20 Sentyabr 2025 08:05
570
İQTİSADİYYAT
A- A+
Naxçıvan enerji sistemi yenidən qurulur

Naxçıvan enerji sistemi yenidən qurulur


Azərbaycan Respublikası Prezidentinin 23 noyabr 2024-cü il tarixli, 235 nömrəli Fərmanına uyğun olaraq "AzərEnerji" tərəfindən Naxçıvan Muxtar Respublikasında elektroenergetika sahəsində mühüm addımlar atılır. 

Qurumun Mətbuat xidmətindən verilən məlumata görə, hazırda regionun elektrik enerjisi təminatında əsas rol oynayan istismar müddətini keçmiş bir neçə yarımstansiya sökülərək yenidən tikilir. Belə ki, 154/110/10 kilovoltluq "Babək", 110/35/10 kilovoltluq "Çeşməbasar" və 110/35/10 kilovoltluq "Naxçıvan" yarımstansiyaları sökülərək tam yenidən qurulur. Həmçinin Naxçıvan Regional Rəqəmsal İdarəetmə və SCADA mərkəzi, eləcə də müasir texniki infrastrukturlar yaradılır.

Yeni enerji obyektləri tikilərək istifadəyə verildikdən sonra regionda elektrik enerjisi təchizatının etibarlılığı və dayanıqlılığı əhəmiyyətli dərəcədə artacaq, eyni zamanda Naxçıvanın enerji təhlükəsizliyinin möhkəmləndirilməsinə və davamlı inkişafına töhfə verəcək.

Bununla yanaşı, "AzərEnerji" tərəfindən Naxçıvan ötürücü elektrik şəbəkəsinin modernləşdirilməsi istiqamətində də ciddi işlər aparılır. Muxtar respublikanın ötən əsrin 50-ci illərinin sonlarından istismarda olan hava elektrik verilişi xətləri "AzərEnerji" tərəfindən sökülərək yenidən qurulur. İlkin mərhələdə 110 kilovoltluq "Culfa", "Ordubad-1" və "Ordubad-2" yüksəkgərginlikli ötürmə xətləri ikidövrəli olmaqla, ümumilikdə 68 km məsafədə yenidən çəkilir. 

"AzərEnerji" tərəfindən Naxçıvan Muxtar Respublikasında 3 istiqamətdə çəkilən ötürmə xətlərində və 3 yerdə tikilən yarımstansiyalarda, o cümlədən Regional Rəqəmsal İdarəetmə Mərkəzində aparılan işlərin gələn il ərzində yekunlaşdırılması planlaşdırılır. 


N.ƏSGƏROVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Türkmən xalqının Milli Lideri, Türkmənistan Xalq Məsləhətinin Sədri Zati-aliləri cənab Qurbanqulu Berdiməhəmmədova  

15:40
11 Dekabr

Türkmənistanın Prezidenti Zati-aliləri cənab Sərdar Berdiməhəmmədova  

15:37
11 Dekabr

Fridrix Merts: Kiyev hansı ərazi güzəştlərinə getməyə hazır olduğunu özü müəyyən etməlidir  

15:36
11 Dekabr

“Le Monde”: Fransa Ukrayna qaçqınları üçün yardım proqramlarını azaldır  

15:33
11 Dekabr

Bu il dövlət əmlakının özəlləşdirilməsi və icarəsindən büdcəyə 170 milyon manata yaxın vəsait daxil olub  

15:32
11 Dekabr

 Boliviyanın eks-prezidenti korrupsiya istintaqı çərçivəsində saxlanılıb

15:12
11 Dekabr

Danimarka ilk dəfə ABŞ-ni “potensial təhlükəsizlik təhdidi” adlandırıb  

15:11
11 Dekabr

Kəlbəcərdə elektrik yarımstansiyası və Rəqəmsal İdarəetmə Mərkəzində görülən işlər başa çatıb  

15:10
11 Dekabr

“Azərbaycan Respublikasında məhkəmə ekspertizası sahəsinin inkişafına dair 2026-2030-cu illər üçün Konsepsiya” təsdiqlənib  

15:09
11 Dekabr

Fridrix Merts: Bizim başımızın üzərindən heç bir sülh razılaşması ola bilməz  

15:07
11 Dekabr

Azərbaycanda benzin və dizel satışından əldə olunan gəlir açıqlanıb  

15:05
11 Dekabr

Sabah Bakının bəzi küçə və prospektlərdə nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulmaqla istiqamətlər dəyişdiriləcək  

15:04
11 Dekabr

Xocalının Şuşakənd kəndinə çatan ailələrə də açarlar təqdim olundu YENİLƏNİB

15:03
11 Dekabr

Qazaxıstan və İran Xəzər dənizində liman infrastrukturunun inkişafını müzakirə ediblər  

14:52
11 Dekabr

Baş nazir Əli Əsədov Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib  

14:51
11 Dekabr

Ermənistan vətəndaşlarının məhkəməsində tərəflərə replika hüququndan istifadə etmək imkanı yaradılıb  

14:43
11 Dekabr

DSX-nin rəisi Bəhreynin daxili işlər naziri ilə görüşüb  

14:43
11 Dekabr

Sabah hava əsasən yağmursuz keçəcək  

14:35
11 Dekabr

On bir ayda pərakəndə ticarət şəbəkəsində 58,5 milyard manatlıq məhsul satılıb  

14:31
11 Dekabr

Elektron ticarət artır, bəs fiziki satışlar azalırmı?  

14:17
11 Dekabr

Soltanlıda tikinti işlərinə başlanıldı, 420 ev inşa edilir

14:11
11 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!