02 Fevral 2022 00:42
1509
Təhsil
A- A+
Mingəçevir Dövlət Universiteti müasirləşmə mərhələsindədir

Mingəçevir Dövlət Universiteti müasirləşmə mərhələsindədir

 

2021/2022-ci tədris ilinin payız semestri Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi və yenilməz Azərbaycan Silahlı Qüvvələrinin rəşadəti sayəsində 44 günlük Vətən müharibəsində qazanılan tarixi Zəfərin birinci ildönümü ilə əlaqədar olaraq bir çox əlamətdar hadisələrlə yadda qalmışdır.

Dünyada pandemiyanın davam etdiyi bir şəraitdə Azərbaycanda COVID-19 infeksiyasına qarşı həyata keçirilən effektiv mübarizə tədbirləri və uğurlu vaksinasiya siyasəti sayəsində uzunmüddətli fasilədən sonra cari tədris ilindən etibarən respublikamızın ali təhsil müəssisələrində, o cümlədən Mingəçevir Dövlət Universitetində (MDU) ənənəvi tədris bərpa edilmiş, bütün istiqamətlərdə fəaliyyətlərin mövcud çağırışlara və reallıqlara uyğun qurulmasına çalışılmışdır.

Ölkə rəhbərinin ali təhsil sahəsində qarşıya qoyduğu vəzifələrdən irəli gələrək hökumət tərəfindən qəbul edilmiş yeni qaydalar və təlimatlar, Təhsil Nazirliyinin birbaşa dəstəyi ilə ali təhsil müəssisələri tərəfindən həyata keçirilən tədbirlər, eləcə də universitetlərdə əldə edilən təcrübələr və yaradılan yeni imkanlar nəticəsində cari tədris ilinin payız semestri uğurla başa çatdırılmışdır.

Yeni dövrün universitetinə çevrilmək, paytaxtın qabaqcıl universitetləri səviyyəsində ali təhsil xidmətləri göstərmək, ölkəmizin, o cümlədən yerləşdiyi regionun hərtərəfli inkişafına davamlı töhfə vermək kimi strateji hədəflərə doğru mühüm addımlar atan MDU-da bütün fəaliyyətlər milli və beynəlxalq ali təhsil məkanında müşahidə olunan inkişaf trendləri, meydana çıxan yeni çağırışlar və reallıqlar, eləcə də mövcud potensial nəzərə alınaraq həyata keçirilmişdir.

MDU-da müasir və səmərəli ali təhsil mühitinin təmin edilməsi məqsədilə çevik və şəffaf idarəetmə, ictimai hesabatlılıq, universitetin strukturunun yenilənməsi, təhsilverənlərin və təhsilalanların hərtərəfli inkişafı və sosial rifahı, tələbəyönümlülük və cəmiyyətə fəal inteqrasiya məsələlərinə daim prioritet əhəmiyyət verilir.

Milli ali təhsil sisteminin inkişaf etdirilməsi istiqamətində həyata keçirilən tədbirlər, dünya ali təhsil məkanında baş verən dəyişikliklər, universitetin strateji hədəfləri, qabaqcıl yerli və beynəlxalq təcrübə, müasir və daha səmərəli idarəetmənin təmin edilməsi zəruriliyi nəzərə alınaraq payız semestrində universitetin strukturunun təkmilləşdirilməsi diqqət mərkəzində saxlanılmışdır.

MDU-da İnformasiya texnologiyaları fakültəsinin yaradılması, Mühəndislik fakültəsinin yenidən qurulması, Pedaqoji fakültənin Təhsil fakültəsi adlandırılması, Magistratura və Doktorantura Təhsil Mərkəzinin, Dayanıqlı İnkişaf və Regional İnnovasiyalar Tədqiqat Mərkəzinin, Karyera və İnkişaf Mərkəzinin yaradılması haqqında müvafiq qərarlar qəbul olunmuşdur.

Ölkəmizdə ali təhsilə göstərilən yüksək dövlət qayğısı, təhsil işçilərinin sosial vəziyyətinin daha da yaxşılaşdırılması prioriteti və MDU-nun mövcud maliyyə imkanları əsas tutularaq universitetin professor-müəllim və inzibati-texniki heyət üzvlərinin aylıq əməkhaqları orta hesabla 20 faiz artırılmışdır.

Hazırda universitetdə iqtisadiyyat, mühəndislik və pedaqoji profilləri əhatə edən 24 ixtisas (bakalavriat) və 14 ixtisaslaşma (magistratura) üzrə kadr hazırlığı həyata keçirilir. Üç fakültənin və on kafedranın mövcud olduğu universitetdə ümumilikdə, 3000-ə yaxın tələbə və magistrant təhsil alır. Bütövlükdə, 300-dən çox əməkdaşı olan MDU-da 195 professor-müəllim heyəti üzvü çalışır ki, onlardan 5 nəfərin elmlər doktoru, 57 nəfərin isə fəlsəfə doktoru elmi dərəcəsi, 3 nəfərin professor və 43 nəfərin isə dosent elmi adı vardır. Bundan əlavə, cari tədris ilindən etibarən, MDU-da Türkiyənin Qazi Universitetindən 2 professor fəaliyyət göstərir.

Cari tədris ilindən etibarən xüsusi karantin rejiminin mövcud tələbləri, qanunvericiliyə edilmiş müvafiq dəyişikliklər, mövcud infrastruktur imkanlar, təhsilalanların və akademik heyətin COVID-19 infeksiyasından maksimum qorunması amilləri nəzərə alınmaqla universitetin Elmi Şurası tərəfindən “2021/2022-ci tədris ilinin payız semestrində MDU-da tədrisin və təlim-tərbiyə prosesinin təşkilinə dair Qaydalar” qəbul edilmişdir. Qaydalara əsasən MDU-da tədris prosesi hibrid formada təşkil edilmişdir.

Azərbaycan Respublikasının təhsil nazirinin “2021/2022-ci tədris ilinin payız semestrinin imtahan sessiyasının təşkili və keçirilməsi barədə” 10 dekabr 2021-ci il tarixli müvafiq əmrinin tələbləri və buna uyğun olaraq universitet rektorunun müvafiq əmri ilə təsdiq edilmiş qaydalar əsasında cari imtahan sessiyası əyani formada təşkil edilmişdir. İmtahanlara hazırlıq məqsədilə MDU-da hər bir struktur bölməyə konkret tapşırıqlar verilmiş, dəqiq funksional iş bölgüsü aparılmış və imtahan sessiyasının mövcud qanunvericiliyin tələbləri çərçivəsində təşkili məqsədilə bütün zəruri addımlar atılmışdır. Habelə mühazirə mətnləri, təqdimatlar, dərslik və dərs vəsaitləri, imtahan sualları və onların xülasə şəklində cavablarının elektron formatda tələbələrə çatdırılması tədris olunan fənlərin tələbələr tərəfindən mənimsənilmə səviyyəsinin yüksəlməsinə və onların akademik göstəricilərinin daha da yaxşılaşmasına hədəflənmişdir.

COVID-19 pandemiyasının davam etdiyi bir şəraitdə MDU-da kollektiv üzvlərinin sağlamlığına, xüsusi karantin rejiminin tələblərinə riayət edilməsinə, tələbə və müəllim kollektivinin müvafiq dozalar üzrə vaksinasiya prosesində fəal iştirakına, müntəzəm olaraq tibbi-profilaktik və dezinfeksiya işlərinin aparılmasına xüsusi diqqət yetirilmişdir.

Ölkənin və regionun inkişafına töhfə verən, səmərəli və nəticəyönümlü elmi fəaliyyətin həyata keçirilməsi diqqət mərkəzində saxlanılan MDU-da son dövrdə elmi potensialın inkişaf etdirilməsi sahəsində meydana çıxan müsbət trendlər 2021/2022-ci tədris ilinin payız semestri ərzində daha da gücləndirilmiş və bu istiqamətdə yeni keyfiyyət dəyişiklikləri baş vermişdir.

MDU-da akademik heyət üzvlərinin tədqiqat qabiliyyətinin və bacarıqlarının artırılmasına, səmərəli elmi tədqiqat işlərinin yerinə yetirilməsinə və elmi fəaliyyətlərinin təşviq edilməsinə xüsusi diqqətin göstərilməsi, elmi nəşrlərdə dərc edilən əsərlərə görə əməkdaşların mükafatlandırılması universitetdə elmi fəaliyyətin genişlənməsinə və nüfuzlu beynəlxalq elmi jurnallarda dərc edilən məqalələrin sayının artmasına səbəb olmuşdur. Belə ki, 2019-2021-ci illər ərzində MDU əməkdaşlarının “Web of Science” bazasında indekslənən elmi nəşrlərdə dərc olunan məqalələrinin sayı (15 ədəd) 1991-2018-ci illər üzrə müvafiq göstəricidən (7 ədəd) 2 dəfədən çox olmuşdur.

Ötən tədris ilində təsis olunan və MDU tarixində ilk elmi jurnal hesab edilən “Dayanıqlı inkişaf” multidissiplinar elmi jurnalının payız semestrində birinci və ikinci buraxılışları çap olunmuş və elektron variantda universitetin rəsmi saytında yerləşdirilmişdir.

2021-ci ilin may-iyun aylarında müxtəlif elm sahələri üzrə universitetin bir əməkdaşı elmlər doktoru, üç əməkdaşı fəlsəfə doktoru, dekabr ayında isə daha iki əməkdaşı fəlsəfə doktoru elmi dərəcəsini almaq üçün dissertasiya işlərini uğurla müdafiə etmişlər. Hazırda MDU-nun bir əməkdaşı və bir məzunu Türkiyənin Qazi Universitetində doktorantura təhsili alırlar. Universitetin bir əməkdaşı isə Erasmus+ proqramı çərçivəsində Sloveniya Respublikasının Nova Gorica Universitetində doktorantura təhsilini davam etdirir.

MDU-da Ümummilli Lider Heydər Əliyevin zəngin idarəçilik irsinin tədqiqi və təbliğinə xüsusi önəm verilmiş, dövlət müstəqilliyinin bərpasının 30 illiyinə, Vətən müharibəsində əldə olunan tarixi Zəfərin birinci ildönümünə, “Nizami Gəncəvi ili”nə və digər əlamətdar tarixi mövzulara və cəmiyyətin aktual məsələlərinə həsr edilən müxtəlif formatlı çoxsaylı elmi tədbirlər keçirilmişdir.

2021-ci ilin 10-11 dekabr tarixlərində Azərbaycan Respublikasının Təhsil və İqtisadiyyat nazirliklərinin, Mingəçevir Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə MDU tarixində ilk dəfə olaraq keçirilən beynəlxalq elmi konfrans elm ictimaiyyətinin böyük marağına səbəb olmuşdur. “Davamlı inkişaf strategiyası: qlobal trendlər, milli təcrübələr və yeni hədəflər” mövzusunda təşkil edilən beynəlxalq konfransa dünyanın 15 ölkəsindən 72 ali təhsil müəssisəsinin və elmi-tədqiqat institutunun akademik heyət üzvləri və alimləri qatılmış, 462 tezis və məqalə daxil olmuşdur.

Cari payız semestri ərzində MDU-da təhsilalanların və təhsilverənlərin hərtərəfli inkişafına xidmət edən çoxsaylı təlimlər təşkil edilmişdir. Konkret olaraq, karyera planlaşdırma, sahibkarlıq, xarici dil, rəqəmsal, pedaqoji və tədqiqat bacarıqlarının artırılması məqsədilə tanınmış ekspert və mütəxəssislər tərəfindən MDU-da keçirilən təlimlər xüsusi maraqla qarşılanmışdır.

Regional ekosistemin mühüm aktorlarından birinə çevrilməyi hədəfləyən MDU-da kadr hazırlığının keyfiyyətinin yüksəldilməsi, tədrisin məzmununun təkmilləşdirilməsi və tədqiqatların nəticəyönümlüyünün artırılması məqsədilə müxtəlif formatlı təhsil-sənaye əməkdaşlığının inkişaf etdirilməsinə xüsusi əhəmiyyət verilmişdir. Ötən tədris ilində MDU, Mingəçevir Peşə Məktəbi və “Azmade Group” MMC şirkəti arasında “universitet-peşə məktəbi-sənaye” formatında üçtərəfli əməkdaşlıq, “Azərbaycan İES” MMC, “Atəşgah” Sığorta Şirkəti və  “Kapital Bank” ASC ilə işbirliyi çərçivəsində təlim-təcrübə proqramı, elmi konfrans, nəzəri-praktiki seminar, “dəyirmi masa”, infotur və digər müxtəlif formatlı tədbirlər keçirilmişdir.

MDU-da tələbəyönümlü məzmunun yaradılmasına, tələbə gənclərin hərtərəfli inkişafına, onların universitet idarəçiliyində fəal təmsil olunmasına, çoxşaxəli könüllülük fəaliyyətinə cəlb edilməsinə və tələbə təşkilatlarının fəaliyyətinin gücləndirilməsinə xüsusi diqqət yetirilir. MDU gənclərinin nailiyyətləri sırasında “Heydər Əliyev və Azərbaycan tarixi” VII ümumrespublika bilik yarışında uğurlu iştirakı, Bakı Qida Hakatonunda birinciliyin əldə edilməsini, müxtəlif startap müsabiqələrində və idman yarışlarında müvəffəqiyyət qazanılmasını xüsusi qeyd etmək olar.

Gənclərin xalqına, vətəninə və dövlətinə bağlı layiqli vətəndaş kimi yetişdirilməsini əsas vəzifələrindən biri kimi diqqət mərkəzində saxlayan MDU-da təhsilin məzmununda vətənpərvərlik tərbiyəsinin önəminin daha da yüksəldilməsi istiqamətində mühüm addımlar atılmışdır. Bu məqsədlə müntəzəm olaraq universitetin şəhid məzunlarının ailələri ziyarət edilmiş, onlar haqqında silsilə məqalələr dərc olunmuş, Şəhidlər xiyabanında əziz xatirələri anılmış, qazi məzunlarla görüşlər keçirilmiş, Hərbi Qənimətlər Parkına ekskursiya təşkil edilmişdir. Şəhid məzunların ildönümü münasibətilə anım tədbirləri keçirilmiş, qəhrəmanlarımıza həsr olunmuş tədbirlərdə tələbə və əməkdaşların fəal iştirakı təmin edilmişdir. Bu fəaliyyətlərdə MDU-da yaradılan Tələbə Vətənpərvərlik İnkişafı Mərkəzi xüsusi rol oynamışdır.

MDU-da akademik potensialın gücləndirilməsi və ali təhsil xidmətlərinin keyfiyyətinin yüksəldilməsi məqsədilə paytaxtın qabaqcıl universitetləri ilə sıx əməkdaşlığa strateji önəm verilir. Belə ki, tərəfdaş ali təhsil müəssisələrindən olan Bakı Dövlət Universiteti, Azərbaycan Texniki Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti və Azərbaycan Dövlət Pedaqoji Universiteti ilə əlaqələrin inkişafı istiqamətində əhəmiyyətli tədbirlər həyata keçirilmişdir. 2021-ci ilin oktyabrında MDU-nun Lənkəran Dövlət Universiteti ilə əməkdaşlığının əsası qoyulmuşdur.

Eyni zamanda payız semestrində universitetin beynəlxalq əməkdaşlığı genişlənmiş və məhsuldar olmuşdur. Universitetin Erasmus+ proqramında fəal iştirakı davam etdirilmiş, Türkiyənin Qazi Universiteti, Ankara Hacı Bayram Veli Universiteti və KTO Karatay Universiteti, eləcə də Ukraynanın Kiyev Milli İqtisadiyyat Universiteti ilə işbirliyi inkişaf etdirilmiş, Kiyev Milli Texnologiya və Dizayn Universiteti və İstanbul Gedik Universiteti ilə əməkdaşlığa başlanılmışdır. 2021-ci ilin dekabr ayında MDU Çində fəaliyyət göstərən Kəmər və Yol Universitet Alyansına üzv qəbul edilmişdir.

Fikrimizcə, ötən dövr ərzində dövlətimizin diqqət və qayğısı sayəsində MDU-da bütün fəaliyyət istiqamətləri üzrə baş verən müsbət keyfiyyət dəyişiklikləri və əldə olunan nailiyyətlər universitetin müasirləşməsi yolunda qarşıya qoyulan strateji hədəflərə yaxınlaşmasına böyük zəmin yaradır.

 

Şahin BAYRAMOV,

Mingəçevir Dövlət Universitetinin rektoru

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Türkiyə hakimiyyəti qaçqınların Suriyaya qaytarılması prosedurunu sadələşdirib

15:12
22 Dekabr

Türkiyədə baş verən helikopter qəzasında dörd nəfər həlak olub 

15:10
22 Dekabr

Tələbə Psixoloqların IV Respublika Konfransı keçirilib

15:07
22 Dekabr

Azərbaycanda sabaha olan hava proqnozu açıqlanıb

15:01
22 Dekabr

Çində dünyanın ən böyük buz və qar tematik sərgisi açılıb

14:59
22 Dekabr

Qubada Prezident Kubokuna start verilib

12:01
22 Dekabr

Almaniyanın Maqdeburq şəhərində Milad yarmarkasına hücum nəticəsində həlak olanların sayı 5-ə çatıb

11:52
22 Dekabr

Bir ovuc torpaq...

09:19
22 Dekabr

Avropa terrora təslim olur

09:13
22 Dekabr

Bakı qışa necə hazırlaşır?

09:04
22 Dekabr

"Makron rejimi Fransanı uğursuz dövlətə çevirib"

08:53
22 Dekabr

Azərbaycanın prinsipləri dəyişməzdir

08:41
22 Dekabr

"100 ilin qəhrəmanları" - zəfərin əbədiyaşar xatirələri   

08:32
22 Dekabr

Nuhun izi ilə

08:25
22 Dekabr

Paşinyan "sülh" adı altında riyakarlıq edir

08:19
22 Dekabr

Azərbaycana göstərilən növbəti qlobal etimad

08:07
22 Dekabr

Prezident İlham Əliyevin uğurlu xarici siyasətinin daha bir məntiqi nəticəsi

08:00
22 Dekabr

Bakı gecələri

01:25
22 Dekabr

Mənim sualım var

01:21
22 Dekabr

"Qərbi Azərbaycan: Tarixin izi ilə - intellektual oyunlar çempionatı" keçirilib  

00:37
22 Dekabr

Bəzi dairə seçki komissiyalarının tərkibində dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının qərarı

00:25
22 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!