21 Fevral 2026 16:34
319
CƏMİYYƏT
A- A+
Naxçıvanla bağlı Sərəncam: qlobal çağırışlar, vahid sosial-iqtisadi inkişaf strategiyası  

Naxçıvanla bağlı Sərəncam: qlobal çağırışlar, vahid sosial-iqtisadi inkişaf strategiyası  


Prezident İlham Əliyevin regionların sosial-iqtisadi inkişafına dair həyata keçirdiyi siyasətdə Naxçıvan Muxtar Respublikası xüsusi yer alır. Son dövrlərdə muxtar respublikada bütün sahələr üzrə yeni keyfiyyətli yanaşmanın tətbiq olunması, əlverişli biznes mühitinin formalaşdırılması istiqamətində atılan mütərəqqi addımlar yeni geoiqtisadi reallıqlar çərçivəsində mühüm əhəmiyyət daşıyır. Fevralın 21-də dövlət başçısının müvafiq Sərəncamına əsasən “Naxçıvan Muxtar Respublikasında su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsinə dair 2026−2030-cu illər üçün Tədbirlər Planı”nın təsdiq edilməsi Prezident İlham Əliyevin "Naxçıvanla bağlı böyük planlarımız var" ideyasına söykənən qlobal çağırışlar fonunda Azərbaycanın vahid sosial-iqtisadi inkişaf strategiyasına əsaslanır.


Kənd təssərüfatının dayanıqlığı artacaq, sosial rifah yaxşılaşacaq


Bildiyimiz kimi, dünyada müşahidə olunan qlobal iqlim dəyişiklikləri, temperaturun yüksəlməsi, əsasən qonşu ölkələrdən daxil olan yerüstü su ehtiyatlarının, çaylarda sululuğun, yağıntıların xeyli azalması, digər tərəfdən, əhalinin sürətli artımı, iqtisadiyyatın, kənd təsərrüfatı sahələrinin inkişafı Azərbaycanda içməli və suvarma suyunun getdikcə tükənməsinə yol açmaqla təxirəsalınmaz tədbirlərin görülməsini zəruri edir. Ölkəmizin kənd təsərrüfatı sürətli inkişaf etmiş iqtisadi rayonlarından hesab olunan Naxçıvanda da əhalini və əkinçiləri ən çox narahat edən məqamlar sırasında içməli və suvarma suyunun tələbatı ödəməməsi öndə gəlir. Bu baxımdan su ehtiyatlarının qorunması, onların səmərəli idarə olunması və əhalinin su təminatının daha da yaxşılaşdırılmasını özündə ehtiva edən yeni Tədbirlər Planı birinci növbədə qlobal çagırışlara əsaslanır. Nəzərə alsaq ki, muxtar respublikada il ərzində günəşli günlərin sayı daha çox, yağıntının miqdarı nisbətən az müşahidə edilir o zaman dünyada istiləşmənin getdiyi hazırki dönəmdə bu sahədə çətinliklərin yaranması qaçılmazdır. Mövcud vəziyyət təbii ki, ilk növbədə su anbarlarında, sututarlarda suyun kəskin surətdə aşağı düşməsinə, quyularda su çəkilmələrinə səbəb olur. Belə olan halda, əkinçilikdə məhsuldarlıq aşağı düşür, ekoloji cəhətdən təmiz, təbii kənd təsərrüfatı məhsulu istehsalı xeyli zəifləyir. Məhz təsdiq edilən yeni Tədbirlər Planında da əsas məqsəd mövcud vəziyyət nəzərə alınaraq innovativ yanaşma və metodlardan istifadə edilməklə dayanıqlı inkişafa nail olmaqdır. Bu xüsusda Əlincəçaydan və Bənəniyar su anbarından, Şərur, Kəngərli rayonları ərazilərində Arpaçaydan qidalanan hidrotexniki qurğuların yenidən qurulması, Sədərək, Culfa rayonları ərazilərində Araz çayından, Ordubad rayonu ərazisində Araz çayından və Gilançaydan qidalanan hidrotexniki qurğuların əsaslı təmiri və digər infrastruktur layihələri müstəsna əhəmiyyət daşıyacaq. 

 Tədbirlər Planı həm icra müddəti, həm də qlobal məsələyə yanaşması və hədəfləri nöqteyi-nəzərdən "Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər"in reallaşdırılmasına da xidmət edəcək. Nəzərdə tutulan məsələrin həllini tapması müasir sosial-iqtisadi infrastruktur quruculuğunun tərkib hissəsi kimi, ən yeni həyat standartlarına əsaslanan yüksək sosial rifahın formalaşdırılmasını hədəfləyir. Yəni, qəbul edilən bütün qərar, verilən sərəncam və fərmanlar kimi,  növbəti Sərəncamda da əsas amil Azərbaycan vətəndaşı, onun sağlam həyat tərzi və sosial rifahının təminatıdır. Bu məsələdə sosial rifahın yaxşılaşdırılması həm suvarma su infrastrukturunun yenidən qurulması, həm də içməli su təchizatı sisteminin təkmilləşdirilməsi ilə bağlıdır. Suvarma suyunun yaxşılaşdırılması əhalinin ekoloji cəhətdən təmiz kənd təsərrüfatı məhsullarını əldə etməsinə, aqrar sahədə yeni təsərrüfatların qurulmasına geniş imkanlar açacaq. Rayon mərkəzləri və kəndlərdə yeni subartezian quyularının qazılması, içməli su təchizatı və kanalizasiya şəbəkələrinin qurulması isə əhalinin ekoloji təhlükəsizliyinin təmin olunması, su mənbələrinin mühafizəsi və çirkab suların idarə olunmasına xidmət etməklə yüksək həyat standartlarının yaradılmasını şərtləndirəcək.


Suvarma sistemlərinin yenilənməsi, itkilərin azaldılması və müasir texnologiyaların tətbiqi


Vurğulamaq yerinə düşər ki, Prezident İlham Əliyevin müvafiq Sərəncamına əsasən təsdiq olunan "Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı"nda da məhz suvarma və  içməli su təminatının yaxşılaşdırılması istiqamətində işlərin həyata keçirilməsi, layihələrin icrası nəzərdə tutulub. Proqramda qeyd olunur ki, kənd təsərrüfatına yararlı tоrpaqların su ilə təminatının yaхşılaşdırılması, təsərrüfatlarda mövcud ənənəvi suvarmadan mərhələli olaraq mütərəqqi suvarma sistemlərinə keçidin təmin edilməsi ilə torpaqlardan səmərəli istifadə olunacaq, müasir suvarma infrastrukturu formalaşdırılacaqdır. Eyni zamanda rayon mərkəzlərində və kəndlərdə içməli su təminatının artımı ilə bağlı tədbirlərin görülməsi də nəzərdə tutulub. Prezidentin təsdiq etdiyi yeni Tədbirlər Planı isə konkret layihələri müəyyənləşdirməklə məhz muxtar respublikanın sosial-iqtisadi inkişafına dair Dövlət Proqramının icrasına bilavasitə güclü təkan verəcək. Sərəncamın əsas məqsədləri sırasında su ehtiyatlarının qorunması, su təchizatı və suvarma sistemlərinin yenilənməsi, itkilərin azaldılması və müasir texnologiyaların tətbiqi də yer alır. Bu xüsusda əsas görüləcək işlərdən biri torpaqların meliorativ vəziyyətinin yaxşılaşdırılması və deqradasiyasına, səhralaşmasına qarşı mübarizədir. Naxçıvan şəhərinin Qaraxanbəyli, Tumbul, Şərur rayonunun Püsyan, Tumaslı, Xanlıqlar və Kəngərli rayonunun Böyükdüz, Xok kəndləri ərazisində qapalı suvarma və kollektor-drenaj şəbəkələrinin tikintisi əkinçiliyi təşviqinə yol açmaqla kənd təssərüfatının dayanıqlığının artırılmasına xidmət edəcək. Digər tərəfdən səmərəli əkin və suvarma metodlarının tətbiqi də qlobal məsələnin həllində vacib faktordur. Bu baxımdan kənd təsərrüfatı mütəxəssislərin məsləhət gördüyü şırımla suvarma taxıl eləcə də cərgəarası bitkilərin becərilməsində  istifadə olunan mütərəqqi  üsullardan biri kimi müasir əkinçilikdə xüsusi yer tutur. Bu üsuldan istifadə zamanı suvarma suyuna qənaət edilir, eyni zamanda bitkilərin suya olan təlabatı müntəzəm təmin olunur. Eyni zamanda Damcı üsulu da qlobal su problemi ilə mübarizə baxımından özündə üstün keyfiyyətləri birləşdirir. Bu metodda suya qənaət olunmaqla, daha az su ilə daha çox sahə suvarılır, torpaqda eroziya prosesi baş vermir, qrunt sularının  səviyyəsi su itkiləri olmadığından dəyişməz qalır, torpaqlarda təkrar şoranlaşmanın qarşısı alınır, suvarma suyu birbaşa bitkinin  kök sisteminə verildiyindən onun kökətrafı zonada bərabər şəkildə paylanması təmin edilir. Suvarmada digər bir geniş istifadə edilən yağışyağdırma üsuludur ki, bu zaman suvarma suyu nasosların köməyi ilə çiləyici aparatlara xüsusi borular vasitəsilə müəyyən olunmuş təzyiqlə vurulur və yağış şəkilində torpağa səpilərək torpağı, bitkiləri nəmləndirir. Bu üsulla suvarmada tоrpaq qatı müntəzəm olaraq nəmlənir, suvarma avtomatlaşdırılır, tоrpaq deqradasiyasının qarşısı alınır, suvarmanın kiçik normalarla və tez-tez aparılması hesabına suvarma suyuna qənaət olunaraq becərilən bitkilərin məhsuldarlığı yüksəlir.

Ümummilli Liderimiz Heydər Əliyev deyirdi ki, bir hadisənin qarşısını almaq, o hadisə baş verəndən sonra onun nəticələrini aradan götürməkdən daha asandır. Ulu Öndərin layiqli davamçısı Prezidenti İlham Əliyevin rəhbərliyi ilə sudan səmərəli istifadə məsələsinin xüsusi gündəmə gətirilməsinin, dövlətimizin bu istiqamətdə həyata keçirdiyi təxirəsalınmaz tədbirlərin də əsas məqsədi bu ümumbəşəri problemin yaxın gələcəkdə Azərbaycan üçün daha ağır nəticələrə yol açmasının qarşısını almaqdır. Əminliklə demək olar ki, “Naxçıvan Muxtar Respublikasında su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsinə dair 2026−2030-cu illər üçün Tədbirlər Planı”nın icrası qlobal çağırışlar fonunda Naxçıvanın dayanıqlı inkişafını təmin etməklə həm əhali rifahının yaxşılaşdırılmasına, həm də ölkə sosial-iqtisadi inkişaf strategiyasına mühüm töhfələr verəcək.


Nail ƏSGƏROV 

"Şərq qapısı" qəzetinin şöbə müdiri

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

“Araz-Naxçıvan” səfərdə “Karvan Yevlax”ı məğlub edib

20:34
21 Fevral

Dövlət idarəçiliyində humanizm və qətiyyətin sintezi

18:19
21 Fevral

Şəhid həkimin xatirəsi ehtiramla yad edilib

18:13
21 Fevral

Moldova Azərbaycanlıları Konqresinin “Bazar günü məktəbi”nin şagirdləri Xalq artisti Emin Ağalarovla görüşüblər  

16:57
21 Fevral

Naxçıvanla bağlı Sərəncam: qlobal çağırışlar, vahid sosial-iqtisadi inkişaf strategiyası  

16:34
21 Fevral

Müdafiə Nazirliyinin rəhbər heyəti hava hücumundan müdafiə bölmələrinin fəaliyyətini yoxlayıb  

16:30
21 Fevral

TÜRKPA nümayəndə heyəti Vyanada ATƏT PA-nın qış sessiyasında iştirak edir

15:59
21 Fevral

NATO təlimində “Bayraktar TB3” ilə “Eurofighter” təyyarələri birgə uçuş nümayiş etdirib

14:54
21 Fevral

UNESCO-nun mənzil-qərargahında Beynəlxalq Ana Dili Günü qeyd olunub 

13:17
21 Fevral

Bakıda və Abşeron yarımadasında hava buludlu olacaq  

12:51
21 Fevral

Ölkə üzrə fevral ayının pensiya ödənişi yekunlaşıb

11:23
21 Fevral

DİN ötən gün cinayət törətməkdə şübhəli bilinən 63 nəfəri saxlayıb  

10:49
21 Fevral

Volodimir Zelenski: Ukrayna ordusu cənub bölgəsində 300 kvadratkilometr ərazini azad edib  

10:47
21 Fevral

Volodimir Zelenski: Müharibənin ləyaqətli şəkildə başa çatdırılması üçün imkanlar hələ ki, qalır  

10:46
21 Fevral

Tramp: Ali Məhkəmənin qərarı səhvdir, amma bizim çox güclü alternativlərimiz var  

10:45
21 Fevral

Sumqayıt-Laçın reysi fəaliyyətə başlayır 

10:43
21 Fevral

TDT-nin iqtisadiyyat və ticarət nazirlərinin 15-ci iclası Azərbaycanda keçiriləcək  

10:43
21 Fevral

Qafqaz Müsəlmanları İdarəsi ilə Nizami Gəncəvi Beynəlxalq Mərkəzi arasında Anlaşma Memorandumu imzalanıb  

10:42
21 Fevral

Milli Məclisin növbəti iclasının gündəliyi açıqlanıb 

10:38
21 Fevral

İtaliyalı ekspert: ABŞ Cənubi Qafqazda əhəmiyyətli təşəbbüsə malikdir 

10:37
21 Fevral

Misli Premyer Liqası: “Turan Tovuz” “Zirə”ni məğlub edib

10:09
21 Fevral

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!