28 Oktyabr 2026 17:21
218
İQTİSADİYYAT
A- A+
 “AzerGold” Özbəkistanda yeni qızıl yataqlarının işlənməsini planlaşdırır

 “AzerGold” Özbəkistanda yeni qızıl yataqlarının işlənməsini planlaşdırır


Azərbaycan və Özbəkistan arasında dağ-mədən sahəsində əməkdaşlıq yeni mərhələyə qədəm qoyur. “AzerGold” QSC Özbəkistanda qızıl yataqlarının birgə işlənməsi və nadir torpaq elementlərinin tədqiqi istiqamətində layihələr həyata keçirməyi planlaşdırır.

Şirkət bu imkanları Daşkənddə keçirilən 8-ci Beynəlxalq Dağ-Mədən və Metallurgiya Forumu – UIMF 2026 çərçivəsində təqdim edib. Oktyabrın 27–28-də baş tutan tədbirdə 19 ölkədən 500-dən çox nümayəndə iştirak edib. Forumun plenar sessiyasında çıxış edən “AzerGold”un Özbəkistandakı törəmə müəssisəsi “AzerGold Uzbekistan”ın baş direktoru İlyas İsmayıllı iki ölkə arasında strateji tərəfdaşlığın əhəmiyyətini vurğulayıb. O bildirib ki, dövlət başçıları İlham Əliyev və Şavkat Mirziyoyev arasında formalaşan dostluq münasibətləri birgə iqtisadi layihələrin inkişafına mühüm təkan verir.

Əməkdaşlığın əsas istiqamətlərindən biri Qaşqadərya vilayətinin Kitab rayonunda yerləşən “Akba” qızıl yatağıdır. Layihənin ilkin mərhələsində əlavə geoloji kəşfiyyat, mineral ehtiyatların beynəlxalq standartlarla qiymətləndirilməsi, metallurgiya sınaqları və ekoloji tədqiqatlar aparılacaq. Nəticələr müsbət olarsa, birgə müəssisənin yaradılması və yatağın istismarına başlanılması nəzərdə tutulur.

Bununla yanaşı, Nəvai vilayətindəki “Toşmaçit”, “Boştut” və “Boboşil” perspektivli sahələrində qızıl və nadir torpaq elementlərinin araşdırılması da gündəmdədir. Tərəfdaşlığın hədəfi isə təkcə mövcud yataqlarla məhdudlaşmır. Tərəflər gələcəkdə yeni layihələrin reallaşdırılması və hətta üçüncü ölkələrin bazarlarında birgə fəaliyyət imkanlarını da nəzərdən keçirirlər.

Beləliklə, “AzerGold”un Özbəkistandakı fəaliyyəti Azərbaycan şirkətinin beynəlxalq miqyasda genişlənməsi və iki ölkənin mineral resurslar sahəsində əməkdaşlığının dərinləşməsi baxımından yeni imkanlar açır.

 “Azərbaycan


Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

ABŞ Rusiyadan dizel yanacağının idxalını davam etdirə bilər

17:39
28 Oktyabr

Azərbaycanın və Birləşmiş Ərəb Əmirliklərinin Müdafiə nazirlikləri arasında əməkdaşlığa dair “Yol Xəritəsi” imzalanıb  

17:23
28 Oktyabr

Hindistan hər il onlarla T-90 tankını modernləşdirmək istəyir  

17:23
28 Oktyabr

İran müharibəsi ABŞ-yə təqribən 47 milyard dollara başa gəlib  

17:22
28 Oktyabr

 “AzerGold” Özbəkistanda yeni qızıl yataqlarının işlənməsini planlaşdırır

17:21
28 Oktyabr

Rusiya Prezidenti: Qaz bazarını stabilləşdirmək üçün sanksiyalar ləğv edilməlidir  

17:18
28 Oktyabr

Dəbdəbəli kruiz gəmisində yanacaq böhranı  

17:03
28 Oktyabr

Alla Puqaçova Kiprdə jurnalistlə üz-üzə: qəzəbli anlar və istehzalı cavab  

16:33
28 Oktyabr

Kim Çen In orduya döyüş hazırlığı əmri verib 

16:24
28 Oktyabr

Məşq zamanı bel niyə ağrıyır?

16:20
28 Oktyabr

İlon Maskdan Ukraynaya Starlink məhdudiyyəti 

16:16
28 Oktyabr

Baş Prokurorluq və Kot-d’İvuarın Yaxşı İdarəçilik üzrə Ali Qurumu arasında əməkdaşlığın genişləndirilməsi üçün geniş imkanların olduğu vurğulanıb

16:09
28 Oktyabr

Ruandalı nazir "ASAN xidmət"də

16:08
28 Oktyabr

“Dinlərarası dialoq: ortaq gələcəyə doğru yol xəritəsi” – PANEL SESSİYA

16:07
28 Oktyabr

Kənd Təsərrüfatı Nazirliyinin şöbə müdiri Cəbrayılda bölgə vətəndaşlarının müraciətlərini dinləyib  

16:06
28 Oktyabr

“Wonderful” şirkəti Azərbaycanda ofis açmağı planlaşdırır

16:04
28 Oktyabr

İspaniyada qatarların toqquşması nəticəsində 46 nəfər ölüb  

16:01
28 Oktyabr

Yepiskop Vladimir Fekete: Dinlərarası dialoq qorxu və qeyri-müəyyənliyə qarşı mübarizəyə kömək edir 

15:53
28 Oktyabr

Azərbaycançılıq ideologiyası: tarixi köklərimiz, milli birliyimiz və ortaq gələcəyimiz

15:35
28 Oktyabr

Azərbaycanın təqdim etdiyi uğur formulu   

15:31
28 Oktyabr

Azərbaycanın qlobal təşəbbüsləri: mədəniyyətlərarası dialoq və geosiyasi sabitlik  

15:19
28 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!