22 Yanvar 2025 19:42
131
CƏMİYYƏT
A- A+
Vətən müharibəsi şəhidi leytenant Elvin Şükürlünün xatirəsi anılıb

Vətən müharibəsi şəhidi leytenant Elvin Şükürlünün xatirəsi anılıb


Yanvarın 22-də İkinci Fəxri xiyabanda Vətən müharibəsi şəhidi leytenant Elvin Şükürlünün anım mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, anım mərasimində Müdafiə Nazirliyinin, Xətai Rayon İcra Hakimiyyətinin nümayəndələri, şəhid ailələri, müharibə veteranları, qazilər, məktəblilər iştirak ediblər. Əvvəlcə şəhidin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, ruhuna dualar oxunub.

Tədbirdə çıxış edənlər Vətən müharibəsi zamanı 44 gün ərzində Azərbaycan Ordusunun keçdiyi Zəfər yolundan bəhs edib, Elvin Şükürlü kimi qəhrəman oğulların cəsarəti və misilsiz şücaəti sayəsində ərazi bütövlüyümüz və suverenliyimizin tam bərpa edildiyini diqqətə çatdırıblar. Xalqımızın şəhidləri heç zaman unutmayacağı, onların şərəfli döyüş və həyat yolunu nəsillərdən-nəsillərə örnək kimi çatdıracağı vurğulanıb.

Sonra 221 saylı məktəbdə şəhidin adını daşıyan sinfin şagirdləri şeirlər səsləndiriblər.

Şəhidin qardaşı kapitan Elnur Şükürlü AZƏRTAC-a müsahibəsində deyib: “Elvinlə bir yerdə döyüşmüşük. Uşaqlıqdan şəhid olduğu dövrə qədər, 23 yaşına kimi vaxtımızı bir yerdə keçirmişik. O, şəhidlik kimi uca zirvəni fəth etməzdən əvvəl də yüksək insani keyfiyyətləri və düşüncələri ilə fərqlənirdi. Hər zaman ön cəbhədə xidmət etməyə can atırdı. İkimiz də ön cəbhədə Vətən keşiyində dururduq. Hər dəfə atəşkəs pozulanda və ya hansısa təxribata qarşılıq vermək tapşırığı alanda bir-birimizlə əlaqə saxlayır və valideynlərimizi bir-birimizə tapşırırdıq. Ən son 2020-ci il sentyabrın 26-da əlaqə saxladıq və hər zamankı kimi halallaşdıq. Elvin sentyabrın 28-də Kəlbəcər - Murovdağ istiqamətində Üçtəpələr postunun azad edilməsində xüsusi şücaət göstərib. Təəssüf ki, elə həmin istiqamətdə də şəhid olub. Dörd ay itkin şəhid kimi axtarışda oldu. Biz onu 2021-ci il yanvarın 22-də uğrunda canından keçdiyi Vətən torpağına tapşıra bildik. Qardaşımla fəxr edirəm. Bu gün onun torpağa tapşırılmasından dörd il ötdü. Vətən sağ olsun. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Onların qəhrəmanlıqları bir ömür yaşayacaq, qanları ilə yazdıqları tarix heç zaman unudulmayacaq”.

Döyüş yoldaşı, ehtiyatda olan hərbi qulluqçu, Vətən müharibəsi veteranı Cəlal Zeynalov Elvin Şükürlünün çox cəsarətli bir komandir olduğunu bildirib: “Elvin komandir kimi öz əsgərlərinə doğması kimi yanaşırdı. Öz tabeliyində olan əsgərlərin, hərbi qulluqçuların qayğısına qalırdı. Onun atası Azad Şükürlü Birinci Qarabağ müharibəsi qazisidir. Öz övladlarını vətənpərvərlik ruhunda tərbiyə edib və qəhrəman kimi yetişdirib”.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

38 ölkənin idman gimnastları Bakıda yarışacaq

21:41
22 Yanvar

Milli Məclisin sədri İtaliya Deputatlar Palatasının sədri Lorenzo Fontana ilə görüşüb

21:37
22 Yanvar

Baş nazir Əli Əsədov Türkiyənin Azərbaycandakı səfiri ilə görüşüb

19:56
22 Yanvar

Qafqaz Müsəlmanları İdarəsində türkiyəli səfirlə görüş keçirilib

19:55
22 Yanvar

Milli Məclisdə TÜRKPA-ya üzv ölkələrin parlamentlərinin Səhiyyə komitələrinin sədrləri ilə görüş olub

19:54
22 Yanvar

Prezident İlham Əliyev Davosda Xorvatiyanın Baş naziri ilə görüşüb

19:52
22 Yanvar

Baş Prokurorluq: Plastik cərrah Sənan Mehdiyev barədə həbs qətimkan tədbiri seçilib 

19:51
22 Yanvar

Azərbaycanın və Türkiyənin xarici işlər nazirləri arasında telefon danışığı olub

19:51
22 Yanvar

Qarabağ və Şərqi Zəngəzurda məşğulluq proqramlarının icrasında işəgötürənlərlə əməkdaşlıq genişlənir  

19:50
22 Yanvar

İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin yaz sessiyasının iş planı təsdiqlənib

19:47
22 Yanvar

Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin ilk iclasında 5 məsələ müzakirə edilib  

19:45
22 Yanvar

Bakıda TÜRKPA üzvü olan ölkələrin parlamentlərinin Səhiyyə komitələri sədrlərinin ikinci iclası keçirilib YENİLƏNİB  

19:44
22 Yanvar

Vətən müharibəsi şəhidi leytenant Elvin Şükürlünün xatirəsi anılıb

19:42
22 Yanvar

Küveytdə kommersiya əhəmiyyətli yeni neft və qaz ehtiyatları tapılıb

19:39
22 Yanvar

İİTKM-də 2024-cü ilin yekunlarına dair mətbuat konfransı keçirilib  

19:36
22 Yanvar

Almaniyanın silah ixracı 2024-cü ildə 13,3 milyard avroya çatıb

19:35
22 Yanvar

Mingəçevirdə aşağı seçki komissiyalarının üzvlərinin peşəkarlıq səviyyəsi artırılır

19:34
22 Yanvar

“Azərpoçt” yeni “Mobil POS” xidmətini istifadəyə verib

19:33
22 Yanvar

Azərbaycan hökuməti ilə Beynəlxalq Valyuta Fondu arasında məsləhətləşmələrə başlanıb

19:32
22 Yanvar

ANAMA və UNICEF arasında əməkdaşlığın genişləndirilməsi müzakirə olunub

19:31
22 Yanvar

Ötən il Laosda təbii fəlakətlərdən 271 mindən çox insan zərər çəkib

19:30
22 Yanvar

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!