22 Yanvar 2025 19:47
1147
PARLAMENT
A- A+
İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin yaz sessiyasının iş planı təsdiqlənib

İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin yaz sessiyasının iş planı təsdiqlənib


Yanvarın 22-də Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin cari ilin yaz sessiyasında ilk iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, komitə sədri Azər Əmiraslanov iclasın gündəliyində 10 məsələnin - payız sessiyasının hesabatının, yaz sessiyasının iş planının və birinci oxunuşda bir sıra qanun layihələrinin olduğunu söyləyib.

O, əvvəlcə, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində ötən ilin payız sessiyası dövründə görülən işlər barədə məlumat verib. Bildirib ki, komitə payız sessiyası dövründə öz fəaliyyətini Milli Məclisin qanunvericilik planına uyğun şəkildə həyata keçirib. Qanun layihələrinin müzakirələri komitənin iclaslarında nəzərdə tutulmuş müddətlərdə keçirilib, ərizə və müraciətlərə baxılması sahəsində müntəzəm iş aparılıb.

Diqqətə çatdırılıb ki, hesabat dövründə komitənin 17 iclası keçirilib, 84 məsələ, o cümlədən 34 qanun layihəsi müzakirə edilib. Payız sessiyası ərzində 16 vətəndaş qəbul olunub, onların ərizə və şikayətləri ilə bağlı müvafiq tədbirlər görülüb. Bu müddətdə komitəyə 78 ərizə daxil olub, qaldırılan məsələlərin həlli üçün aidiyyəti qurumlara müraciətlər göndərilib.

Sonra komitə sədri 2025-ci ilin yaz sessiyası üçün nəzərdə tutulmuş iş planının layihəsini diqqətə çatdırıb. O, iş planında qanunvericilik təşəbbüsü qaydasında daxil olan qanun layihələri, 2024-cü il dövlət büdcəsinin icrası, Hesablama Palatasının 2024-cü ildə fəaliyyəti haqqında hesabatla bağlı müzakirələrin, komitədə işçi qrupların yaradılması və onların işini təşkil edilməsinin, habelə aidiyyəti qurumlarla, sahibkarlarla, qeyri-hökumət təşkilatlarının nümayəndələrilə görüşlərin keçirilməsinin, komitənin fəaliyyət istiqamətlərinə uyğun olaraq ictimai dinləmələrin təşkilinin nəzərdə tutulduğunu söyləyib.

Sonra komitə sədri Azər Əmiraslanov gündəlikdəki qanun layihələrini təqdim edib.

“Aviasiya haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi ilə bağlı bildirilib ki, Qanunun 4-cü və 5-ci fəslinin müddəaları aviasiya hadisəsi zamanı axtarış və xilasetmə, aviasiya hadisələri və insidentlərinin araşdırılmasının təşkili, bu hadisələrin başvermə səbəbləri, araşdırılmasının nəticələri barədə hesabatın hazırlanması məsələlərini tənzimləyir. Aviasiya hadisələri və insidentlərinin müstəqil səlahiyyətə malik qurum tərəfindən araşdırılmasına dair Beynəlxalq Mülki Aviasiya Təşkilatının tələbləri nəzərə alınaraq, Qanunun 16-cı, 17-ci, 18-ci və 19-cu maddələrində nəzərdə tutulan bir sıra səlahiyyətlərin dəqiq tənzimlənməsi təklif olunur. Habelə aviasiya hadisələrinin və insidentlərinin araşdırılması üzrə daimi komissiyanın hüquqi statusunun müəyyən edilməsi məqsədilə Qanuna yeni anlayışın əlavə edilməsi təklif edilir. Qeyd olunub ki, digər bir dəyişiklik “aerodrom istismarçısı” ilə bağlıdır. Hazırda aerodrom istismarçısı anlayışı aerodromu istismar edən fiziki və ya hüquqi şəxslə məhdudlaşır, təklif olunan dəyişikliyə əsasən buraya dövlət orqanı da əlavə edilir.

“Mühasibat uçotu haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsinə dair nəzərə çatdırılıb ki, sənəddə büdcə təşkilatlarında mühasibat uçotunun elektron formada aparılması, bunun təmin olunması üçün “e-mühasibat” informasiya sisteminin tətbiqi təklif olunur. Layihədə “e-mühasibat” informasiya sisteminin təmin etməli olduğu məqsədlər müəyyən edilir. Qeyd olunub ki, qanun layihəsi mühasibat uçotunu elektron formada aparmalı olan subyektlər, o cümlədən büdcə təşkilatları tərəfindən müvafiq məlumatların aidiyyəti üzrə təqdim edilməsi sahəsində operativliyin artırılmasına, uçotun şəffaflaşdırılmasına, nəzarət tədbirlərinin optimallaşdırılmasına, daha operativ və az resurslar cəlb edilməklə həyata keçirilməsinə şərait yaradacaq.

İnzibati Xətalar Məcəlləsində, “Dövlət rüsumu haqqında” və “Lisenziyalar və icazələr haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi ilə bağlı məlumatda bildirilib ki, layihəyə əsasən lisenziyanın və icazənin şərtlərinə riayət olunmasına nəzarətin təkmilləşdirilməsi ilə bağlı dəyişiklikdə lisenziyanın və icazənin şərtlərinə riayət edilməsi sahəsində normativ-hüquqi aktlarda nəzərdə tutulan inzibati tədbirlərlə yanaşı, yoxlama və nəzarətdənkənar tədbirlərdən də istifadə ediləcək. Bununla yanaşı, lisenziyanın dayandırılması və ləğvi üçün yeni əsasın müəyyən olunması ilə bağlı təklif olunan düzəlişə əsasən lisenziya (icazə) sahibinin lisenziya və icazə şərtlərinin pozulması hallarının aradan qaldırılmasına dair lisenziya və icazə verən orqanın, həmçinin müvafiq nəzarət orqanının göstərişlərini yerinə yetirməməsi də belə təqdimatın verilməsi üçün əsas yaradacaq.

Digər dəyişiklikdə yanacaqdoldurma obyektlərinin fəaliyyətinin də lisenziya tələb olunan fəaliyyət növünə aid edilməsi nəzərdə tutulub. Sənəddə, habelə yeni “lisenziyalaşdırma subyektləri” anlayışının daxil edilməsi, yanacaqdoldurma və qaz təchizatı obyektlərinin istismarına görə dövlət rüsumunun müəyyən olunması təklif olunur. Həmçinin “Lisenziyalar və icazələr haqqında” Qanunun 27.3-cü maddəsindən irəli gələrək bu maddənin tələblərinin pozulmasına görə inzibati məsuliyyət nəzərdə tutulur.

İnzibati Xətalar Məcəlləsində və “Kredit büroları haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi ilə əlaqədar bildirilib ki, layihədə nisyə mal alqı-satqısı ilə məşğul olan şəxslər tərəfindən “kredit tarixçələrini təşkil edən məlumat”ın kredit bürosuna mütləq qaydada təqdim edilməsi tələbi və həmin hala görə məsuliyyət tədbirləri, o cümlədən İnzibati Xətalar Məcəlləsinin 440.3-cü maddəsi ləğv edilir. Dəyişiklikdən sonra nisyə mal alqı-satqısı ilə məşğul olan hər bir hüquqi və fiziki şəxsə dövriyyəsindən asılı olmayaraq eyni yanaşma tətbiq ediləcək və onların məlumatı təqdim etməsi məsələsi Qanunun 12.2.3-cü maddəsinə uyğun olaraq tənzimlənəcək.

Şəhərsalma və Tikinti Məcəlləsində, “Texniki təhlükəsizlik haqqında” və “Lisenziyalar və icazələr haqqında” qanunlarda dəyişiklik qanun layihəsi ilə bağlı diqqətə çatdırılıb ki, sənəddə nəzərdə tutulan dəyişikliklər texniki xarakter daşıyır və terminlərin daha aydın və dəqiq olması məqsədi ilə təklif edilir. Qeyd olunub ki, Şəhərsalma və Tikinti Məcəlləsində “təhlükə potensiallı” sözləri - “xüsusi riskli” sözləri ilə əvəz edilir. “Texniki təhlükəsizlik haqqında” Qanunun “Təhlükə potensiallı obyektlər” maddəsi təkmilləşdirilir və yeni redaksiyada verilir. “Lisenziyalar və icazələr haqqında” Qanunda isə “dövlət reyestri” sözlərinin əvvəlinə “vahid” sözünün əlavə edilməsi təklif olunur.

“Nəqliyyat haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi ilə əlaqədar qeyd edilib ki, Qanunun 6-cı maddəsinə təklif olunan əlavəyə əsasən, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) öz fəaliyyət istiqamətləri üzrə müvafiq işlərin görülməsi üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahıda nəzərdə tutulmuş lisenziya və icazələrin alınması tələb olunmur.

“Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsinə dair məlumatda bildirilib ki, ölkədə sahibkarlığın inkişafının stimullaşdırılması məqsədi ilə 2015-ci il noyabrın 1-dən etibarən Qanunun 2.1-ci maddəsində göstərilən yoxlamalar istisna olmaqla, digər yoxlamalar dayandırılmışdır. Qanun layihəsində həmin müddətin daha bir il – 2026-cı il yanvarın 1-dək uzadılması nəzərdə tutulur.

"Sosial sığorta haqqında" Qanunda və Vergi Məcəlləsində dəyişiklik edilməsi barədə qanun layihəsinin təqdimatında vurğulanıb ki, sənədin əsas məqsədi əlilliyi olan şəxslərin vergi inzibatçılığının sadələşdirilməsi və onların özünüməşğulluq təşəbbüslərinin dəstəklənməsidir.

Layihədə nəzərdə tutulan dəyişikliklərə əsasən, əl işlərinin satışından əldə olunan gəlirdən ödəmə mənbəyində 2 faiz dərəcəsi ilə verginin tutulması təmin ediləcək, satışın həyata keçirilməsi üçün xüsusi elektron portal yaradılacaq, əl işlərinin satışından əldə olunan gəlirdən vergilər çıxıldıqdan sonra əlilliyi olan şəxs üçün açılmış bank hesabına köçürüləcək, portalda qeydiyyatdan keçmiş əlilliyi olan şəxslər vergi orqanlarında qeydiyyatdan keçmək, vergi hesablamaq, vergi hesabatları tərtib etmək və vergi orqanına təqdim etmək kimi işlərdən azad olacaq, bu işlər portal vasitəsilə elektron qaydada onların əvəzinə həyata keçiriləcək, həmçinin əl işlərinin satışından əldə olunan gəlirlər məcburi dövlət sosial sığorta haqqı hesablanmayan gəlir növlərinə aid ediləcək.

Çıxış edən deputatlar payız sessiyasında komitənin səmərəli fəaliyyət göstərdiyini söyləyiblər, yaz sessiyasının iş planı ilə bağlı bəzi təkliflərini səsləndiriblər, təqdim olunan qanun layihələrinin əhəmiyyətindən, təklif edilən dəyişikliklərin vacibliyindən bəhs ediblər.

Komitə sədri, habelə iclasda iştirak edən Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin şöbə müdiri Vasif Əmiraslanov deputatların qaldırdıqları məsələlərə münasibət bildirib, suallarını cavablandırıblar.

Müzakirələrin yekununda komitənin 2024-cü ilin payız sessiyası dövründə görülən işlər barədə hesabatı məqbul hesab olunub, 2025-ci ilin yaz sessiyası üçün nəzərdə tutulmuş iş planının layihəsi təsdiq edilib. Qanun layihələrinin hamısı birinci oxunuşda Milli Məclisin plenar iclasına tövsiyə olunub.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

"Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində, "Texniki təhlükəsizlik haqqında" və "Lisenziyalar və icazələr haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2025-ci il 14 fevral tarixli 139-VIIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və Sərəncamında dəyişiklik edilməsi haqqında

01:39
15 Noyabr

Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin fəaliyyətinin təmin edilməsi və Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin fəaliyyətinin təmin edilməsi haqqında" 2011-ci il 20 iyul tarixli 472 nömrəli, "Sumqayıt şəhərində avtomobil nəqliyyatı ilə sərnişin daşınması sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında" 2015-ci il 7 dekabr tarixli 704 nömrəli və "Gəncə şəhərində avtomobil nəqliyyatı ilə sərnişin daşınması sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında" 2016-cı il 25 yanvar tarixli 750 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə" 2022-ci il 8 sentyabr tarixli 1842 nömrəli və "AYNA" informasiya sistemi haqqında Əsasnamə"nin təsdiq edilməsi barədə" 2022-ci il 30 dekabr tarixli 1956 nömrəli fərmanlarında dəyişiklik edilməsi haqqında

01:38
15 Noyabr

“Azərbaycan Respublikasının vahid büdcə təsnifatının təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 11 oktyabr tarixli 440 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında

01:33
15 Noyabr

Türkiyəli mütəxəssislər təyyarə qəzası ilə bağlı işləri davam etdirirlər  

23:40
14 Noyabr

SOCAR və “DeGolyer and MacNaughton” şirkəti əməkdaşlıq imkanlarını müzakirə edib  

22:28
14 Noyabr

Rusiyalı professor: Azərbaycan regionda təhlükəsizliyin qarantına çevrilir

22:25
14 Noyabr

DİN: “9990” və “7770” nömrələrindən gələn zənglərlə bağlı iddialar araşdırılır  

22:20
14 Noyabr

YAP-ın müasir dövlətçilik tariximizdə yeri və rolu barədə tədbir təşkil olunub  

22:19
14 Noyabr

Mariyana Kuyundziç: Azərbaycanlı gənclər yaradıcı və təşəbbüskardırlar  

22:15
14 Noyabr

Baş nazir Əli Əsədov Asiya İnkişaf Bankının prezidenti ilə görüşüb  

22:11
14 Noyabr

Sənayedə qeyri-dövlət sektorunun payı 79,3 faiz olub  

22:09
14 Noyabr

Doqquz ayda Azərbaycanın hüquqi və fiziki şəxsləri 173 ölkədəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirib  

20:23
14 Noyabr

“Dünya hərb sənətinin Nadir şah zirvəsi” kitabı işıq üzü gördü  

20:21
14 Noyabr

Rusiyalı politoloq: Azərbaycanın Mərkəzi Asiya ilə əlaqələri daha da güclənib

19:16
14 Noyabr

Amerikalı ekspert: Azərbaycan Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin inkişafında mərkəzi rol oynayır  

18:43
14 Noyabr

Azərbaycan və Mərkəzi Asiya ölkələri arasında çoxsəviyyəli əməkdaşlıq: yeni imkan və perspektivlər  

18:20
14 Noyabr

Milli Məclisin növbəti iclaslarının vaxtları açıqlanıb  

18:07
14 Noyabr

“Konstitusiya və Suverenlik İli” dövlət müstəqilliyimizin hüquqi dayaqlarına verilən böyük önəmin göstəricisidir  

17:55
14 Noyabr

Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus təyyarədə həlak olanların dəfn mərasimində rəsmi şəxslər iştirak ediblər  

17:52
14 Noyabr

İqtisadi fəal əhalinin sayı açıqlanıb  

17:50
14 Noyabr

Azərbaycanda bu ilin 9 ayında 36 mindən çox nikah bağlanıb

17:50
14 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!