10 Fevral 2024 10:10
1310
Mədəniyyət
A- A+
Müsabiqələr qalibi

Müsabiqələr qalibi

 

"Vətənim, soy-köküm, ailəm, sənətim, gələcək arzularım barədə danışmaq mənim üçün həmişə fəxrdir. Atam Ramil Kazımov köklü şuşalıdır. İşğaldan əvvəl heç cür inana bilməyiblər ki, tac-şəhərimizdəki son anlarıdır və həmin əsrarəngiz məkanı tərk edərək, 30 il ərzində Şuşasız yaşamaq məcburiyyətində qalacaqlar. 
Nənəm orada məktəb direktoru vəzifəsində çalışırdı və babamla birgə son günədək doğma yurdlarından çıxmaq niyyətində olmayıblar. Özlərinin dediyinə görə, vəziyyət elə gərginləşibmiş ki, artıq qalmaq mümkün deyilmiş. Əlbəttə, bütün həyatı Şuşa ilə bağlı insanların belə uzun müddət onunla ünsiyyəti itirmələri xeyli ağır və ağrılıdır. İndi isə Vətən müharibəsində qazandığımız möhtəşəm Zəfər zəminində Qarabağın tam azadlığı hər bir azərbaycanlı kimi bizi də çox sevindirir".
Bu sözləri gənc və istedadlı həmyerlimiz, N.A.Rimski-Korsakov adına Sankt-Peterburq Dövlət Konservatoriyasının "Akademik vokal" şöbəsinin II kurs tələbəsi Teymur Kazımov deyir. Hələ 19 yaşında olmasına baxmayaraq, Azərbaycan mədəniyyətinin, musiqisinin səsini bütün dünyaya çatdıran, ölkə daxilində və xaricdə çoxsaylı nüfuzlu tədbirlərə qatılan vokalçı 27 beynəlxalq və respublika musiqi müsabiqəsinin laureatıdır. Onlardan iyirmisində birinci yeri tutub, ikisində Qran-priyə layiq görülüb. Ötən ilin martında ABŞ-nin Florida şəhərində baş tutan Cövdət Hacıyev adına  "Florida Keys" VIII beynəlxalq onlayn musiqi müsabiqəsi (Vokal Pro nominasiyasında Qran-pri və Heydər Əliyev mükafatı), 30 oktyabrda Sankt-Peterburqda keçirilən "Nevski solovey" Ümumrusiya uşaq vətənpərvərlik mahnı müsabiqəsi (Müslüm Maqomayevin "Baharlı yurdum - Azərbaycan" mahnısını ifasına görə 1-ci yer), 2021-ci ilin 2-14 yanvarında Türkiyədə Caspi Art Competitions "New Year's Stars" beynəlxalq festivalı (1-ci yer), Moskvada "Qara Qarayev adına açıq internet müsabiqəsi" (1-ci yer və Peşəkar mükəmməlliyə və sənətkarlığa görə Xüsusi Diplom), "Yelena Obraztsova Mədəniyyət Mərkəzinin mükafatı uğrunda III Vokal və instrumental sənət müsabiqəsi" (1-ci yer) və digər ünlü festivallar bu qəbildəndir.
Bir məqamı da vurğulayaq ki, Teymur incəsənətimizi təbliğ edən vətənpərvər sənətçi kimi yalnız müsabiqələrlə kifayətlənmir,  Azərbaycan diasporunun sərhədlərimizdən kənarda, əsasən də Rusiyada təşkil etdiyi mərasimlərə mütəmadi şəkildə qatılır. 
Kazımov Teymur Ramil oğlu 2005-ci il aprelin 15-də Bakı şəhərində anadan olub. 2019-cu ildə Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin "Fortepiano" ixtisası üzrə tam kursunu Fərqlənmə Diplomu ilə bitirib. 2022-ci ildə Bakı şəhəri Nərimanov rayonunda yerləşən "ERUDİT" tam orta təhsil məktəbini əla qiymətlərlə başa vurub. Eyni zamanda Üzeyir bəy Hacıbəyli adına BMA-nın Orta ixtisas musiqi məktəb-studiyasında "Akademik vokal" ixtisası üzrə təhsil alıb.
Məktəb-studiyanın direktor müavini, sənətşünaslıq üzrə fəlsəfə doktoru Aytən İbrahimova sevimli tələbəsi haqqında deyir: 
- Teymur Kazımov çox istedadlı musiqiçidir. O, gözəl səsə malik olması ilə yanaşı, özünü pianoçu, bəstəkar kimi də sınayır və yüksək nəticələr təqdim edə bilir. Onunla iki yaradıcı işimiz olub. İlk təqdim etdiyimiz, 44 günlük Vətən savaşımızdakı qələbə münasibətilə Gülər Əlvanqızının sözlərinə yazdığım "Zəfər nəğməsi" əsərimin uğurlu ifaçısıdır. Daha sonra məktəb-studiyanın 40 illiyinə həsr etdiyim himni özünəməxsus tərzdə oxudu. 
Teymur Kazımov Vətənimizin bir parçası və sənət məbədi olan Qarabağımızdan səsləri havalanan, yaddaşlarda əbədi yaşayacaq Xan Şuşinskinin, Bülbülün, digər korifeylərimizin layiqli davamçısıdır. 

Qurban MƏMMƏDOV

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib

16:43
21 Dekabr

Bu gün meşə fondu torpaqlarında 35 mindən çox ağac əkilib

16:38
21 Dekabr

Maqdeburqda qanlı hadisə nəticəsində ölənlərin sayı 4-ə, xəsarət alanların sayı 205-ə çatıb

16:37
21 Dekabr

Leyla Əliyeva Keniya Prezidenti ilə görüşüb

16:29
21 Dekabr

Fələstin mediası Azərbaycanın humanitar yardımından yazıb

16:27
21 Dekabr

Fərid Qayıbov: Xankəndidə nəinki yerli, eləcə də beynəlxalq idman tədbirləri keçiriləcək

16:17
21 Dekabr

Qərbi Azərbaycan İcmasının cari ilin yekunlarına dair Ümumi Yığıncağı keçirilib

16:11
21 Dekabr

Pakistanın şimal-qərbində silahlıların hücumu nəticəsində 16 hərbçi həlak olub

16:07
21 Dekabr

Azərbaycan və Rusiya arasında tranzit yükdaşımaların inkişafı ilə bağlı saziş imzalanıb

16:05
21 Dekabr

Bələdiyyə seçkilərində istifadə olunacaq seçki bülletenlərinin hazırlanma qaydaları təsdiqlənib

15:49
21 Dekabr

Bələdiyyə seçkiləri ilə əlaqədar daha 10 partiyanın səlahiyyətli nümayəndələri qeydə alınıb

15:46
21 Dekabr

Bakıda "Nuhun izi ilə" sənədli filminin təqdimatı olub

14:30
21 Dekabr

ABŞ Senatı müvəqqəti maliyyələşdirmə barədə qanun layihəsini qəbul edib

13:47
21 Dekabr

Azərbaycana qış gəldi

13:32
21 Dekabr

Yəməndən atılan raket Təl-Əviv şəhərindəki uşaq meydançasına düşüb

13:30
21 Dekabr

Almaniyada dəhşətli terror aktı baş verib

13:21
21 Dekabr

Bazar günü yağmursuz hava şəraiti gözlənilir

12:51
21 Dekabr

Xankəndidə 50 illik fasilədən sonra yenidən badminton üzrə ölkə çempionatı keçirilir

12:51
21 Dekabr

Almaniyada törədilən qanlı hadisə zamanı yaralananlar arasında Türkiyə vətəndaşları da var

12:10
21 Dekabr

Azərbaycan nefti ucuzlaşıb

12:09
21 Dekabr

DİN xəbərdarlıq edir: Bank kartlarının kodlarını naməlum şəxslərə verməyin!

12:04
21 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!