Fevralın 26-da Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət!” beynəlxalq məlumatlandırma kampaniyası çərçivəsində Beynəlxalq Muğam Mərkəzində eyniadlı tədbir təşkil edilib.
Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Şəhidlərimizin və soyqırımı qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən Azərbaycan Respublikası Gənclər Fondunun icraçı direktoru Qədir Xəlilov və “İRƏLİ” İctimai Birliyinin sədri Şahin Rəhmanlı Xocalı soyqırımına siyasi qiymətin verilməsinin Ulu Öndər Heydər Əliyevin adı ilə bağlı olduğunu diqqətə çatdırıblar. “Faciədən 32 il ötməsinə baxmayaraq, beynəlxalq ictimaiyyət tərəfindən bu hadisəyə hüquqi-siyasi qiymət verilməyib. Lakin ötən ilin sentyabrında keçirilən lokal xarakterli antiterror tədbirləri nəticəsində Xocalı şəhərində də Azərbaycanın dövlət suverenliyi tam təmin olunub. Azərbaycan işğal altında olan torpaqlarını azad etməklə bu yerlərdə ədaləti bərqərar edib. Bütün bunlar bu illər ərzində gənclərin vətənpərvər və ümummilli məsələlərdə fəal olaraq yetişdirilməsinin bariz nümunəsidir. Faciədən illər ötsə də, Azərbaycan xalqı bu hadisələri heç zaman unutmayacaq və gələcək nəsillərə ötürəcək”, - deyə əlavə olunub.
Mədəniyyət nazirinin birinci müavini Fərid Cəfərov vurğulayıb ki, bu gün Xocalı şəhidlərinin ruhları şaddır. Çünki Vətən müharibəsində Ali Baş Komandanımızın siyasi iradəsi və qətiyyəti nəticəsində Azərbaycan Ordusu tarixi Qələbəyə imza atıb.
“Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə 1994-cü ildə Milli Məclis hər il fevralın 26-nın “Xocalı Soyqırımı Günü” kimi yad olunması barədə qərar, 1995-ci ildə isə dünya parlamentlərinə və beynəlxalq təşkilatlara Xocalı soyqırımı ilə bağlı müraciət qəbul edib. Hazırda müxtəlif kommunikasiya vasitələri və resurslarından geniş şəkildə istifadə edərək Xocalı həqiqətlərini dünyaya çatdırmaq məqsədilə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə yaradılmış “Xocalıya ədalət!” beynəlxalq məlumatlandırma kampaniyası geniş şəkildə həyata keçirilir”, - deyə F.Cəfərov qeyd edib.
Mərasimdə Xocalıda donmuş ananın qucağında vəfat etdiyi güman edilən ikiyaşlı körpə Kübra Mahmudova və onu xilas edən Əsəd Fərəcov haqqında videogörüntülər göstərilib.
Tədbir çərçivəsində “Xocalıya ədalət gənclərin gözündə” adlı süni intellekt müsabiqəsinin sərgisi nümayiş olunub. Sərginin məqsədi süni intellektdən istifadə edərək Xocalı soyqırımını gənclərin yaddaşına həkk etməkdir. Sözügedən müsabiqənin münsiflər heyəti sırasında yer alan dünyaşöhrətli fotojurnalist Reza Deqati və Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyasının sədri Elvin Abbasovun iştirakı ilə müsabiqədə I, II və III yerə layiq görülən və fərqlənən gənclərə mükafat təqdim olunub.
Sonda “Cadenza” Müasir Orkestri, Azərbaycan Milli Konservatoriyasının tələbələrindən ibarət xor kollektivi konsert proqramı ilə çıxış ediblər.
Tədbir Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikasının Gənclər Fondu, “İRƏLİ” İctimai Birliyi Azərbaycan Milli Konservatoriyasının və “Cadenza” müasir orkestrinin birgə təşkilatçılığı ilə keçirilib.
Türkiyə parlamentinə ekologiya haqqında ilk qanun layihəsi təqdim edilir
Azərbaycan Rusiya ilə İran arasında baş tutacaq enerji mübadiləsində tranzit rolu oynaya bilər
Prezident İlham Əliyev Davosda ABŞ-ın Xristian Liderlər Konqresinin rəhbəri ilə görüşüb
Formula 1 Azərbaycan Qran-Prisinə bilet satışı başlayıb
Azərbaycanda aerodrom istismarı ilə bağlı hüquqi tənzimləmə genişləndirilir
Azərbaycan və Lüksemburq XİN-ləri arasında siyasi məsləhətləşmələr aparılıb
Dövlət Gömrük Komitəsinin sədri Qusarda vətəndaşlarla görüşüb
Ov mövsümü açıq elan edilib
Azərbaycan Ordusunun iki zabiti Çin Hərbi Akademiyasının kursunu uğurla bitirib
27 saylı Sabunçu dairə ikinci seçki komissiyasında maarifləndirici treninqlər təşkil olunub
Misirdə 5 min ildən sonra ilk dəfə görünən xallı kaftar çobanlar tərəfindən öldürülüb
Cəlilabadda məntəqə seçki komissiyalarının üzvləri üçün maarifləndirici treninqlər davam edir
İqtisadiyyat naziri Dünya İqtisadi Forumu çərçivəsində bir sıra görüşlər keçirib
“Avroviziya-2025”in aparıcılarının adları elan olunub
Olimpiyaçılarımızın Paris-2024-də qazandığı medallar geri qaytarılacaq
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin cari ilin yaz sessiyasında ilk iclası olub
Tehranda Azərbaycan-İran əlaqələrinin perspektivləri müzakirə edilib
ABŞ-da anomal soyuq hava 10 nəfərin həyatına son qoyub
Azərbaycan, Qazaxıstan və Özbəkistan yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində tərəfdaşlıq edəcək
Ötən il icbari tibbi sığorta ilə 84 milyondan çox tibbi xidmət göstərilib
Gürcüstan bir daha bəyan etdi19 Yanvar 2025
Tariximizin hüzn və şanlı səhifəsi19 Yanvar 2025
İLAHİ ƏDALƏTİN HÜQUQİ BƏRPASI18 Yanvar 2025
İlham Əliyevin əsas məramı dəyişmir17 Yanvar 2025
Yüksək beynəlxalq nüfuzun və ehtiramın təcəssümü16 Yanvar 2025
"Bu ərazilərə sanki atom bombası atılıb"15 Yanvar 2025
"Azərbaycan"-ın 1918-1920-ci illərdə dərc olunan nömrələrinin transliterasiyası
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!