09 Yanvar 2026 22:04
669
CƏMİYYƏT
A- A+
GAK sədri: Prezident İlham Əliyevin ana dilimizlə bağlı söylədiyi fikirlər xaricdə yaşayan azərbaycanlılar üçün ciddi siqnaldır  

GAK sədri: Prezident İlham Əliyevin ana dilimizlə bağlı söylədiyi fikirlər xaricdə yaşayan azərbaycanlılar üçün ciddi siqnaldır  


Azərbaycan Prezidenti İlham Əliyevin yerli televiziyalara müsahibəsi zamanı ana dilimizlə bağlı söylədiyi fikirləri Gürcüstan azərbaycanlısı kimi çox böyük məmnuniyyətlə qarşıladım. Çünki həqiqətən də dilimizin məhz bu cür yanaşmaya ciddi ehtiyacı var idi.

Bu sözləri AZƏRTAC-a müsahibəsində Gürcüstan Azərbaycanlıları Konqresinin (GAK) sədri Hüseyin Yusifov deyib.

Onun sözlərinə görə, dilə münasibət əslində dövlətin özünə münasibətidir və bu münasibət artıq Azərbaycan Prezidenti tərəfindən çox açıq və qətiyyətli şəkildə ortaya qoyuldu: “Qəlbində ana dilinə hörmət və sevgi olan Gürcüstan azərbaycanlıları bunu alqışlayırlar”.

H.Yusifov hesab edir ki, hər bir soydaşımız yaşadığı ölkənin dövlət dilini bilməlidir: “Bu, mübahisəsizdir. Amma ana dilimiz də yaşamalıdır. Ana dilini yaşatmağın yolu həm də ədəbiyyatdan keçir. Bunun üçün müasir milli ədəbiyyatımız qurulmalı, inkişaf etdirilməlidir. Ədəbiyyat ana dilimizin, xüsusən də, ədəbi dilin inkişafında mühüm rol oynayır".

GAK sədri bildirib ki, bu gün Azərbaycanda dövlət səviyyəsində ədəbiyyatla bağlı müxtəlif layihələrin həyata keçirilməsi, xüsusi mükafatların təsis olunması olduqca sevindirici və mühüm hadisədir: “Bu, çox böyük və strateji bir addımdır. Çünki ədəbiyyat yaşadıqca, dil də yaşayır. Ədəbiyyatı olmayan dil tədricən zəifləyir, inkişafdan qalır, yabanı sözlər, ifadələr və anlayışlar dilimizə daxil olur və dilin mahiyyətini itirir”.

H.Yusifovun sözlərinə görə, dil inkişaf etməli, yaşamalıdır: “Tarixdə ölmüş, bir də yaşayan dillər var. Bizim dilimiz yaşayan dillərdəndir. Dilə göstərilən diqqət onun daha da inkişaf etməsinə xidmət edir. Bu yanaşma dilimizin gələcəyi üçün mühüm bir təminatdır. Ana dilimiz yaşamalıdır və bu istiqamətdə dövlətin mövqeyi açıq şəkildə ortaya qoyulub".

GAK sədri hesab edir ki, bu baxımdan Prezident İlham Əliyevin çıxışı Azərbaycan dilinə münasibətdə çox vacib və vaxtında verilmiş mesajdır: "Prezidentin çıxışında qeyd etdiyi kimi, xaricdə bəzi dövlət başçıları da deyirlər ki, Azərbaycan dili olduqca zəngin, mədəni, işləklik baxımından güclü, qulağa və ürəyə yatımlı bir dildir. Azərbaycan dili, sadəcə, ünsiyyət vasitəsi deyil, yüksək mədəniyyət daşıyıcısıdır. Bunun da tarixi kökləri, əsasları var. Azərbaycan dili tarixən diplomatiya dili olub və bu gün də qorunmalı, inkişaf etdirilməlidir, bu mövqe təkcə ölkə daxilində deyil, xaricdə yaşayan soydaşlar üçün də mühüm mesaj və siqnaldır".

H.Yusifov bildirib ki, Azərbaycan dili köklü tarixə malik dildir: “Yaxın Şərqdə və Avropada diplomatiya dili olub. Bu gün bu həqiqətlərin dövlət başçısı səviyyəsində səsləndirilməsi, xüsusilə Gürcüstanda yaşayan soydaşlarımız üçün də ciddi siqnaldır”.

O, rəhbərlik etdiyi qafqaztürk.com portalında Azərbaycan dilinin qorunması və inkişafı istiqamətində görülən işlərdən də danışıb: “Biz portal üçün xəbər və reportajları hazırlayarkən ana dilinin qorunmasına xüsusi diqqət yetiririk. Bəzən media məkanında Azərbaycan dilinin qaydalarının pozulduğunu görürük. Belə hallarda açıq şəkildə kimisə ittiham etmirik, kimsəni gözdən salmırıq. Hardasa səhv gördükdə, özəl şəkildə müraciət edib bildiririk. Çünki məqsəd qışqırmaq, kimisə təhqir etmək deyil, səhvləri düzəltmək, dilin dəyərlərini inkişaf etdirmək və qorumaqdır”.

H.Yusifov əlavə edib ki, Gürcüstanda fəaliyyət göstərən yerli Azərbaycandilli portalların işi təqdirəlayiqdir: “Onların fəaliyyəti həm xalqımızın maariflənməsinə, həm də ana dilimizin yaşamasına xidmət edir”.

O, eyni zamanda, portalda çalışan tanınmış dilçi İbrahim Xəlilin fəaliyyətini də xüsusi qeyd edib: “O, Azərbaycan dilini və ədəbiyyatını mükəmməl bilən ziyalıdır. Əsas fəaliyyəti məhz dilin saflığının qorunmasına xidmət edir”.

Hüseyn Yusifov media məkanında dilə yanaşmanın məsuliyyət tələb etdiyini də vurğulayıb: “Dilə münasibət ciddi olmalıdır. Yazılarda dil qüsurlarına yol verilməməlidir. Mətnlər qulağa xoş gəlməli, oxucu tərəfindən rahat qəbul olunmalıdır. Oxucu yazını oxuyanda anlamalıdır ki, qarşısındakı mətn Azərbaycan ədəbi dilində yazılıb. Dialekt və şivələr xalqın mədəni irsinin bir hissəsidir, lakin ədəbiyyat və media dili fərqlidir. Məsələn, Borçalı bölgəsinin özünəməxsus ləhcəsi var və bu, mədəni zənginliyimizdir. Amma ədəbiyyat dili ləhcə dili deyil. Mətnlər mütləq Azərbaycan ədəbi dili əsasında yazılmalıdır”.

Onun sözlərinə görə, rəhbərlik etdiyi media platformasında əsas məqsəd oxucuya nümunəvi dil təqdim etməkdir: “Biz çalışırıq ki, yazılarımızı oxuyan hər kəs desin: "Bax, Azərbaycan ədəbi dili məhz budur".

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycanın müdafiə naziri MDB Müdafiə Nazirləri Şurasının növbəti iclasında iştirak edib  

07:07
03 Aprel

Azərbaycan və Gürcüstan Vəkillər Kollegiyaları arasında əməkdaşlıq memorandumu imzalanıb  

21:13
02 Aprel

“Reuters”: Dron hücumları səbəbindən Rusiyada neft hasilatının azalması qaçılmazdır

20:58
02 Aprel

Prezidentin Mətbuat Xidmətinin məlumatı

20:42
02 Aprel

40 ölkə Hörmüz boğazının fəaliyyətinin bərpasını müzakirə edir

19:59
02 Aprel

Benefisiar mülkiyyətçi məlumatlarına dair mərkəzləşdirilmiş reyestrin fəaliyyətinin təmin olunması ilə bağlı görülməli tədbirlər müəyyənləşdirilib  

18:49
02 Aprel

Baş nazir Əli Əsədov Türkiyənin vitse-prezidenti Cevdet Yılmazla görüşüb

18:49
02 Aprel

Azərbaycan və Tacikistan XİN-ləri arasında növbəti konsulluq məsləhətləşmələri olub

18:48
02 Aprel

Cevdet Yılmaz: Türkiyə ilə Azərbaycan arasındakı münasibətlər xüsusi xarakter daşıyır  

18:46
02 Aprel

Xarici qərarların tanınmasında Ali Məhkəmə tərəfindən şəffaflıq və tam neytrallıq təmin olunur  

18:31
02 Aprel

Türkiyənin Vitse-prezidenti: Türk dövlətləri arasında ticarət dövriyyəsini artırmaq əsas hədəflərdən biridir  

18:22
02 Aprel

Hökumətlərarası Təqaüd Proqramları çərçivəsində ən çox müraciət edilən ölkələrin adları açıqlanıb  

18:01
02 Aprel

BMT Azərbaycanın təşəbbüskarı olduğu qətnaməni qəbul edib  

17:57
02 Aprel

Rəcəb Tayyib Ərdoğan: Türkiyə “su stresi” yaşayan ölkələrdən biridir  

17:48
02 Aprel

Soner Kılıç: Azərbaycan Türk dünyasında dayanıqlı turizmin strateji mərkəzinə çevrilmək potensialına malikdir  

17:41
02 Aprel

Azərbaycan və Çili qida təhlükəsizliyi, bitki və heyvan sağlamlığı sahələrində əməkdaşlığı inkişaf etdirəcək  

17:34
02 Aprel

Bakıda və rayonlarda intensiv yağış, bəzi dağlıq ərazilərdə qar yağacaq – XƏBƏRDARLIQ

17:31
02 Aprel

AZƏRTAC-da Səudiyyə Ərəbistanı səfiri ilə görüş keçirilib 

17:26
02 Aprel

Azərbaycan idmançıları mart ayında 118 medal qazanıblar  

17:19
02 Aprel

Beynəlxalq axtarışda olan Pakistan vətəndaşı Azərbaycanda saxlanılaraq Tacikistana təhvil verilib  

17:12
02 Aprel

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib

17:03
02 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!