22 Yanvar 2025 19:44
153
CƏMİYYƏT
A- A+
Bakıda TÜRKPA üzvü olan ölkələrin parlamentlərinin Səhiyyə komitələri sədrlərinin ikinci iclası keçirilib YENİLƏNİB  

Bakıda TÜRKPA üzvü olan ölkələrin parlamentlərinin Səhiyyə komitələri sədrlərinin ikinci iclası keçirilib YENİLƏNİB  


Yanvarın 22-də Milli Məclisdə Türk Dövlətləri Parlament Assambleyasına (TÜRKPA) üzv ölkələrin parlamentlərinin Səhiyyə komitələri sədrlərinin “İqlim dəyişmələri və sağlamlıq: Qanunvericilikdə iqlim dəyişmələrinin sağlamlığa təsirlərinə dair cavab tədbirləri” mövzusuna həsr edilmiş ikinci iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Şimali Kipr Türk Respublikası parlamentlərinin səhiyyə məsələləri üzrə komitələrinin sədrləri, deputatları və TÜRKPA Katibliyinin nümayəndələri iştirak ediblər.

Milli Məclisin Səhiyyə komitəsinin sədri və TÜRKPA-nın Ətraf mühit, təbii ehtiyatlar və sağlamlığın qorunması komissiyasının sədri Əhliman Əmiraslanov Türkiyənin Bolu vilayətindəki Kartalkaya dağ-xizək mərkəzində baş vermiş yanğın nəticəsində çoxsaylı insan tələfatı ilə əlaqədar dərin hüznlə başsağlığı verib, həlak olanların ailələrinə və yaxınlarına səbir, yaralıların tezliklə sağalmalarını arzulayıb. Tədbir iştirakçıları həlak olanların xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

İqlim dəyişmələrinin insan sağlamlığına təsirləri barədə ətraflı danışan komitə sədri yer kürəsində orta temperaturun artması, təbii fəlakətlər, ekstremal hava şəraitləri və ətraf mühitin çirklənməsi nəticəsində yaranan sağlamlıq problemlərinin xüsusilə uşaqlar və yaşlılar üçün risklər yaratdığını vurğulayıb. Türk dövlətlərinin səhiyyə sistemlərinin bu təsirlərə uyğunlaşması, adaptasiya planlarının hazırlanması, tibbi infrastrukturun gücləndirilməsi və tibb işçilərinin hazırlıq səviyyəsinin artırılması vacib məsələ kimi qeyd edilib. Bu sahədə qanunvericiliyin təkmilləşdirilməsi, ekoloji standartların sərtləşdirilməsi və yaşıl texnologiyaların tətbiqi əsas prioritetlər adlandırılıb.

Ə.Əmiraslanov Azərbaycanın iqlim dəyişiklikləri ilə mübarizədə fəal iştirakını xüsusi qeyd edərək, beynəlxalq əməkdaşlıq sahəsində atılan addımlar barədə danışıb. O, ölkəmizin 200-ə yaxın ölkənin iştirakı ilə keçirilmiş BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) uğurla ev sahibliyi etməsini və konfrans çərçivəsində əldə olunmuş mühüm nəticələri yüksək qiymətləndirib.

Toplantıda çıxış edən parlament komitələrinin sədrləri - Türkiyədən Vedat Bilgin, Qırğızıstandan Vinera Raimbaçayeva, Qazaxıstandan Güldara Nurimova (videokonfrans formatında), Özbəkistandan Bahrom Abdullayev və Şimali Kipr Türk Respublikasından Filiz Besim iqlim dəyişmələrinin təsirlərinə diqqət çəkərək, Türk dövlətlərinin iqlim dəyişiklikləri ilə mübarizədə birgə səylərinin gücləndirilməsi məqsədilə qanunvericiliyin uyğunlaşdırılması, ortaq tədqiqatların aparılması və strateji planların hazırlanması, həmçinin enerji səmərəliliyinin artırılması, bərpaolunan enerji mənbələrinin inkişafı və ekoloji cəhətdən təmiz texnologiyalara dəstək kimi tədbirlərin həyata keçirilməsini təklif ediblər. İştirakçılar iqlim dəyişikliyi ilə mübarizədə qətiyyətli addımların atılmasının gələcək nəsillərin sağlamlığı və rifahı üçün mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıblar.

Toplantıda Milli Məclis Aparatının Sosial qanunvericilik şöbəsinin müdiri Adil Vəliyev və TÜRKPA-nın Baş katibi Mehmet Süreyya Er məruzə ilə çıxış ediblər. Çıxışlarda iqlim dəyişiklikləri ilə mübarizədə Türk dövlətləri arasında əməkdaşlığın genişləndirilməsi və parlamentlərin bu məsələdəki rolu vurğulanıb, yeni model qanun layihələrinin hazırlanması və mövcud qanunvericilik bazasının təkmilləşdirilməsinin vacibliyi qeyd olunub. Hüquqi çərçivənin gücləndirilməsinin zərurətindən danışan Adil Vəliyev bu sahədə milli qanunvericilikdə görülən işlər və əldə olunan nailiyyətlər barədə məlumat verib.

İclasda çıxış edən Səhiyyə komitəsinin üzvü Pərvanə Vəliyeva və Şimali Kipr Türk Respublikası Məclisinin üzvü Ahmet Savaşan mövzu ilə bağlı fikirlərini bildiriblər. Çıxışçılar iqlim dəyişikliklərinin ölkələrin iqtisadiyyatına, xüsusən də səhiyyə sektoruna təsirlərindən danışıb, ölkələrində bu sahədə həyata keçirilən mübarizə tədbirləri barədə məlumat veriblər, ekoloji maarifləndirmə barədə yeni təşəbbüslərin əhəmiyyətini qeyd ediblər.

Beləliklə, iclas iştirakçıları iqlim dəyişikliyi ilə mübarizədə Türk dövlətləri arasında əməkdaşlığın genişləndirilməsinin vacibliyini vurğulayaraq, parlamentlərarası əməkdaşlığın gücləndirilməsi və gələcək strategiyaların formalaşdırılmasının əhəmiyyətini qeyd ediblər. Eyni zamanda, milli qanunvericiliyin uyğunlaşdırılması, beynəlxalq təcrübənin öyrənilməsi, ekoloji standartların sərtləşdirilməsi, qanunvericiliyin təkmilləşdirilməsi və yaşıl texnologiyaların tətbiqinin vacibliyi vurğulanıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

38 ölkənin idman gimnastları Bakıda yarışacaq

21:41
22 Yanvar

Milli Məclisin sədri İtaliya Deputatlar Palatasının sədri Lorenzo Fontana ilə görüşüb

21:37
22 Yanvar

Baş nazir Əli Əsədov Türkiyənin Azərbaycandakı səfiri ilə görüşüb

19:56
22 Yanvar

Qafqaz Müsəlmanları İdarəsində türkiyəli səfirlə görüş keçirilib

19:55
22 Yanvar

Milli Məclisdə TÜRKPA-ya üzv ölkələrin parlamentlərinin Səhiyyə komitələrinin sədrləri ilə görüş olub

19:54
22 Yanvar

Prezident İlham Əliyev Davosda Xorvatiyanın Baş naziri ilə görüşüb

19:52
22 Yanvar

Baş Prokurorluq: Plastik cərrah Sənan Mehdiyev barədə həbs qətimkan tədbiri seçilib 

19:51
22 Yanvar

Azərbaycanın və Türkiyənin xarici işlər nazirləri arasında telefon danışığı olub

19:51
22 Yanvar

Qarabağ və Şərqi Zəngəzurda məşğulluq proqramlarının icrasında işəgötürənlərlə əməkdaşlıq genişlənir  

19:50
22 Yanvar

İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin yaz sessiyasının iş planı təsdiqlənib

19:47
22 Yanvar

Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin ilk iclasında 5 məsələ müzakirə edilib  

19:45
22 Yanvar

Bakıda TÜRKPA üzvü olan ölkələrin parlamentlərinin Səhiyyə komitələri sədrlərinin ikinci iclası keçirilib YENİLƏNİB  

19:44
22 Yanvar

Vətən müharibəsi şəhidi leytenant Elvin Şükürlünün xatirəsi anılıb

19:42
22 Yanvar

Küveytdə kommersiya əhəmiyyətli yeni neft və qaz ehtiyatları tapılıb

19:39
22 Yanvar

İİTKM-də 2024-cü ilin yekunlarına dair mətbuat konfransı keçirilib  

19:36
22 Yanvar

Almaniyanın silah ixracı 2024-cü ildə 13,3 milyard avroya çatıb

19:35
22 Yanvar

Mingəçevirdə aşağı seçki komissiyalarının üzvlərinin peşəkarlıq səviyyəsi artırılır

19:34
22 Yanvar

“Azərpoçt” yeni “Mobil POS” xidmətini istifadəyə verib

19:33
22 Yanvar

Azərbaycan hökuməti ilə Beynəlxalq Valyuta Fondu arasında məsləhətləşmələrə başlanıb

19:32
22 Yanvar

ANAMA və UNICEF arasında əməkdaşlığın genişləndirilməsi müzakirə olunub

19:31
22 Yanvar

Ötən il Laosda təbii fəlakətlərdən 271 mindən çox insan zərər çəkib

19:30
22 Yanvar

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!