22 Yanvar 2025 15:53
155
SİYASƏT
A- A+
Azərbaycan, Qazaxıstan və Özbəkistan yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində tərəfdaşlıq edəcək  

Azərbaycan, Qazaxıstan və Özbəkistan yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində tərəfdaşlıq edəcək  


Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin yanvarın 22-də keçirilən iclasında “Azərbaycan Respublikası, Qazaxıstan Respublikası və Özbəkistan Respublikası arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə qanun layihəsi müzakirə edilib.

AZƏRTAC xəbər verir ki, Azərbaycan, Qazaxıstan və Özbəkistan arasında imzalanmış "Yaşıl Enerjinin İnkişafı və Ötürülməsi Sahəsində Strateji Tərəfdaşlıq haqqında Saziş" üç ölkənin enerji sektorunda əməkdaşlığının yeni strateji çərçivəsini müəyyən etmək məqsədilə hazırlanıb. Keçən ilin noyabrında Bakı şəhərində keçirilmiş Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) zamanı dövlət başçıları tərəfindən imzalanan bu sənəd yaşıl və bərpaolunan enerji mənbələrinin inkişafı, enerji təhlükəsizliyinin təmin olunması və davamlı inkişaf məqsədlərinə töhfə verilməsi üçün mühüm bir addımdır.

Sazişin əsas məqsədi Paris İqlim Sazişində nəzərdə tutulmuş istixana qazı emissiyalarının azaldılması hədəflərinə uyğun olaraq yaşıl enerjinin inkişafını təşviq etməkdir. Bu çərçivədə tərəflər, bərpaolunan enerji mənbələrinin istehsalı, ötürülməsi və ticarəti sahəsində qarşılıqlı əməkdaşlıq edəcək, yaşıl hidrogen və yaşıl ammonyak texnologiyalarının tətbiqini dəstəkləyəcək. Həmçinin layihə Mərkəzi Asiya və Cənubi Qafqaz regionlarının enerji sistemlərinin inteqrasiyasını gücləndirərək, bərpaolunan enerjinin Avropaya və digər bazarlara ixracını asanlaşdıracaq. Bu əməkdaşlıq, həmçinin Orta Dəhlizin inkişafına və Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə inteqrasiyasının dərinləşməsinə töhfə verəcək. Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, bu layihə Mərkəzi Asiya və Qafqaz regionlarının əməkdaşlığında yeni imkanlar açır və Xəzər dənizinin dibi ilə elektrik kabelinin çəkilməsi təkcə üç ölkə arasında deyil, həm də daha geniş miqyasda əməkdaşlığa xidmət edəcək.

Sazişin həyata keçirilməsi məqsədilə "AzərEnerji" ASC, "Qazaxıstan Elektrik Şəbəkəsi Əməliyyat Şirkəti" və "Özbəkistan Milli Elektrik Şəbəkəsi" SC arasında "Yaşıl Dəhliz Birliyi" adlı Birgə Müəssisə təsis edilib. Bu müəssisə layihənin texniki-iqtisadi əsaslandırılmasının hazırlanması və icrası ilə bağlı zəruri tədbirləri həyata keçirəcək.

Saziş qeyri-müəyyən müddətə bağlanmışdır və bu, tərəflər arasında uzunmüddətli əməkdaşlığın və davamlı inkişaf məqsədlərinin daha effektiv həyata keçirilməsinə imkan yaradacaq.

Saziş çərçivəsində bərpaolunan enerji sahəsində həyata keçiriləcək layihələrə investisiyalar artırılacaq, Qara dənizdən keçən enerji xətləri üzrə texniki və maliyyə imkanları araşdırılacaq və yeni texnologiyaların tətbiqi ilə enerji istehsalı daha səmərəli hala gətiriləcək. Bu məqsədlə sazişin icrasını təmin etmək üçün Rəhbər Komitə və İşçi Qrup yaradılacaq. Bu qurumlar layihələrin koordinasiyasını həyata keçirəcək və tərəflər arasında əməkdaşlığın səmərəliliyini artırmaq üçün strateji planlar hazırlayacaq.

Azərbaycan üçün bu saziş enerji tranziti imkanlarını genişləndirmək və yaşıl texnologiyaların tətbiqində lider mövqeyini gücləndirmək baxımından mühüm əhəmiyyət daşıyır. Qazaxıstanın zəngin təbii resursları, Özbəkistanın geostrateji mövqeyi və Azərbaycanın geniş enerji infrastrukturu tərəflərə qarşılıqlı fayda təmin edən birgə əməkdaşlıq imkanları yaradır.

Bu saziş yalnız enerji sektorundakı əməkdaşlığı deyil, həmçinin Azərbaycan, Qazaxıstan və Özbəkistan arasındakı tarixi dostluq münasibətlərini daha da möhkəmləndirərək onları beynəlxalq arenada birgə güc mərkəzinə çevirir. Xüsusilə enerji təhlükəsizliyinin təmin edilməsi və karbon emissiyasının azaldılması istiqamətində birgə səylər üç ölkənin regionda davamlı inkişaf məqsədlərinə töhfə verməsinə şərait yaradır.

Saziş çərçivəsində yaşıl enerjinin inkişaf etdirilməsi və enerji tranziti üzrə nəzərdə tutulan addımlar, həmçinin Avropa və Asiya enerji bazarlarında tərəflərin mövqeyini gücləndirəcək və regionun iqtisadi potensialının artırılmasına mühüm töhfə verəcək. Bu sənəd yalnız enerji təhlükəsizliyini təmin etməklə kifayətlənməyib, həm də dostluq və strateji tərəfdaşlığı yeni səviyyəyə qaldırmaq üçün geniş imkanlar açır.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Baş nazir Əli Əsədov Türkiyənin Azərbaycandakı səfiri ilə görüşüb

19:56
22 Yanvar

Qafqaz Müsəlmanları İdarəsində türkiyəli səfirlə görüş keçirilib

19:55
22 Yanvar

Milli Məclisdə TÜRKPA-ya üzv ölkələrin parlamentlərinin Səhiyyə komitələrinin sədrləri ilə görüş olub

19:54
22 Yanvar

Prezident İlham Əliyev Davosda Xorvatiyanın Baş naziri ilə görüşüb

19:52
22 Yanvar

Baş Prokurorluq: Plastik cərrah Sənan Mehdiyev barədə həbs qətimkan tədbiri seçilib 

19:51
22 Yanvar

Azərbaycanın və Türkiyənin xarici işlər nazirləri arasında telefon danışığı olub

19:51
22 Yanvar

Qarabağ və Şərqi Zəngəzurda məşğulluq proqramlarının icrasında işəgötürənlərlə əməkdaşlıq genişlənir  

19:50
22 Yanvar

İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin yaz sessiyasının iş planı təsdiqlənib

19:47
22 Yanvar

Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin ilk iclasında 5 məsələ müzakirə edilib  

19:45
22 Yanvar

Bakıda TÜRKPA üzvü olan ölkələrin parlamentlərinin Səhiyyə komitələri sədrlərinin ikinci iclası keçirilib YENİLƏNİB  

19:44
22 Yanvar

Vətən müharibəsi şəhidi leytenant Elvin Şükürlünün xatirəsi anılıb

19:42
22 Yanvar

Küveytdə kommersiya əhəmiyyətli yeni neft və qaz ehtiyatları tapılıb

19:39
22 Yanvar

İİTKM-də 2024-cü ilin yekunlarına dair mətbuat konfransı keçirilib  

19:36
22 Yanvar

Almaniyanın silah ixracı 2024-cü ildə 13,3 milyard avroya çatıb

19:35
22 Yanvar

Mingəçevirdə aşağı seçki komissiyalarının üzvlərinin peşəkarlıq səviyyəsi artırılır

19:34
22 Yanvar

“Azərpoçt” yeni “Mobil POS” xidmətini istifadəyə verib

19:33
22 Yanvar

Azərbaycan hökuməti ilə Beynəlxalq Valyuta Fondu arasında məsləhətləşmələrə başlanıb

19:32
22 Yanvar

ANAMA və UNICEF arasında əməkdaşlığın genişləndirilməsi müzakirə olunub

19:31
22 Yanvar

Ötən il Laosda təbii fəlakətlərdən 271 mindən çox insan zərər çəkib

19:30
22 Yanvar

Azərbaycan və Böyük Britaniya XİN başçıları mövcud regional vəziyyəti müzakirə ediblər

19:29
22 Yanvar

Öyrənməyin yaşı yoxdur: Peşə Təhsil Mərkəzinin 68 yaşlı tələbəsi 

18:58
22 Yanvar

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!