30 Sentyabr 2026 11:47
124
SİYASƏT
A- A+
Müdafiə naziri: Sərgilər həm də yeni əməkdaşlıq imkanlarının müəyyənləşdirilməsinə xidmət edir  

Müdafiə naziri: Sərgilər həm də yeni əməkdaşlıq imkanlarının müəyyənləşdirilməsinə xidmət edir  


Müdafiə naziri general-polkovnik Zakir Həsənov “ADEX-2026” sərgisinin iştirakçılarına müraciət edib.

Müdafiə Nazirliyindən siverilən məlumata görə, müraciətdə sərginin qonaqlarını salamlayan nazir təmsil olunan bütün ölkələrin nümayəndələrinə uğurlar arzulayaraq deyib: “Əminik ki, ölkəmizdə keçirilən “ADEX-2026” 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi iştirakçı ölkələrin hərbi potensialının nümayişi, yeni müqavilələrin imzalanması və birgə layihələrin müzakirəsi üçün geniş imkanlar yaradacaq. Bu sərginin qabaqcıl texnologiyaların istehsalı sahəsində təcrübə mübadiləsi, müdafiə və təhlükəsizlik məsələləri üzrə perspektivlərin dəyərləndirilməsi üçün mühüm platforma olmaqla yanaşı, mövcud hərbi-texniki əməkdaşlığın inkişafına, yeni təşəbbüslərin və birgə layihələrin reallaşdırılmasına təkan verəcəyinə inanıram”.

Azərbaycanın təhlükəsizliyin və dayanıqlı sülhün qorunması, müdafiə qüdrətinin artırılması məqsədilə beynəlxalq əməkdaşlığa daim açıq olduğunu qeyd edən nazir ölkəmizin bu istiqamətdə tərəfdaşlığın dərinləşməsində maraqlı olduğunu bildirib: “Regionda sabitliyin təmin edilməsi və irimiqyaslı iqtisadi layihələrin təhlükəsizliyi ölkəmiz üçün prioritetdir.

Bildiyiniz kimi, elmin və texniki tərəqqinin sürətli inkişafı ənənəvi müdafiə üsullarını tədricən yeni yanaşmalarla əvəz edir. İnnovativ həllərin və yüksək dəqiqliyə malik silahların tətbiqi ilə həyata keçirilən təmassız əməliyyatlar hərbi tapşırıqların xarakterini kökündən dəyişir. Neyroşəbəkə, lazer texnologiyalarına əsaslanan vasitələr, müxtəlif təyinatlı pilotsuz uçuş aparatları, süni intellektlə idarə olunan insansız sistemlər dövlətlərin müdafiə konsepsiyasına tamamilə fərqli baxış tələb edir.

Dövrün çağırışları və əldə edilən döyüş təcrübələri sabitliyin qorunması üçün qabaqcıl texnologiyalar əsasında istehsal edilən hərbi texnika və avadanlıqlara sahib olmağı vacib şərtə çevirir. Bu baxımdan, Azərbaycan Respublikası da Ordumuzun əməliyyat imkanlarının genişləndirilməsinə, maddi-texniki bazasının yenilənməsinə və ən müasir silah sistemləri ilə təchizatına xüsusi əhəmiyyət verir.

Təbii ki, yeniliklərin tətbiqi hərbi qulluqçuların bilik və bacarıqlarının da daim təkmilləşdirilməsini tələb edir. Şəxsi heyətin hazırlıq prosesinin dövrün tələblərinə uyğunlaşdırılması, qabaqcıl orduların təcrübəsinin öyrənilməsi və birgə təlimlərdə iştirakı istiqamətində ardıcıl tədbirlər görülür. Eyni zamanda, hərbi mütəxəssislərimiz qlobal münaqişələrdə istifadə olunan döyüş vasitələrinin xüsusiyyətlərini təhlil edir və yerli şəraitə uyğun tətbiq imkanlarını araşdırırlar”.

Son illərdə əldə edilən uğurların əsas səbəbinin Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin ordu quruculuğuna göstərdiyi xüsusi diqqət olduğunu danılmaz fakt kimi dəyərləndirən nazir vurğulayıb: “Dünyanın ən yüksək texniki standartlarına cavab verən hərbi texnikanın arsenalımıza daxil edilməsi və şəxsi heyətin peşəkar hazırlığı dövlətimizin başçısının birbaşa nəzarəti altında aparılan islahatlar sayəsində mərhələli şəkildə həyata keçirilir. Qürurla bildirmək istərdim ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin yüksək qayğısı, həmçinin Birinci vitse-prezident Mehriban Əliyevanın davamlı dəstəyi sayəsində Ordumuzun silahlanmasında dünyada mövcud olan ən son texniki göstəricilər və rəqəmsal yeniliklər əsasında yaradılmış müasir silah-sursat və döyüş texnikası mövcuddur. Vətən müharibəsində və sonrakı əməliyyatlarda qazanılan qələbələr ordu quruculuğunda uğurla həyata keçirilən islahatların bariz nümunəsidir”.

Azərbaycanın hərbi sənaye kompleksinin imkanlarından bəhs edən Zakir Həsənov onu da qeyd edib ki, ölkəmiz bu sahədə geniş potensiala malikdir:“ Müəssisələrimizdə dünya bazarında rəqabətədavamlı, mindən artıq çeşiddə müdafiə təyinatlı məhsul – silahlar, sursatlar, insansız sistemlər istehsal olunur. Eyni zamanda, zirehli texnika və aviasiya vasitələrinin əsaslı təmiri, modernləşdirilməsi uğurla yerinə yetirilir.

“ADEX-2026” 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisinin ölkəmizdə keçirilməsi texniki həllərin müzakirəsi və nümayiş etdirilən yeniliklərlə tanışlıq baxımından böyük əhəmiyyət daşıyır. Eyni zamanda, belə tədbirlər Azərbaycanı etibarlı strateji tərəfdaş kimi təqdim edən mühüm platformadır.

Xarici qurumlar və biznes dairələri tərəfindən sərgiyə göstərilən böyük maraq bu tədbirin qlobal nüfuzunu təsdiq edir. Müdafiə sənayesinin inkişafına töhfə verən bu cür sərgilər həm də yeni əməkdaşlıq imkanlarının müəyyənləşdirilməsinə xidmət edir. İnanıram ki, sərgi iştirakçı ölkələr üçün hərbi-texniki əməkdaşlıqda yeni perspektivlər açacaq, dostluq münasibətlərini möhkəmləndirəcək və innovativ texnoloji bazanın təkmilləşdirilməsinə şərait yaradacaq”.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Müdafiə naziri: Sərgilər həm də yeni əməkdaşlıq imkanlarının müəyyənləşdirilməsinə xidmət edir  

11:47
30 Sentyabr

Qırğızıstan IV MDB Oyunlarına ev sahibliyi edəcək

11:45
30 Sentyabr

Bakıda “ADEX-2026” və “Securex Caspian” sərgiləri işə başlayıb – YENİLƏNİB

11:45
30 Sentyabr

Azərbaycan nümayəndə heyəti İranda bir sıra mühüm rəsmi görüşlər keçirib  

11:43
30 Sentyabr

“Qlobal İnnovasiya İndeksi – 2026” dərc edilib 

11:38
30 Sentyabr

Yaxın Şərqdən neft axınları normal vəziyyətə qayıdır

11:09
30 Sentyabr

Papa Avropanı sülh naminə güzəştə getməyə çağırıb

10:45
30 Sentyabr

Macarıstan Parlamenti Peter Macyarın toxunulmazlığını ləğv edib

10:40
30 Sentyabr

Hakerlər təxminən 3 milyon Pentaqon hərbçisinin məlumatlarını oğurlayıblar

10:35
30 Sentyabr

Qızıl və gümüş bahalaşıb

10:32
30 Sentyabr

Azərbaycan nefti 118,22 dollara satılır

10:31
30 Sentyabr

Qəbələdən Şuşaya uzanan qəhrəmanlıq yolu

10:30
30 Sentyabr

Nazir: Yerli şirkətlərin müdafiə təchizatındakı payının artacağını gözləyirik

10:29
30 Sentyabr

Nazir: Gələcəyin müdafiə sənayesi zavodlarla yanaşı, universitetlərdə və tədqiqat mərkəzlərində qurulur  

10:29
30 Sentyabr

Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub

10:26
30 Sentyabr

Bakıda “Birliyin Gücü – 2026” birgə hərbi təliminin müşahidəçiləri ilə görüş olub

10:25
30 Sentyabr

ZƏFƏR gündəliyi

10:20
30 Sentyabr

Ölkə ərazisində hava şəraiti yağıntılı keçib

10:18
30 Sentyabr

ADA Universitetində şanlı Zəfər tariximiz "Zəfər rəqsi" filminin nümayişi ilə anılıb

10:10
30 Sentyabr

Prezident İlham Əliyev: Azərbaycanın müdafiə sənayesi məhsullarının keyfiyyəti beynəlxalq səviyyədə yüksək qiymətləndirilir  

10:01
30 Sentyabr

Vətən müharibəsinin hər günü şanlı tariximizdir

10:00
30 Sentyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!