05 Sentyabr 2024 16:43
272
DÜNYA
A- A+

Mişel Barnye Fransanı yeni Baş naziri təyin olunub

 

Fransa prezidenti Emmanuel Makron sabiq Avropa komissarı və Fransanın sabiq xarici işlər naziri Mişel Barnyeni yeni Baş nazir təyin edib və ona birlik hökumətini qurmağı tapşırıb.

Bu barədə Yelisey sarayının mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, Makron üçün əsas meyarlardan biri əsas siyasi qüvvələrin yeni kabinetə etimadsızlıq votumu təqdim etməkdən imtinası ilə bağlı konsensusudur. Əgər sol “Yeni Xalq Cəbhəsi” koalisiyasından olan deputatlar hələ də təklif etdikləri namizəddən başqa hər hansı namizədi bloklamaqla hədələyirlərsə, “Milli birlik" qrupu və respublikaçılar Barnye haqqında hələ birmənalı danışmırlar. “Milli birlik”dən olan bir sıra deputatlar isə yeni Baş nazirin gələcək siyasi proqramla bağlı bəyanatını gözləməyə çağırıblar.

Mişel Barnye hökumət başçısı postunda 2024-cü ilin yanvarında bu vəzifəyə təyin edilmiş və Fransa tarixində ən gənc Baş nazir olmuş 35 yaşlı Qabriel Attalı əvəzləyəcək.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video