16 Fevral 2025 09:25
492
İDMAN
A- A+
"Neftçi"də ciddi itkilər

"Neftçi"də ciddi itkilər


"Neftçi" Azərbaycan derbisinə itkilərlə çıxacaq. Zədəli Andrey Ştoqrin hələ də fərdi şəkildə məşq edir. "Zirə"ylə görüşdə əzələsi dartılan Elvin Camalov da "Neftçi" formasında ilk dəfə "Qarabağ"a qarşı oynamaq şansından yararlana bilməyəcək.

Əvəzində Rəhman Hacıyevlə Dembo Darbodan sonra daha iki nəfər kollektiv çalışmalara start verib. Bunlar yarımmüdafiəçilər Rafael Quzzo ilə Edvin Kuçdur. Hər iki legionerin durumu qənaətbəxşdir. Onlar "Qarabağ"a qarşı matçın iştirak ərizəsində yer alacaqlar.

Bu gün "Neftçi Arena"da keçiriləcək oyun saat 19:00-da başlayacaq.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!