08 Aprel 2026 09:10
143
DÜNYA
A- A+
Dəniz suyu şirin su hövzələrinə qənim kəsilib

Dəniz suyu şirin su hövzələrinə qənim kəsilib


İnsanlar əziyyətdə, fermerlər ziyanda, mütəxəssislər axtarışdadırlar


Yeni Orleanda kranlardan duzlu su axır. Banqladeşdə fermerlər münbit torpaqları karides (krevet) yetişdirmək ücün yarı şirin su gölməçələrinə çevirməyə məcbur olurlar. Qambiyada isə kəndlilərin məhsullarının duzlaşma nəticəsində quruyub məhv olduğunu seyr etməkdən savayı əlacları yoxdur.

Dünyanın hər yerində əvvəllər etibarlı olan sahil şirin su mənbələri dəniz suyunun sızması səbəbindən duzlaşır. Qeyri-rəsmi olaraq "duzluluq böhranı" kimi tanınan bu qeyri-adi və tədricən də olsa yayılan böhran getdikcə dünya əhalisinə daha çox  təsir göstərir.

Duzluluq (dəniz suyunun sızması kimi də tanınır) okean və ya dənizdən duzlu suyun şirin su hövzələrinə sızmasıdır. Hazırda Qambiya, Vyetnam və Banqladeş kimi aran ərazili ölkələr ən çox zərər çəkir. Lakin problem o qədər qlobaldır ki, hətta ABŞ-yə də təsir edir. Yeri gəlmişkən: 2050-ci ilə qədər Antarktida istisna olmaqla, hər qitədə ən azı 1 km dərinliyə duzlu suyun sızması qeydə alınan sahil ərazilərinin olacağı proqnozlaşdırılır.

ABŞ-dəki Qərbi Karolina Universitetinin professoru Robert Yanq deyir ki,  duzlu suyun sızması, adətən, uzun müddət ərzində tədricən baş verir, lakin içməli su təchizatı, düyü becərilməsi və s. dünyanın sahil bölgələri üçün uzunmüddətli dağıdıcı nəticələrə səbəb olur. Ekspert deyir: "Duzlanma yavaş başlayan iqlim böhranıdır. Cox vaxt diqqət fırtına kimi böyük hadisələrə yönəlir, daha ləng dəyişikliklər isə gizli qalır. Biz səhvən fəlakətlərə hazırlaşırıq, əslində isə  xüsusən inkişaf edən ölkələrdə sahil ərazilərinin gələcəyinə təsir edə bilən məhz yavaş başlayan iqlim fəsadlarıdır". 

ABŞ-də duzlanma artıq bir çox sahil su hövzəsinə təsir göstərib və daha çox  həssas Biskeyn hövzəsinin əsas şirin su mənbəyi olduğu cənubi Florida ovalığında kənd təsərrüfatına və içməli su təchizatına təhlükə yaradıb. Alimlər Rod-Aylenddəki quyuların da duzlu su ilə çirkləndiyini aşkar ediblər. "The Guardian" qəzetinin məlumatına görə, Luiziana sakinləri hətta kran suyunda duzlu bir dad hiss etməyə başlayıblar və 2023-cü ildə Luiziana qubernatoru duzlaşmanın təsirləri səbəbindən federal fövqəladə vəziyyət elan olunmasını tələb edib. Çünki duzlu su, sadəcə, xoşagəlməz bir dad deyil. Tədqiqatlar göstərir ki, duzlu su içən insanlar yüksək təzyiq və sağlamlıq üçün mənfi təsirləri olan digər halların riski altında olurlar.

Delaver Universitetinin (ABŞ) hidrogeoloqu Holli Mayklın sözlərinə görə, vəziyyət iqlim dəyişikliyi ilə daha da ağırlaşır ki, bu da temperaturun artmasına, yağıntının azalmasına və qlobal dəniz səviyyəsinin qalxmasına səbəb olur. ABŞ də daxil olmaqla, bəzi yerlərdə yeraltı suların məişət, kənd təsərrüfatı və sənaye məqsədləri üçün həddindən artıq istifadəsi də duzlu suyun şirin su hövzələrinə daxil olmasına əhəmiyyətli dərəcədə təsir göstərir və onun torpaqlara, çaylara sızmasına səbəb olur.

Bütün bunların qarşısını almaq üçün insanlar duzlu suyun sızmasına müqavimət göstərməyə çalışırlar. Məsələn, Floridada şirin suyu dəniz suyundan ayırmağa kömək etməkdən ötrü xüsusi duz nəzarəti qurğuları quraşdırılıb. Eynilə Vyetnamda ölkənin düyü plantasiyaları olan Mekonq deltasını duzlu suyun sızmasından qorumaq üçün milyonlarla dollara başa gələn şlüz qapıları tikilib. Lakin bu layihələr tez-tez problemlərlə qarşılaşır və həmişə təsirli olmur.

Amma problemin Floridada başqa bir mühəndislik həlli də var: çirkli sular toplanır, təmizlənir və sonra çaya axıdılır. Çin və Niderland da suyun təmizlənməsi və təkrar istifadəsinə oxşar yanaşmadan istifadə edir. Bütün bu həll yollarına baxmayaraq, universal, yəni bütün ərazilərdə işləyən vasitə mövcud deyil. Bunu Şimal-Şərq Universitetinin (ABŞ) iqlim dəyişikliyi üzrə tədqiqatçısı Lizzi Yarina deyir.

İqlim dəyişikliyi sürətləndikcə və əhali artımı şirin su hövzələrinə təzyiq göstərməyə davam etdikcə, duzluluq böhranı daha da pisləşəcək. Aparılan araşdırmaya görə, bu böhran 2100-cü ilə qədər dünyanın sahil xətlərinin təxminən 77 faizini əhatə edəcək.


Rizvan CƏFƏROV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Dünya bazarında qızıl 183 dollardan çox bahalaşıb

10:39
08 Aprel

Azərbaycan nefti 140 dollardan baha satılır 

09:59
08 Aprel

Tramp İranın enerji infrastrukturuna zərbələri iki həftəlik təxirə salıb  

09:44
08 Aprel

İranın neft-kimya zavodu hava hücumlarına məruz qalıb

09:41
08 Aprel

Tramp: ABŞ İranla bağlı gərgin danışıqlar aparır və Pakistanın təklifini araşdırır

09:33
08 Aprel

Roma Papası Trampın İrana qarşı təhdidlərini qəbuledilməz adlandırıb

09:25
08 Aprel

İran ABŞ-nin hücumlarına cavab olaraq Səudiyyə Ərəbistanı və BƏƏ-dəki hədəflərə zərbələr endirə bilər

09:23
08 Aprel

CNN: ABŞ–İran danışıqlarında müsbət irəliləyişlər gözlənilir

09:18
08 Aprel

Uşaqları artıq çəkidən necə xilas etməli?

09:15
08 Aprel

Pakistanın Baş naziri Trampı İranla danışıqların müddətini iki həftə uzatmağa çağırıb

09:10
08 Aprel

Dəniz suyu şirin su hövzələrinə qənim kəsilib

09:10
08 Aprel

UNESCO-da Novruz bayramı qeyd edilib

09:06
08 Aprel

Həyatını Üzeyir bəylə təsadüfi tanışlığı dəyişdi

09:05
08 Aprel

Xəzərin nəfəsi ilə yaşayan Bakı bulvarı

09:00
08 Aprel

Ağdaban fəryadı

08:55
08 Aprel

ASP ölkə sənayesinin flaqmanına çevrilir

08:50
08 Aprel

Sınaqlardan çıxan yaxın qonşuluq, uzaq gələcəyə hesablanan strateji tərəfdaşlıq

08:45
08 Aprel

Azərbaycanın suverenliyinə aid məsələlər müzakirə predmeti deyil

08:40
08 Aprel

Neftin bahalaşması dünyaya necə təsir edir

08:35
08 Aprel

Orta dəhliz dünyanın ümid marşrutuna çevrilir

08:30
08 Aprel

Regiona rifah gətirən tərəfdaşlıq modeli

08:25
08 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!