07 Noyabr 2023 01:22
3735
ELANLAR
A- A+
Müştəri təcrübəsinin təkmilləşdirilməsi: AZAL əməkdaşlarının yeni obrazı

Müştəri təcrübəsinin təkmilləşdirilməsi: AZAL əməkdaşlarının yeni obrazı

 

Azərbaycanın milli aviadaşıyıcısı AZAL öz əməkdaşları üçün yeni forma təqdim edib. Yeni forma müştəri təcrübəsinin təkmilləşdirilməsi, insanlara qayğı, həmçinin brendin identik şəkildə qəbul edilməsini təmin edən uğurlu müştəri yolunun bir tərkib hissəsidir.
"Komandanın yeni obrazı aviaşirkət müştərilərinin gözləntilərinə cavab verəcək bir sıra xidmətlərin təkmilləşdirilməsi istiqamətində mühüm dəyişikliklər, o cümlədən personalın peşəkarlıq səviyyəsinin artırılması, yenilənmiş menyu və digər bir çox detalları aydın şəkildə əks etdirir," deyə yeni təyin olunmuş Müştəri Təcrübəsinin İdarəolunması İdarəsinin Rəhbəri Varda Harhara bildirib. "Bütün bunlar AZAL-ın əsas prioritetlərindən biri olan rahat və qüsursuz səyahət təcrübəsinin ayrılmaz hissəsidir".
Dünyaşöhrətli azərbaycanlı dizayner Rüfət İsmayıl tərəfindən hazırlanmış yüksəkkeyfiyyətli eleqant kolleksiya zərif üslubu və müasir tendensiyaları ilə seçilir.
"Mən fəxr edirəm ki, "Azərbaycan Hava Yolları" aviaşirkəti öz əməkdaşları üçün yeni obrazın işlənib hazırlanmasında mənim baxışıma etimad göstərib. Klassik üsluba müasir dəb elementləri əlavə edərək uğurlu bir sembioz yaratmağa çalışdıq. Məqsədimiz, hər zaman aktual və trendlərlə yüklənməmiş kolleksiya yaratmaq idi", - deyə Rüfət İsmayıl bildirib.
Yeni forma uçuş heyəti, "VIP Lounge" və aviaşirkətin rəsmi kassalarının əməkdaşları üçün nəzərdə tutulub. Kolleksiyada brendin identik şəklində qəbul edilməsini təmin edən donlar, dəbli kostyumlar, ayaqqabılar və aksesuarlar vahid dizaynda yer alır. Kolleksiyaya aviasiya personalının iş xüsusiyyətləri və şəraitini nəzərə alan, rahatlıq və mükəmməl uyğunluğu təmin edən parçalardan hazırlanmış yay və qış geyimləri daxildir.

 

"Azərbaycan Hava Yolları" QSC-nin Mətbuat xidməti

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Ermənistanda revanşistlərin siyasi dayaqları yoxdur

08:30
17 Dekabr

Avropa İttifaqı yenidən sülhə qarşı

08:25
17 Dekabr

Misri qılıncdan döyüş PUA-larınacan

08:20
17 Dekabr

Doktorantların və gənc tədqiqatçıların XXVIII Respublika elmi konfransı (NASCO XXVIII) başlayıb

08:15
17 Dekabr

Əmək Məcəlləsi təkmilləşdirilir

08:10
17 Dekabr

YAP Sədrinin müavini Tahir Budaqov Türkiyədə səfərdə olub

08:05
17 Dekabr

"Konstitusiya və Suverenlik İli"nin humanizm səhifəsi

08:00
17 Dekabr

Məcburi audit subyektləri rəhbərlərinin nəzərinə!

01:42
17 Dekabr

Azercell abunəçilərinin nəzərinə

01:40
17 Dekabr

Ağacan Abiyevin şərəfinə boks turnirinin açılış mərasimi olub

23:21
16 Dekabr

Qahirədə beynəlxalq konfransda Azərbaycandakı tolerantlıq mühitindən danışılıb

23:14
16 Dekabr

FIFA ilin ən yaxşılarını açıqlayıb

22:28
16 Dekabr

Azərbaycan Pakistanın neft-qaz infrastrukturunun inkişafına mühüm töhfə verə bilər  

21:22
16 Dekabr

Elektron siqaretlərin dövriyyəsinin qadağan edilməsini nəzərdə tutan qanun layihəsi plenar iclasa tövsiyə olunub

20:03
16 Dekabr

Ruben Vardanyanın məhkəmə istintaqı yekunlaşıb

19:50
16 Dekabr

Milli Məclisin növbəti plenar iclası keçirilib, 10 məsələ müzakirə olunub YENİLƏNİB 

19:48
16 Dekabr

Bahar Muradova: Azərbaycanın əhali və ailə siyasəti uzunmüddətli strateji yanaşmaya əsaslanır  

19:38
16 Dekabr

“Qarabağ” Antalyada təlim-məşq toplanışı keçəcək  

19:29
16 Dekabr

Parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında amnistiya barədə qərar layihəsi müzakirə olunub  

19:27
16 Dekabr

Azərbaycan Dünya Türk Dili Ailəsi Günü münasibətilə Ankarada keçirilən tədbirdə təmsil olunub

19:22
16 Dekabr

Zəngilanın Ağalı kəndində növbəti əmək yarmarkası keçirilib  

19:08
16 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!