09 Aprel 2026 16:46
107
DÜNYA
A- A+
 “Apple” yeniliklər təqdim edib

 “Apple” yeniliklər təqdim edib


“Apple” şirkəti “Self Service Repair” proqramını daha da genişləndirərək ötən ay təqdim etdiyi yeni məhsullar üçün ehtiyat hissələri və təlimatları istifadəyə verib. Artıq istifadəçilər bu proqram vasitəsilə cihazlarını rəsmi şəkildə özləri təmir edə biləcəklər. İstifadəçilər rəsmi mağaza üzərindən batareya, ekran, klaviatura, dinamik, trekpad kimi əsas komponentləri sifariş edə, həmçinin addım-addım təmir təlimatlarına çıxış əldə edə bilərlər. Yenilənmə çərçivəsində proqramda “iPhone 17e”, “MacBook Neo”, “M5 MacBook Air” (13 və 15 düym), “M5 Pro” və “M5 Max MacBook Pro” modelləri, “M4 iPad Air” (11 və 13 düym), yenilənmiş “Apple Studio Display” və “Studio Display XDR” cihazları üçün hissələr əlçatan olub.

“Apple” uzun müddət cihazların yalnız rəsmi servis mərkəzlərində təmir edilməsini tələb etdiyi üçün “right-to-repair” tərəfdarları tərəfindən tənqid olunurdu. “Self Service Repair” proqramı da məhz bu təzyiqlər fonunda istifadəyə verilmişdi.

Yeniliyin ən diqqətçəkən nümunələrindən biri “MacBook Neo” modelidir. Digər “MacBook”lardan fərqli olaraq, batareya yapışqanla deyil, vintlərlə bərkidilir, klaviaturanı çıxarmaq mümkündür. Bu isə onu ən asan təmir olunan “Apple” cihazına çevirir.


Ülkər XASPOLADOVA,

“Azərbaycan”


Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

İranın Ali Rəhbəri: Hörmüz boğazına nəzarət yeni səviyyəyə qaldırılacaq

09:59
10 Aprel

Azərbaycan neftinin qiyməti 125 dolları ötüb

09:51
10 Aprel

Əfsanəvi futbolçumuzun yubiley poçt markaları dövriyyəyə buraxılıb

09:45
10 Aprel

“Hizbullah” PUA-larla İsrailin şimalındakı hərbi obyektə hücum edib

09:43
10 Aprel

Uzunömürlülüyün sirri 

09:40
10 Aprel

CNN: ABŞ Hörmüz boğazı ilə bağlı NATO-nun konkret öhdəliklərində israr edir  

09:39
10 Aprel

Kuba Prezidenti: ABŞ ilə danışıqlar heç bir ilkin şərt olmadan aparılmalıdır

09:38
10 Aprel

Zelenski: Pasxa bayramında atəşkəsə uyğun hərəkət edəcəyik

09:37
10 Aprel

“Gernika” rəsm əsəri İspaniyada siyasi mübahisənin mərkəzinə çevrilib

09:36
10 Aprel

Yaşıllıq sağlamlıqdır

09:35
10 Aprel

Avropa Liqası: İngiltərə klubları səfərdən uğurlu nəticə ilə qayıdır

09:33
10 Aprel

"Vətəndaşlar növbəlilik əsasında su ilə təmin olunurlar"

09:33
10 Aprel

Hücumlardan sonra Səudiyyə Ərəbistanının ixrac gücü gündə 700 min barel azalıb  

09:32
10 Aprel

Xamenei: Tehran “Müqavimət oxu”nun hissələrini vahid bir qurum kimi görür  

09:30
10 Aprel

Torpaq sürüşməsi üzündən kəndimiz boşalır

09:30
10 Aprel

Putin Pasxa bayramı münasibətilə atəşkəs elan edib

09:27
10 Aprel

Misir və Kipr arasında qaz tədarükü üzrə 15 illik saziş imzalanıb

09:26
10 Aprel

Bakı funikulyoru - bir neçə dəqiqəlik yol, 65 illik tarix 

09:25
10 Aprel

Ağsaqqallıq təkcə yaşla ölçülmür

09:20
10 Aprel

Müraciətlərimizə diqqətlə yanaşılır

09:17
10 Aprel

Vətən sevgisi ilə ürəklərə köçənlərə dərin hörmət

09:15
10 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!