21 Fevral 2026 18:19
1362
SİYASƏT
A- A+
Dövlət idarəçiliyində humanizm və qətiyyətin sintezi

Dövlət idarəçiliyində humanizm və qətiyyətin sintezi


Bu gün Mehriban  Əliyevanın Azərbaycan Respublikasının Birinci vitse-prezidenti təyin olunmasının 9 ili tamam olur. Bu müddət ərzində ölkəmizin hərbi-siyasi, sosial-mədəni və humanitar sahələrdə keçdiyi inkişaf yolu göstərdi ki, dövlət idarəçiliyində strateji baxışla humanist yanaşmanın vəhdəti xüsusi əhəmiyyət daşıyır.

Mehriban  Əliyevanın 2017-ci ildə Prezident İlham Əliyevin sərəncamı ilə bu yüksək posta təyin olunmasından sonrakı dövrə nəzər salsaq görərik ki, bu müddət ərzində Azərbaycan regionda söz və təşəbbüs sahibi olan dövlət kimi mövqeyini daha da möhkəmləndirib.

Hərbi-siyasi müstəvidə ölkəmizin təhlükəsizliyinin təmin olunması, milli maraqların qətiyyətlə müdafiəsi və post-münaqişə dövründə yeni reallıqların formalaşması ilə paralel olaraq, sosial və humanitar siyasətdə də keyfiyyətcə yeni mərhələ başlanıb.

Bu mərhələnin əsas xüsusiyyətlərindən biri insan amilinin prioritet olmasıdır.

Şəhid ailələrinə və qazilərə göstərilən diqqət, sosial müdafiə tədbirlərinin genişləndirilməsi, regionların inkişafı, mədəni və mənəvi irsin qorunması istiqamətində həyata keçirilən sistemli fəaliyyət dövlət siyasətinin sosial ədalət və milli həmrəylik prinsiplərinə söykəndiyini bir daha təsdiqləyir.

Mehriban xanım Əliyevanın fəaliyyəti yalnız cəmiyyətin iqtisadi-sosial və humanitar-mədəni maraqlarının qorunmasına yönələn uğurlu layihələrin icrası və çəmiyyətin gücünü bu istiqamətə yönəltməsi ilə ölçülmür. Bu fəaliyyət özündə daha çox dövlətçilik fəlsəfəsinə insani dəyərlərin inteqrasiyasını ehtiva edir.

Bunu əyani  olaraq ilk növbədə Mehriban  Əliyevanın  rəhbərlik etdiyi Heydər Əliyev Fondu vasitəsilə həyata keçirilən təhsil, səhiyyə, mədəniyyət və sosial layihələrin ölkə daxilində sosial həmrəyliyi gücləndirməklə yanaşı, Azərbaycanın beynəlxalq humanitar nüfuzunu  artırması da sübut edir.

Həmçinin iki və çoxtərəfli formatları qarşılıqlı əməkdaşlıq çərçivəsində reallaşdırılan təşəbbüsləri vasitəsilə mədəniyyətlərarası dialoqun təşviqi, dini və etnik tolerantlığın qorunması baxımından mühüm platformalara çevirməsi də aydın şəkildə ortaya qoyur.

Bu dövrdə xüsusilə vurğulanmalı məqamlardan biri də regionda əldə edilmiş sülhün davamlı və dayanıqlı xarakter alması istiqamətində aparılan siyasətdir.

Müharibədən sonrakı mərhələdə quruculuq, bərpa və reinteqrasiya proseslərinin humanitar ölçüsü Azərbaycanın sülh gündəliyinin əsas xəttini təşkil edir.

Axı özü-özlüyündə sülh yalnız hərbi-siyasi sənəd deyil, həm də sosial ədalət, qarşılıqlı etimad və inkişaf strategiyasıdır. Mehriban xanım Əliyevanın fəaliyyəti bu baxışın humanitar dayaqlarını möhkəmləndirən mühüm faktorlardandır.

Eyni zamanda, onun timsalında qadın-kişi bərabərliyinin praktik nümunəsini görürük. Azərbaycan qadınının yüksək dövlət və beynəlxalq platformalarda layiqincə təmsil olunması, liderlik keyfiyyətlərinin zəriflik və mərhəmətlə uzlaşdırılması müasir idarəçilik modelində yeni yanaşma formalaşdırır. Mehriban xanımın fəaliyyəti göstərir ki, qadın liderlik anlayışı yalnız təmsilçilik deyil, həm də strateji qərarvermə, sosial məsuliyyət və milli maraqların müdafiəsi deməkdir. Bu, Azərbaycan qadınının potensialının daha geniş və yüksək səviyyələrdə reallaşmasına stimul verir.

Mehriban  Əliyevanın birinci xanım kimi ailə dəyərlərinə sədaqəti və ailəlikcə dövlətə, xalqa və onun ən təbii maraqları uğrunda sərgilədiyi xidmət nümunəsi xüsusi əhəmiyyət kəsb edir.

Dövlətçilik ənənəsinə sədaqət, ailə institutuna hörmət və milli-mənəvi köklərə bağlılıq onun xarakter keyfiyyətlərindən qaynaqlanır və bu keyfiyyətlər həm milli, həm də beynəlxalq miqyasda yüksək dəyərləndirilir. Ailə dəyərlərinin qorunması ilə dövlətə xidmətin vəhdəti cəmiyyət üçün güclü mənəvi örnəkdir.

Doqquz illik fəaliyyət göstərir ki, müasir Azərbaycan güclü siyasi iradə, sosial məsuliyyət, humanitar diplomatiya və gender bərabərliyi prinsiplərini paralel şəkildə inkişaf etdirir.

Mehriban xanım Əliyevanın timsalında biz dövlətçiliklə humanizmin, liderliklə ailə dəyərlərinin, milli maraqlarla beynəlxalq əməkdaşlığın harmoniyasını görürük.

Bu əlamətdar gün münasibətilə bir daha vurğulamaq yerinə düşər ki, bu yol yalnız keçilmiş mərhələ deyil, həm də gələcəyə istiqamətlənmiş strateji inkişaf xəttidir.

Qoy ölkəmiz Azərbaycan regionda sülhün, sabitliyin və tərəqqinin mərkəzi olaraq daha da güclənsin, Azərbaycan qadını isə ən yüksək tribunalarda milli kimliyimizi və dəyərlərimizi ləyaqətlə təmsil etməyə davam etsin.

 

Bahar Muradova,

Ailə,Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib

12:48
04 Aprel

Hulusi Kılıç: Prezident İlham Əliyevin TDT-nin inkişafına dair sözləri Türk dünyasında böyük əks-səda doğurub  

12:08
04 Aprel

Türkiyənin Van vilayətində 5,1 maqnitudalı zəlzələ

12:01
04 Aprel

Müharibə vəziyyətində olan Ukraynada minatəmizləmə təcrübəsi  

11:42
04 Aprel

Səfir: Humanitar yardım karvanı əslində Azərbaycanın həmrəyliyini və mənəvi dəstəyini İrana çatdırır 

11:38
04 Aprel

Seneqal Respublikasının Prezidenti Zati-aliləri cənab Bassiru Diomaye Fayeyə

11:18
04 Aprel

DYP dumanlı hava şəraiti ilə bağlı sürücülərə müraciət edib

11:06
04 Aprel

Xəzərdə zəlzələ olub

11:01
04 Aprel

FHN-dən gözlənən hava şəraiti ilə əlaqədar əhaliyə müraciət

10:49
04 Aprel

İndoneziya sahillərində güclü zəlzələ qeydə alınıb

10:42
04 Aprel

Tehranın şimalındakı dağlıq ərazidə partlayışlar baş verib  

10:36
04 Aprel

Pentaqon: İranda əməliyyat başlayandan bəri 365 ABŞ hərbçisi yaralanıb  

10:23
04 Aprel

Azərbaycan Prezidentinin tapşırığı ilə İrana növbəti humanitar yardım yola salınıb  

10:13
04 Aprel

Prezident İlham Əliyev: Həm yaxşı, həm də çətin günlərdə daim bir-birimizin yanında olmağa davam edəcəyik  

10:01
04 Aprel

Madaqaskarda dövlət çevrilişi və Prezidentə qarşı sui-qəsd cəhdinin qarşısı alınıb

09:40
04 Aprel

Bilmək istəyirəm

09:35
04 Aprel

Mina terrorçuluğu bütün bəşəriyyət üçün ağrılı problemdir

09:30
04 Aprel

Zivər bəy Əhmədbəyov - qaranlıq dövrün işıqlı memarı

09:25
04 Aprel

ABŞ Bəhreyn bazasından 1500 əsgəri təxliyə edir

09:21
04 Aprel

Bakı - Şərqlə Qərbin ortaq şəhəri

09:20
04 Aprel

Bənəniyar su anbarını qidalandıran kanalın yenidən qurulması davam edir

09:15
04 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!