Naxçıvanqalanın bərpası zamanı yol verilmiş nöqsanlar səbəbindən ön divarlarından biri uçub
“Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksinin bərpası zamanı yol verilmiş nöqsanlar səbəbindən ön divarlarından biri uçub.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, hadisədən dərhal sonra Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət İdarəsi, Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və Naxçıvan Şəhər İcra Hakimiyyətinin əməkdaşları tərəfindən qala divarının uçması ilə bağlı “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksinə vizual baxış keçirilib. Baxış zamanı məlum olub ki, qala divarının üst hissəsində yerə düzülmüş təbii sal daşlarında çat və aralanmalar əmələ gəldiyi üçün yağış sularının uzun müddət divarın içərisinə sızması qalanın ön hissəsində təqribən 4 metr uzunluğunda divarın uçmasına səbəb olub. Bundan əlavə, qalanın divarlarında müxtəlif ölçülərdə yaranmış çatlar və qabarmalar, hücrələrin giriş qapısının kənarlarında və qalanın divarları boyunca müxtəlif ölçülərdə aralanmalar baş verib.
Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyindən bildirilib ki, müxtəlif dövrlərdə baş vermiş müharibələr nəticəsində Naxçıvanqala bir neçə dəfə dağıdılmış və bərpa edilmişdir. Sonuncu dəfə 2010-cu ildə yenidən bərpa edilən qalanın bəzi binaları uğursuz restavrasiya zamanı sökülmüş, köhnə torpaq divarlarına metal tor çəkilərək təbii sal daşı və sement əsaslı tikinti materialları ilə üzlənmişdir. Restavrasiya zamanı yol verilən ciddi nöqsanlar abidənin düzgün bərpa olunmadığını göstərir. Təhlükəsizlik məqsədilə qala divarlarının üzərinə insanların çıxması məhdudlaşdırılıb, həmin hissə örtüklə örtülüb. Artıq qeyd olunan qüsurların aradan qaldırılmasına və düzgün restavrasiya işlərinin aparılmasına başlanılıb. Bu məqsədlə “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksinə bu sahə üzrə lisenziyası olan layihə təşkilatları tərəfindən kompleks baxışın keçirilməsi, təhlillərin aparılması təmin edilib.
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
“29 İqlim Söhbəti: COP29-a gedən yol"da hər kəs “dəyişməlidir"
27 Iyul
Ermənistan Avropa İttifaqının əlində alətə çevrilib
27 Iyul
Ermənistan Qərbin planlarını icra edir
27 Iyul
Keçinin əcəli çatanda...
27 Iyul
24 siyasi partiya, 449 namizəd
27 Iyul
Azərbaycanın idxal-ixrac əməliyyatlarında saldo müsbət olaraq qalır
27 Iyul
Turizmin əhəmiyyəti
27 Iyul
Qəbələdə turizm infrastrukturu genişlənir
27 Iyul
Azərbaycan qazının Türkiyəyə tədarükü avqust ayında müvəqqəti dayandırılacaq
27 Iyul
Səfir: Azərbaycanla Niderland su problemlərinin idarə edilməsi mövzusunda bənzər sistemlərə malikdir...
27 Iyul
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
Həqiqətə çağırış25 Iyul 2024
![](/uploads/img/posts/2024/07/25/Clip_23jpg-1721862946.jpg)
Uzaqgörənlik24 Iyul 2024
![](/uploads/img/posts/2024/07/24/1 copyjpg-1721771921.jpg)
Azərbaycan iqlim dəyişikliyi ilə mübarizədə qlobal səviyyədə tanınır23 Iyul 2024
![](/uploads/img/posts/2024/07/23/Clip_2jpg-1721686526.jpg)
Azərbaycan Qlobal Cənubla Qlobal Şimal arasında təmasları gücləndirir YENİLƏNİB - 2 VİDEO...21 Iyul 2024
![](/uploads/img/posts/2024/07/20/1721480194305007127_1200x630jpg-1721495783.jpg)
Avropanın Azərbaycana ehtiyacı artır20 Iyul 2024
![](/uploads/img/posts/2024/07/20/Clipjpg-1721423683jpg-1721453251.jpg)
Bütün yollar Qarabağa aparır18 Iyul 2024
![](/uploads/img/posts/2024/07/18/Clip_8jpg-1721248442.jpg)
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!