28 Avqust 2022 00:59
643
Elm və texnika
A- A+

Mürəbbə - 2,6 milyon illik qida 

 

Çayın "dostu" olan, birlikdə süfrələrə təqdim edilən və ya səhər yeməyində çörək üzərinə yaxılaraq yeyilən mürəbbələr çox insanın xoşladığı qidadır. Mürəbbənin tarixi olduqca qədimlərə gedib çıxır. Belə ki, onun hazırlanmasına təxminən 2,6 milyon il əvvəl Daş dövründə qidaların müəyyən müddət saxlanılması yollarının araşdırılması  zamanı başlanılıb. 
Paleolit dövründə insanlar əldə etdikləri qidaları uzun müddət saxlaya bilməyiblər. Belə ki, artıq qalan qidalar bir müddət sonra istifadəsiz hala düşürdülər. Buna görə də insanlar qida qıtlığı ilə üzləşdikləri zaman ehtiyat üçün onları saxlamağın yollarını kəşf ediblər. İlk üsullardan biri bal və ya şəkərdən istifadə edərək məhsulları konservləşdirmə olub. 
Qədim yunanlar topladıqları heyvaları saxlamaq üçün baldan istifadə ediblər. Həmçinin bal və şəkərdən hazırlanan şərbətlər də ehtiyat səbətində  xüsusi yer tutub. Məhz bu üsulla konservasiyanın reallaşdırılması isə balın rütubətin qarşısını alması ilə bağlı olub. Bal içindəki hər hansı qidanın istifadə müddətini uzadırmış. 
Mürəbbənin ilk qeydə alınmış yazılı reseptinə "Yemək sənəti" (De Re Coquinaria) adlı kitabda rast gəlinib. Yeri gəlmişkən, bu, məlum olan ən qədim kulinariya kitablarındandır, onda 500-dən çox yemək resepti mövcuddur. Kitabda mürəbbənin hazırlanma qaydasının Markus Qavius Apikiusla əlaqələndirildiyi və Romaya aid olduğu qeyd edilir. İlkin hazırlanma qaydasına əsasən, meyvələr bal ilə qızardılaraq saxlanılıb. Əldə olunan qarışımın isə soyudularaq yeyilməsi tövsiyə edilib.

Janna Dark və Kral XIV Lüdovikin sevimli qidası

Sonrakı dövrdə mürəbbənin məşhurlaşmasına şəkər səbəb olub. XI əsrdə Səlib yürüşləri zamanı Yaxın Şərqdən Qərbi Avropaya gətirilən şəkər mürəbbə hazırlamağı xeyli asanlaşdırıb. 
Avropada yayılmağa başlayandan sonra mürəbbə xüsusən döyüşçülərin və dənizçilərin məşhur qidası olub. Hətta deyilənlərə görə, Janna Dark döyüşdən əvvəl güc toplamaq üçün heyva mürəbbəsi yeyirmiş. Dənizçilər isə uzun səfərlərə gedən zaman yolboyu qidalanmaq üçün mürəbbə tədarükü görürmüşlər. 
Orta əsrlərdə şəkər baha olduğundan mürəbbəyə əsasən imtiyazlı təbəqədən olanların evlərində rast gəlinirmiş. Qeydlərə görə, Fransa Kralı XIV Lüdovik mürəbbəni o qədər sevirmiş ki, hər yeməkdən sonra onun xüsusi bəzəkli gümüş qablarda və  qaşıqlarla süfrəyə gətirilməsini tələb edirmiş. XIV Lüdovikin mürəbbələri Versal sarayının bağlarındakı meyvələrdən, o cümlədən ananas kimi tropik meyvələrdən hazırlanırmış. 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video