08 Aprel 2026 08:30
158
İQTİSADİYYAT
A- A+
Orta dəhliz dünyanın ümid marşrutuna çevrilir

Orta dəhliz dünyanın ümid marşrutuna çevrilir


Almaniya dəhlizin inkişafına investisiya qoymaq istəyir


Qlobal səviyyədə baş verən siyasi qarşıdurmalar və münaqişələr fonunda Yaxın Şərqdə gedən müharibə dünyanın ən böyük neft-qaz tranzitini həyata keçirən Hörmüz boğazının fəaliyyətini iflic edib. Xatırladaq ki, qlobal bazarlara ixrac olunan neft və qazın 20 faizi bu boğazdan keçir. 

Nəticədə qlobal bazarlarda neftin bir barelinin qiyməti 110-120 dolları keçib. Bu azmış kimi artıq dünyanın bir çox ölkəsində yanacaq çatışmazlığı baş verib, yanacaqdoldurma məntəqələrinin qarşısında uzun növbələr yaranıb. İspaniya ilə sərhəddə yaşayan fransızlar maşınlarını yanacaqla benzinin nisbətən ucuz olduğu həmin ölkədə doldururlar. Enerji sahəsində ixtisaslaşan bir çox mütəxəssis bildirdi ki, vəziyyət belə davam edərsə, neftin bir barelinin qiyməti 200 dollara yüksəlməklə qlobal iqtisadi böhran yarana bilər. 

Məlum olduğu kimi, dünyanın ən sərfəli marşrutlarından biri olan Qırmızı dəniz-Süveyş kanalı marşrutunda baş verən hərbi qarşıdurma sayəsində onun fəaliyyəti minimum səviyyəyə enib. Uzunluğu 9 min kilometrdən çox olan Trans-Sibir marşrutu da Rusiya-Ukrayna müharibəsi üzündən beynəlxalq marşrut kimi fəaliyyətini dayandırıb. Belə vəziyyət beynəlxalq təchizat və ticarət zəncirində böyük qırılmalar  yaradıb. Hamı vəziyyətdən çıxış yolu tapmağa çalışır. Çünki baş verən müharibələr üzündən hər iki marşrutun nə vaxt fəaliyyətə başlayacağı bilinmir. Bu üzdən diqqət Orta dəhlizə  (Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu) yönəlib. Orta dəhlizin isə Asiya ilə Avropa arasında olan böyük ticarətin ağırlığını qaldırmaq imkanı yoxdur. Dəhliz vasitəsilə yükdaşımanın həcmini artırmaq üçün onun texniki imkanları genişləndirilməlidir. Bunun üçün əlavə olaraq külli miqdarda investisiya qoyulmasına ehtiyac var. 

Ötən il Avropa İttifaqı Mərkəzi Asiyada ölkələrin nəqliyyat infrastrukturunun inkişafına 10 milyard avro investisiya qoyulması barədə qərar qəbul etmişdir. İndi də Avropanın iqtisadi flaqmanı olan Almaniya Orta dəhlizin inkişafı üçün sərmayə qoymaq qərarına gəlib. Məlumdur ki, almanlar sərmayə qoyarkən hər bir məsələni ətraflı araşdırıb sonra qərar verirlər. Bu məqsədlə Almaniyanın Xarici İqtisadi Fəaliyyətə Dəstək üzrə Dövlət Agentliyi ("NRW.Global Business") 29 iyun-3 iyul tarixlərində Azərbaycana və Qazaxıstana biznes-missiya təşkil edəcək. Səfərin əsas məqsədi Orta dəhlizin dinamik inkişafını daha da artırmaqdır. 

Avropa ilə Asiyanı birləşdirən strateji əhəmiyyətli bu ticarət yolunun logistika və infrastruktur sahəsindəki önəmi durmadan artır. Son illər bu istiqamətdə yük axını dəfələrlə artıb və proqnozlara görə, artım 2030-cu ilə qədər əhəmiyyətli dərəcədə artacaq. Almaniyalı mütəxəssislərin hesablamalarına görə, həmin ilə qədər təxminən 20 milyard avro məbləğində kapital qoyuluşu ölkənin Şimali Reyn-Vestfaliya müəssisələri üçün əlverişli imkanlar yaradacaq.

Qazaxıstan Nəqliyyat Nazirliyinin məlumatına görə, marşrut üzrə daşımaların dinamikası sabit artım nümayiş etdirir: 2019-cu ildə 759 min, 2020-ci ildə 783 min, 2021-ci ildə 586 min, 2022-ci ildə 1,485 milyon, 2023-cü ildə 2,764 milyon,  2024-cü ildə 4,484 milyon tona çatıb. Ötən il isə bu rəqəm daha da artaraq 4,7 milyon tona qədər yüksəlib. 

Orta dəhlizə investisiya qoyulması Azərbaycana və türk dünyasına çox fayda gətirəcək. Bu, birlik ölkələrinin inteqrasiya və iqtisadi inkişafı ilə yanaşı, beynəlxalq siyasi əhəmiyyətini də artıracaq. Digər tərəfdən, türk regionunda yeni bir münaqişənin yaranmasına maraq göstərilməyəcək. Çünki bu, Asiya ilə Avropanın iqtisadi və siyasi maraqlarına ziddir, Amerika isə Zəngəzur dəhlizinin (TRIPP) açılmasına dəstək və zəmanət verən ölkədir. 

Prezident İlham Əliyev Türk Dövlətləri Təşkilatına üzv ölkələrin hökumət başçılarının/Vitse-prezidentin görüşündə Orta dəhlizin ortaq türk maraqları üçün xüsusi əhəmiyyət daşıdığını bildirərək demişdir: "Təbii ki, iqtisadi məsələlərlə, sərmayə qoyuluşu məsələləri ilə yanaşı, bu gün bizim hamımızın qarşısında duran əsas məsələlərdən biri nəqliyyat, logistika, tranzit imkanlarımızı genişləndirməkdir. Prinsip etibarilə buna hər zaman ehtiyac var. Çünki ölkələrimizdən keçən Orta dəhliz hər birimizin marağına cavab verir. Xüsusilə indiki geosiyasi vəziyyətdə Orta dəhliz, Trans-Xəzər dəhlizi, Zəngəzur dəhlizi, bu istiqamətdə olan digər layihələr daha böyük önəm daşıyır".


Rüstəm KAMAL,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Media: ABŞ–İran atəşkəsi Hörmüz boğazının açılmasından sonra qüvvəyə minəcək  

10:49
08 Aprel

Dünya bazarında qızıl 183 dollardan çox bahalaşıb

10:39
08 Aprel

Azərbaycan nefti 140 dollardan baha satılır 

09:59
08 Aprel

CNN: İsrail İranla ikihəftəlik atəşkəsə qoşulacaq  

09:53
08 Aprel

Tramp İranın enerji infrastrukturuna zərbələri iki həftəlik təxirə salıb  

09:44
08 Aprel

İranın neft-kimya zavodu hava hücumlarına məruz qalıb

09:41
08 Aprel

Tramp: ABŞ İranla bağlı gərgin danışıqlar aparır və Pakistanın təklifini araşdırır

09:33
08 Aprel

Roma Papası Trampın İrana qarşı təhdidlərini qəbuledilməz adlandırıb

09:25
08 Aprel

İran ABŞ-nin hücumlarına cavab olaraq Səudiyyə Ərəbistanı və BƏƏ-dəki hədəflərə zərbələr endirə bilər

09:23
08 Aprel

CNN: ABŞ–İran danışıqlarında müsbət irəliləyişlər gözlənilir

09:18
08 Aprel

Uşaqları artıq çəkidən necə xilas etməli?

09:15
08 Aprel

Pakistanın Baş naziri Trampı İranla danışıqların müddətini iki həftə uzatmağa çağırıb

09:10
08 Aprel

Dəniz suyu şirin su hövzələrinə qənim kəsilib

09:10
08 Aprel

UNESCO-da Novruz bayramı qeyd edilib

09:06
08 Aprel

Həyatını Üzeyir bəylə təsadüfi tanışlığı dəyişdi

09:05
08 Aprel

Xəzərin nəfəsi ilə yaşayan Bakı bulvarı

09:00
08 Aprel

Ağdaban fəryadı

08:55
08 Aprel

ASP ölkə sənayesinin flaqmanına çevrilir

08:50
08 Aprel

Sınaqlardan çıxan yaxın qonşuluq, uzaq gələcəyə hesablanan strateji tərəfdaşlıq

08:45
08 Aprel

Azərbaycanın suverenliyinə aid məsələlər müzakirə predmeti deyil

08:40
08 Aprel

Neftin bahalaşması dünyaya necə təsir edir

08:35
08 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!