13 Aprel 2024 16:18
546
DÜNYA
A- A+

Naməlum şəxs Sidneydəki ticarət mərkəzinin ziyarətçilərinə bıçaqla hücum edib, 5 nəfər ölüb

 

Naməlum şəxsin Sidneyin ətrafındakı ticarət mərkəzinin ziyarətçilərinə bıçaqla hücumu nəticəsində beş nəfər həlak olub.

AZƏRTAC “The Sydney Morning Herald” qəzetinə istinadla xəbər verir ki, bir uşaq da daxil olmaqla səkkiz nəfər xəstəxanaya yerləşdirilib. Avstraliyanın Yeni Cənubi Uels ştatının polisi hücum edənin öldürüldüyünü bildirib.

Hadisədən sonra ticarət mərkəzinə gələnlər təxliyə olunub, insanlara ərazidən çəkinmələri tövsiyə edilib. Yeni Cənubi Uels polisi daha sonra hücum nəticəsində beş nəfərin həlak olduğunu təsdiqləyib. İlkin araşdırmaya görə, hücum edən şəxs tək olub.

Ştatın təcili yardım xidmətinin nümayəndəsi NBC-yə bildirib ki, xəsarət alanlar arasında doqquz aylıq körpə də olub. O, bıçaq yarası ilə Sidney uşaq xəstəxanasına çatdırılıb. Ümumilikdə xəstəxanalara səkkiz nəfər çatdırılıb, onların vəziyyəti barədə hələ detallı məlumat verilməyib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video