07 Avqust 2022 00:49
578
CƏMİYYƏT
A- A+
Naxçıvanda şəhid ailəsi və qazilərə mənzillərin, avtomobillərin və dövlət təltiflərinin təqdimatı olub

Naxçıvanda şəhid ailəsi və qazilərə mənzillərin, avtomobillərin və dövlət təltiflərinin təqdimatı olub

 

Avqustun 6-da şəhid ailəsinə və qazilərə yeni mənzillərin və avtomobillərin, qüsursuz xidmət etmiş hərbi qulluqçuya yeni mənzilin, Azərbaycan Respublikasının orden, medal və fəxri adlarının, eləcə də Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin gənc istedadlara xüsusi aylıq təqaüdünün təqdimat mərasimi keçirilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov qəhrəman şəhidlərimizin əziz xatirəsinə ehtiramını bildirib, şəhid ailəsinə və qazilərə, qüsursuz xidmət etmiş hərbi qulluqçuya yeni mənzillərdə rahat həyat arzulayıb, qazilərimizi avtomobillə təmin olunmaları, təltif olunanları dövlətimizin ali mükafatlarına, gəncləri isə xüsusi aylıq təqaüdə layiq görülmələri münasibətilə təbrik edib.

Ali Məclisin Sədri şəhid ailəsi və qazilərə mənzillərin orderlərini və avtomobillərin açarlarını təqdim edib.

Mənzillə təmin olunan şəhid İbrahim Vəlizadənin həyat yoldaşı Billur Vəliyeva deyib: "Mən şəhid yoldaşı olmaqdan fəxr edir, bu adı daşımaqdan qürur duyuram. Şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə dövlətimizə minnətdarlıq edirəm".

Mənzillə təmin olunan qazi C.Bayramov deyib: "Mən 2004-cü ildə Naxçıvanda Heydər Əliyev adına Hərbi Liseydə təhsil aldığım müddətdə hər zaman Ali Məclis Sədrinin diqqət və qayğısını üzərimdə hiss etmişəm. Liseyi bitirdikdən sonra xidməti davam etdirdim. Bu gün torpaqlarımız düşmən tapdağından azad olunub. Bundan sonra da qazi kimi hər zaman dövlətimizin yanındayıq. Bizim bu gün mənzillə təmin olunmağımız ailəmizə böyük sevinc bəxş etdi".

Qeyd olunub ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin "Azərbaycan Ordusunun hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə" 2011-ci il 28 dekabr tarixli Fərmanına əsasən Azərbaycan Ordusunda 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçulara mənzillər təqdim olunur. Fərmana uyğun olaraq 20 ildən artıq qüsursuz xidmət edən ehtiyatda olan polkovnik-leytenant Fariz Həsənova yeni mənzilin orderi təqdim edilib.

Sonra Azərbaycan Respublikasının orden, medal və fəxri adları təqdim olunub.

Azərbaycan Respublikasının "Əməkdar tibb işçisi" fəxri adı ilə təltif olunan şəhid anası Yəmən Abbasova əməyinə verilən yüksək qiymətə görə minnətdarlıq edib.

Təltif olunanlardan Xəlil Fərəcov, Yusif Seyidov, Anar Əhmədov, Sahəddin Quliyev, Elman Novruzov, Telman Rzayev, Vilayət Sadıqov, Ramin Hacıyev, Elman Əkbərov, İsmayıl Gülməmmədov və digərləri əməklərinə verilən yüksək qiymətə görə minnətdarlıq edib, bundan sonra da ölkəmizin inkişafı və tərəqqisi yolunda səylə çalışacaqlarına söz veriblər.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin 2022-ci il 18 iyul tarixli sərəncamı ilə kikboksinq idmanı üzrə Naxçıvan şəhər 5 nömrəli tam orta məktəbin şagirdi Röya Abdullayevanın və STEAM təhsili üzrə Naxçıvan şəhər 8 nömrəli tam orta məktəbin şagirdi Kamal Qafarovun adları Naxçıvan Muxtar Respublikası Gənc İstedadlarının "Qızıl kitabı"na yazılıb və onlar Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin xüsusi aylıq təqaüdünə layiq görülüblər.

Ali Məclisin Sədri təqaüd kartlarını gənc istedadlara təqdim edib, onlarla xatirə şəkli çəkdirib.

Təqaüdçü gənc Kamal Qafarov deyib: "Muxtar respublikada STEAM təhsil metodu tətbiq olunur. Bununla da mənim kimi yüzlərlə şagird öz ideyalarını, intellektual səviyyələrini nümayiş etdirə bilirlər. Mən də 8 nömrəli tam orta məktəbdə yaradılan şəraitdən istifadə edərək STEAM təhsil sahəsində muxtar respublikamızı bir çox tədbirlərdə təmsil etmişəm. Yaradılan müasir təhsil şəraitinə və verilən yüksək qiymətə görə Ali Məclisin Sədrinə minnətdarlıq edirəm. Söz verirəm ki, bundan sonrakı təhsil həyatımda daha da səylə çalışacaq və göstərilən etimadı doğruldacağam".

Şəhid ailəsinə və qazilərə, qüsursuz xidmət etmiş hərbi qulluqçuya verilən 2, 3 və 4 otaqlı mənzillər Naxçıvan, Babək və Culfa şəhərlərindəki yeni yaşayış binalarında yerləşir.

 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycanın 2 boksçusu Avropa çempionu olub  

10:40
18 Dekabr

Paytaxt məktəblilərinin müəllifi olduğu növbəti kitabın təqdimatı olub  

10:38
18 Dekabr

İsveç hökuməti seçkiöncəsi məlumatların bloklanmasına görə “Meta”dan izahat tələb edir  

10:03
18 Dekabr

Quterreş ABŞ və Venesuelanı BMT Xartiyasına əməl etməyə çağırıb  

09:47
18 Dekabr

 Miqrantların hüquqlarının müdafiəsində Ombudsman təsisatlarının rolu  

09:39
18 Dekabr

Ağdamda traktor minaya düşüb, xəsarət alan var – BİRGƏ MƏLUMAT

09:33
18 Dekabr

Səssiz təhlükə

09:00
18 Dekabr

Polis Akademiyasında təhsil almaq istəyən abituriyentlər üçün müsabiqə elan edilir

08:55
18 Dekabr

Nakam taleli rəssam

08:50
18 Dekabr

Bir ömrə sığmayan həyat

08:45
18 Dekabr

Ailə hüququnda aliment institutunun müasir tələbləri

08:40
18 Dekabr

İqtisadi inkişaf və rahat həyat abad yoldan başlayır

08:35
18 Dekabr

İşgüzar səfər, strateji hədəf

08:30
18 Dekabr

Ermənilər qərbi azərbaycanlıların doğma yurdlarına qayıtmalarını niyə böyük təhlükə hesab edirlər

08:27
18 Dekabr

Amnistiya təşəbbüsü geniş sosial əhatəyə malikdir

08:25
18 Dekabr

Azərbaycan-Türkiyə strateji müttəfiqliyi gündən-günə möhkəmlənir

08:20
18 Dekabr

Qətər Azərbaycanın Yaxın Şərqdə mühüm tərəfdaşıdır

08:15
18 Dekabr

Azərbaycan nümunəsi

08:10
18 Dekabr

Regiondakı yeni status-kvo Azərbaycanın hərbi-siyasi qələbələrinin nəticəsidir

08:05
18 Dekabr

Strateji tərəfdaşlığa əsaslanan uğurlu əməkdaşlıq

08:00
18 Dekabr

“Dövlət rüsumu haqqında” və “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 11 aprel tarixli 177-VIIQD nömrəli Qanununun tətbiqi və “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının 2016-cı il 15 mart tarixli 176-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 20 aprel tarixli 866 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 7 may tarixli 388 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi barədə

01:23
18 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!