

Pakistanın Baş naziri Trampı İranla danışıqların müddətini iki həftə uzatmağa çağırıb

09:10
08 Aprel

Dəniz suyu şirin su hövzələrinə qənim kəsilib

09:10
08 Aprel

UNESCO-da Novruz bayramı qeyd edilib

09:06
08 Aprel

Həyatını Üzeyir bəylə təsadüfi tanışlığı dəyişdi

09:05
08 Aprel

Xəzərin nəfəsi ilə yaşayan Bakı bulvarı

09:00
08 Aprel

Ağdaban fəryadı

08:55
08 Aprel

ASP ölkə sənayesinin flaqmanına çevrilir

08:50
08 Aprel

Sınaqlardan çıxan yaxın qonşuluq, uzaq gələcəyə hesablanan strateji tərəfdaşlıq

08:45
08 Aprel

Azərbaycanın suverenliyinə aid məsələlər müzakirə predmeti deyil

08:40
08 Aprel

Neftin bahalaşması dünyaya necə təsir edir

08:35
08 Aprel

Orta dəhliz dünyanın ümid marşrutuna çevrilir

08:30
08 Aprel

Regiona rifah gətirən tərəfdaşlıq modeli

08:25
08 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!