28 Noyabr 2024 08:25
649
Təhsil
A- A+
Müasir təhsildə innovativ texnologiyaların tətbiqi mühüm şərtdir

Müasir təhsildə innovativ texnologiyaların tətbiqi mühüm şərtdir


Dünya sürətlə dəyişir və bu dəyişiklik təhsil sahəsini də əhatə edir. XXI əsrin tələbləri, texnoloji inkişaflar və dəyişən iş bazarı müasir təhsil sistemlərinin köklü islahatlar aparılmasını qaçılmaz edir. Təhsildə əsaslı islahatlar yalnız tədris metodlarının yenilənməsi deyil, həmçinin təhsil mühitinin tamamilə modernləşdirilməsidir.

Əsaslı islahatlar təhsil sisteminin yenidən qurulması və modernləşdirilməsi prosesinə aiddir. Bu anlayış daha çox təhsil proqramlarının, pedaqoji yanaşmaların və infrastrukturun müasir tələblərə və texnologiyalara uyğunlaşdırılması məqsədini daşıyır.

Əsaslı islahatlar aşağıdakı amilləri əhatə edə bilər: Texnoloji inkişaflar: Rəqəmsal təhsil resurslarının istifadəsi, virtual dərsliklər və distant təhsil imkanlarının inkişaf etdirilməsi; Pedaqoji yeniliklər: Tədris metodlarının və yanaşmalarının təkmilləşdirilməsi, tələbələrdə kritik düşüncə, problem həlli bacarıqları və yaradıcılığı inkişaf etdirməyə yönəlmiş təhsil; Davamlı inkişaf: Tələbələrin bilik və bacarıqlarını gələcəyin iş bazarına və sosial tələblərinə uyğunlaşdırmaq; İnfrastrukturun modernləşdirilməsi: təhsil binalarının, yataqxanaların yenilənməsi, kitabxanaların təchizat və resursların təkmilləşdirilməsi. Bu yanaşma müasir təhsil sistemini daha dinamik, hərtərəfli və rəqabətədavamlı etməyə yönəlmişdir.

Müasir təhsildə əsaslı islahatlar zərurətdir və bu proses təkcə tədris proqramlarının dəyişdirilməsi ilə kifayətlənməməlidir. Təhsil sisteminin bütün səviyyələrində modernləşmə və texnologiyaların tətbiqində Azərbaycan Dövlət Aqrar Universiteti (ADAU) də öz təsirini göstərir. Son illər bu istiqamətdə universitet rəhbərliyi tərəfindən əsaslı tədbirlərin həyata keçirilməsinə şərait yaradılmışdır. Qədim tarixi olan Dövlət Aqrar Universiteti hazırda müasir təhsil sisteminin islahat işlərində öz mövqeyini göstərir. Bu sırada beynəlxalq əlaqələrin genişləndirilməsi, təhsildə bərabərsizlik, interaktiv təlim  metodlarının tədrisdə tətbiqi durur. Əsas məqsəd tələbələrə gələcəyin tələblərinə uyğun bilik və bacarıqların verilməsi, təhsil imkanlarının daha əlçatan və ədalətli olmasıdır. Müasir tələblərə uyğun olaraq müxtəlif səviyyəli proqram xarakterli tədbirlər, görüşlər əsaslı inkişafın təmin olunmasına şərait yaradır. Universitet rəhbərliyinin daimi nəzarətində olan həmin məsələlər tələbə-müəllim qarşılıqlı əlaqələrinin daha da mükəmməl olmasından xəbər verir.

Son illər Azərbaycan Dövlət Aqrar Universitetində də yeni reallıqlar yaranır. Müasir təhsil artıq ənənəvi tədris proqramları ilə kifayətlənmir. Rəqəmsallaşma, distant təhsil və süni intellekt texnologiyalarının inkişafı tədris prosesinə yeni yanaşmaların daxil edilməsini şərtləndirir. Ənənəvi tədris modelləri tələbələrin təkcə akademik bacarıqlarını deyil, həm də həyati bacarıqlarını inkişaf etdirməkdə  əsaslı rol oynayır. Yeni tədris modelləri daha çox  kreativ düşüncəni və problem həll etmə bacarıqlarını, komanda işini və kommunikasiya bacarıqlarını inkişaf etdirir, texnoloji savadlılıq və rəqəmsal təhlükəsizlik kimi bacarıqların tədrisini təşviq edir.

Son illərdə rəqəmsal texnologiyalar tədrisdə öz dərin təsirini göstərmişdir. Bu baxımdan biologiya kafedrasında çox iş görülmüşdür ki, bunun da nəticəsində rəqəmsal təhsil resursları, onlayn tədris məşğələləri, süni intellekt (AI)  və virtual laboratoriyalar tədrisin təcrübəsini dəyişir. Bu texnologiyalar tələbələrə fərdi yanaşmanı təmin etməyə və qlobal miqyasda tədris resurslarına çıxış imkanlarını artırmağa kömək edir. Bundan başqa, müasir təhsil əsaslı quruculuq, ədalətli təhsil imkanları, yaradıcılığın və innovasiyanın inkişafı kimi fürsətlər verə bilir. Ədalətli təhsil imkanları texnologiyaların istifadəsi ilə təhsilə çıxış daha bərabər səviyyədə təmin olunur. Distant təhsil imkanları coğrafi məhdudiyyətləri aradan qaldırır. Yaradıcılığın inkişafı istiqamətində isə yeni texnologiyalarla təhsildə daha çox yeni fikirlərə yer verilir. Tələbələr öz ideyalarını daha sərbəst ifadə edə və onları reallığa çevirə bilirlər.

Bununla yanaşı, təhsildə əsaslı islahatlar həm də bəzi çətinliklər yarada bilər. Belə ki, pedaqoji heyət yeni texnologiyaları və tədris metodlarını mənimsəmək üçün əlavə təlimlərə ehtiyac duyurlar. Ölkə Prezidenti İlham Əliyev kənd təsərrüfatının ölkənin iqtisadiyyatında mühüm rol oynadığını çıxışlarında dəfələrlə vurğulamış və bu sahənin dayanıqlı inkişafı üçün müxtəlif proqramlar həyata keçirmişdir. Bu baxımdan dövlət tərəfindən fermerlərə subsidiyalar ayrılır, texnika və gübrə təminatında güzəştlər tətbiq olunur. Dövlət başçısının kənd təsərrüfatına, xüsusilə Azərbaycan Dövlət Aqrar Universitetinə diqqət və qayğısı aqrar təsərrüfatın inkişafına verilən əhəmiyyətin göstəricisidir. Prezidentin diqqəti sayəsində Aqrar Universitetin maddi-texniki bazası xeyli gücləndirilmiş, müasir tipli yataqxanalar, laboratoriyalar və tədris avadanlıqları tələbələrin istifadəsinə verilmişdir. Dövlət başçısının 2016, 2017 və 2020-ci illərdə Azərbaycan Dövlət Aqrar Universitetində olması, 2 müasir tələbə yataqxanasının və 1 tədris korpusunun açılışında iştirakı, ADAU-nun daha da inkişafı, tələbələrin sayının 10 min nəfərə çatdırılması ilə bağlı tapşırıq və tövsiyələri kollektivin yaddaşına və universitetin tarixinə  qızıl hərflərlə yazılmışdır.  Prezidentin kənd təsərrüfatı və aqrar təhsil sahəsinə qayğısı nəticəsində Azərbaycan bu sahədə həm daxili tələbatı qarşılamağa, həm də beynəlxalq bazarlara çıxışını artırmağa nail olur. Bu gün universitetdə təhsil prosesi üçün interaktiv texnologiyalar və elektron tədris vasitələri ilə təchiz olunan auditoriyalar qurulmuşdur. Yeni korpuslarda tələbə və müəllimlər üçün tədqiqat laboratoriyaları yaradılmışdır ki, burada kənd təsərrüfatı texnologiyaları və aqrar innovasiyalar üzrə layihələr həyata keçirilir. Azərbaycan Dövlət Aqrar Universitetinin inkişafı kənd təsərrüfatında innovativ yanaşmaların tətbiqinə və ölkənin müxtəlif regionlarında aqrar  sahənin inkişafının sürətlənməsinə şərait yaradır. Bu addımlar, dövlət başçısının aqrar təhsil və aqrar təsərrüfata göstərdiyi  diqqətin nəticəsi kimi, Azərbaycanın aqrar sahədə davamlı və dayanıqlı inkişafına zəmin yaradır.

2024-2025-ci tədris ilindən universitetin nəzdində Aqrar Peşə Kolleci faəliyyət göstərir. Aqrar Peşə Kolleci, aqrar sahədə peşəkar kadrların hazırlanmasını hədəfləyən təhsil müəssisəsidir. Burada tələbələr kənd təsərrüfatı, aqrar sənaye və texnologiyalar sahəsində müxtəlif praktiki və nəzəri biliklər əldə edirlər. Kollecə tələbə qəbulu və ixtisasların müxtəlifliyi, aqrar sektorun zəruri ehtiyaclarını qarşılamaq məqsədi daşıyır. Burada 5 istiqamətdə (Kənd təsərrüfatı texnologiyaları, Heyvandarlıq və baytarlıq, Texniki xidmət və mexanikləşdirmə, Ərzaq sənayesi və emal, İqtisadiyyat və idarəetmə) 14 ixtisas üzrə tədris aparılır. Bu ixtisaslar vasitəsilə tələbələr aqrar sahədə müasir tələblərə cavab verən bilik və bacarıqlar əldə edir, kənd təsərrüfatının inkişafına peşəkar töhfə verməyə hazır olurlar.

Son illərdə Azərbaycan Dövlət Aqrar Universiteti bir neçə elmi-praktik konfrans təşkil etmişdir. 2022-2024-cü illərdə keçirilən tədbirlər arasında əsas mövzular kənd təsərrüfatı, qlobal ərzaq təhlükəsizliyi və tətbiqi elmlərin inkişafına yeni yanaşmalar olub. O cümlədən 2023-cü ilin sentyabrında ADAU və Türkiyənin İqtisadi İnkişaf və Sosial Araşdırmalar İnstitutu ilə birlikdə "6-cı Beynəlxalq Ərzaq, Kənd Təsərrüfatı və Baytarlıq Elmləri" üzrə konfrans keçirilib. Eyni il ərzində Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş "Qeyri-neft sektoru və qlobal ərzaq təhlükəsizliyi problemləri" mövzusunda elmi-nəzəri konfrans keçirilmişdir. Bundan əlavə, universitet "Bitkiçilik və heyvandarlıqda təbii resurslardan dayanıqlı istifadə" mövzusunda da tədbirlər təşkil etmişdir ki, bu da ölkənin aqrar sahədəki dayanıqlı inkişaf hədəfləri ilə bağlı önəmli bir addım olmuşdur. 

Azərbaycan Respublikasında 2024-cü ilin "Yaşıl dünya naminə həmrəylik ili" elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 25 dekabr 2023-cü il tarixli sərəncamı ilə bağlı hazırlanmış tədbirlər planı universitetin Elmi Şurasında təsdiq olunmuşdur. BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29 kimi mötəbər tədbirin 11-22 noyabr 2024-cü ildə Azərbaycanda keçirilməsi beynəlxalq ictimaiyyət tərəfindən ölkəmizə böyük  hörmət və etimadın, eləcə də respublikamızın milli, regional və qlobal səviyyədə ətraf mühitin qorunması, iqlim dəyişmələrinin qarşısının alınması işinə töhfəsi aqrar universitetdə də təqdir olunmuşdur.  Planda nəzərdə tutulmuş tədbirlər 2024-cü ilin bütün ayları üzrə paylanmış və bütün struktur bölmələrində uğurla icra olunmuşdur. Belə tədbirlər həm yerli, həm də beynəlxalq elm mütəxəssislərinin fikir mübadiləsinə şərait yaratmış və aqrar sahənin təkmilləşdirilməsinə töhfə vermişdir. Bu konfranslar ADAU-nun müasir təhsil və tədqiqat imkanlarını genişləndirmə istiqamətində mühüm rol oynayır və universitetin ölkə miqyasında aqrar təhsilin inkişafında aparıcı mövqeyini göstərir.

Azərbaycan Dövlət Aqrar Universitetinə tələbə qəbulu son illərdə artan dinamika ilə həyata keçirilir. 2024-2025-ci tədris ili üzrə universitetə qəbul planı 97 faiz yerinə yetirilmişdir ki, bu təhsil ocağına marağın daha da yüksəldiyini göstərir. Cari tədris ili üçün qəbul olunan 1775 nəfər tələbə kontingenti həm yerli, həm də xarici tələbələrdən ibarətdir. Bu rəqəmlər göstərir ki, ADAU həm bakalavriat, həm də magistratura proqramlarına olan maraq və genişlənən tələbə bazası ilə inkişafını davam etdirir və aqrar təhsildə mühüm mövqe tutur.

Azərbaycan Dövlət Aqrar Universiteti müxtəlif ölkələrin ali təhsil müəssisələri ilə əməkdaşlığı genişləndirmək məqsədilə mütəmadi memorandumlar imzalayır. Son dövrlərdə universitet Macarıstanın Kənd Təsərrüfatı və Təbiət Elmləri Universiteti (MATE) ilə belə bir anlaşmaya imza atıb. Bu memorandum tədris proqramlarının birgə inkişaf etdirilməsini, müəllim-tələbə mübadiləsi və ikili diplom proqramlarının həyata keçirilməsini əhatə edir. Səfər çərçivəsində ADAU və MATE rəhbərləri birgə layihələr və gələcək əməkdaşlıq perspektivlərini də müzakirə ediblər. Bu təşəbbüslər universitetin beynəlxalq əlaqələrinin daha da genişləndirilməsi və aqrar sahədə innovativ təcrübələrin Azərbaycana gətirilməsi istiqamətində mühüm addımlardır.

Son illərdə ADAU, xüsusilə aqrar sahədə innovasiyaları dəstəkləmək üçün yaradılan layihələr və startap təşəbbüsləri ilə fərqlənir. ADAU innovasiyalara xüsusi əhəmiyyət verir. Bu baxımdan universitet 2023-cü ildə Kənd Təsərrüfatı Nazirliyi ilə birgə "Aqrar İnnovasiya və Startaplar" forumu təşkil etmişdir. Forumda Azərbaycanın müxtəlif bölgələrindən 30-dan çox startap komandası iştirak edərək aqrar texnologiyalar sahəsində innovativ ideyalar təqdim etmişlər. Tədbir su və torpaq resurslarının qorunması, qlobal iqlim dəyişikliyi və aqrar sektorun rəqəmsallaşması kimi mövzulara diqqət yetirilməsi baxımından mühüm əhəmiyyət kəsb edirdi. Universitetin tədqiqat mərkəzləri və innovasiya laboratoriyaları da qrant layihələrinə dəstək verir. Bununla yanaşı, beynəlxalq əməkdaşlıqlar çərçivəsində Avropa İttifaqı və digər beynəlxalq proqramlardan qrantlar cəlb edilmişdir. Bu layihələr, əsasən kənd təsərrüfatında davamlı inkişaf, ekoloji yanaşmalar və yeni texnologiyaların tətbiqinə yönəlib.

Son illərdə Azərbaycan Dövlət Aqrar Universiteti Erasmus+  proqramı çərçivəsində müəllim və tələbələr üçün müxtəlif təhsil və mübadilə imkanları yaratmışdır. Bu proqramın məqsədi beynəlxalq əməkdaşlıq və akademik bilik mübadiləsini gücləndirməkdir. Bu proqram vasitəsilə tələbələr Avropanın müxtəlif universitetlərində təhsil almaq və yeni bacarıqlar qazanmaq imkanı əldə edirlər. Həmçinin ADAU-da Erasmus+ proqramı müəllimlərə xarici universitetlərdə dərs keçərək təcrübə mübadiləsi etmək şansı verir ki, bu da tədrisin keyfiyyətini daha da artırır və universitetlərarası əlaqələri genişləndirir.

Prezident İlham Əliyevin 24 iyun 2023-cü il tarixli sərəncamı ilə Azərbaycan Dövlət Aqrar Universitetində "Heydər Əliyev adına təqaüd" təsis edilmişdir. Bu təqaüd bakalavriat səviyyəsində əyani formada təhsil alan, akademik göstəriciləri yüksək olan tələbələrə verilir. ADAU-nun tələbələri arasında yüksək bal və akademik nəticələri ilə seçilən Səbinə Rzazadə və Nuray Məmmədzadə bu təqaüdə layiq görülüblər. Təqaüd akademik uğurların təşviqi məqsədi daşıyır və tələbələrin motivasiyasını artırmağa xidmət edir.  

Son illərdə Azərbaycan Dövlət Aqrar Universiteti Hökumətlərarası Təqaüd Proqramı (HTP) çərçivəsində müxtəlif ölkələrlə təhsil əməkdaşlığını genişləndirib. Bu proqram tələbələrə bakalavriat, magistratura və doktorantura səviyyələrində xarici universitetlərdə təhsil almaq imkanı verir. Tələbə mübadiləsi əsasən Macarıstan, Çin, Qazaxıstan, Rusiya və digər ölkələrin ali təhsil qurumları ilə həyata keçirilir. 2023-2024-cü tədris ili üzrə Qazaxıstanın Elm və Ali Təhsil Nazirliyi ilə imzalanmış müqavilə çərçivəsində bir qrup azərbaycanlı tələbə həmin ölkənin universitetlərində təqaüdlə oxumağa göndərilib. Proqramın məqsədi həm tələbə, həm də müəllim mübadiləsi ilə ali təhsilin beynəlxalq inteqrasiyasını gücləndirməkdir.

Azərbaycan Dövlət Aqrar Universitetinin professor-müəllim heyəti, tələbələri və bütün kollektivi Prezident İlham Əliyevin diqqət və qayğısını daim hiss edir, onun daxili və xarici siyasətini ürəkdən dəstəkləyir. 1920-ci ildən indiyədək 70 mindən artıq ali kənd təsərrüfatı mütəxəssisi hazırlamış, zəngin tarixi olan ADAU bu gün daha da inkişaf edir, ölkəmizin aqrar sektorunu layiqli vətəndaş kadrlarla təmin etmək sahəsində mühüm addımlar atmaqdadır. 


Arif QAZIYEV,

Azərbaycan Dövlət Aqrar Universitetinin biologiya kafedrasının müdiri

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

“Kiçik elektrik nəqliyyat vasitəsinin icarəyə (istifadəyə) verilməsinə, habelə onların sürətinə və lokasiyasına nəzarətin həyata keçirilməsi məqsədilə kiçik elektrik nəqliyyat vasitələrinin operatorları tərəfindən ötürülən səfər və operator barədə məlumatların siyahısı”nın təsdiq edilməsi haqqında

00:30
05 Dekabr

Britaniya rəsmisi: Xəzər regionu yaşıl enerji ixracında böyük potensiala malikdir  

23:55
04 Dekabr

Cahit Bağçı: Beynəlxalq Demokratlar Birliyi Azərbaycanın beynəlxalq platformada qarşılaşdığı vəziyyətlərə qarşı da bir platforma olacaq  

23:48
04 Dekabr

Aİ-nin ali nümayəndəsi Azərbaycan-Ermənistan normallaşma gündəliyi barədə məlumatlandırılıb  

23:45
04 Dekabr

Mövlud Çavuşoğlu: Ermənistanın Azərbaycanın səmimi xoş niyyətinə müsbət cavab verməsini gözləyirik 

23:42
04 Dekabr

Britaniya rəsmisi: COP-da razılaşmanın əldə olunmasından çox məmnunuq

23:41
04 Dekabr

Papa Fransisk Viktor Orbanla görüşüb

23:32
04 Dekabr

Gürcüstanın müxalifət liderləri Baş nazir ilə teledebatdan yayınıblar  

23:31
04 Dekabr

Qubada vətəndaşların dini məsələlərlə bağlı müraciətləri dinlənilib  

23:30
04 Dekabr

Milli Məclis sədrinin müavini TBMM-in nümayəndə heyətinin rəhbəri ilə görüşüb  

22:29
04 Dekabr

Metronun “20 Yanvar” stansiyasından Sumqayıta yeni marşrut xətti istifadəyə verilir  

22:28
04 Dekabr

Azərbaycan və Belarus arasında dəmir yolu ilə müntəzəm yükdaşımaların təşkili müzakirə edilib  

22:27
04 Dekabr

Malta 2024-cü ildə Avropanın iqtisadiyyatı sürətlə inkişaf edən ölkələr siyahısına liderlik edir  

22:05
04 Dekabr

“Məktəbəqədər təhsildə keyfiyyətə yeni baxış” adlı ikinci beynəlxalq konfrans keçirilib 

19:56
04 Dekabr

Fərid Qayıbov: 2024-cü il Şuşa şəhəri üçün yaddaqalan oldu  

19:54
04 Dekabr

Paşinyan AİB sammitinin Ermənistanda keçirilməsini istəmir

19:34
04 Dekabr

Azərbaycan Kuboku, 1/8 final: "Kəpəz" -"İmişli"- 1:0

19:33
04 Dekabr

İmaməddin Xəlilov dünyanın ən yaxşı parataekvondoçusu seçilib

19:31
04 Dekabr

"Qarabağ" Azərbaycan Kubokunun 1/4 finalında

19:30
04 Dekabr

Özbəkistan Prezidenti MAQATE ilə tərəfdaşlığın genişləndirilməsinin vacibliyini qeyd edib

19:29
04 Dekabr

Bayden köçkün afrikalılar üçün 1 milyard dollar yardım elan etdi

18:40
04 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!