24 Sentyabr 2026 16:31
181
İQTİSADİYYAT
A- A+
Mineral sərvətlər və “yaşıl gələcək”  

Mineral sərvətlər və “yaşıl gələcək”  


Prezident İlham ƏLİYEV: “Maksimum ekoloji ekspertiza aparılmalıdır və bütün ekoloji normalar gözlənilməlidir”


Dünyada texnoloji tərəqqinin sürətləndiyi, qlobal iqtisadi rəqabətin yeni mərhələyə qədəm qoyduğu bir vaxtda Azərbaycanın zəngin mineral xammal ehtiyatlarının iqtisadi dövriyyəyə daha səmərəli cəlb edilməsi qarşıda yeni imkanlar açır. “Azərbaycan Respublikasında 2027-2030-cu illərdə dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı”nın  mahiyyətində də məhz bu strateji yanaşma dayanır: hasilatdan başlayaraq zənginləşdirmə və dərin emala, oradan isə son sənaye məhsulunun istehsalına qədər uzanan, mümkün qədər tam və dayanıqlı istehsal zəncirinin Azərbaycanda qurulması. 

Proqramın ölkə üçün yaradacağı strateji imkanlardan danışarkən qeyd etmək lazımdır ki, burada əsas hədəf sadəcə istehsalın artırılması deyil. Əsas məqsəd Azərbaycanın qlobal sənaye zəncirindəki mövqeyinin dəyişdirilməsidir. Dərin emal sənayesinin formalaşdırılması ölkəmizin dünya bazarında tanınan mövqedən çıxmasına zəmin yaradar. Bu baxımdan xammalın müasir texnologiyalar əsasında ölkə daxilində emal edilərək beynəlxalq standartlara uyğun məhsula çevrilməsi xüsusi əhəmiyyət daşıyır. 

Belə istiqamətin qlobal sənaye trendləri ilə uzlaşdırılması Azərbaycanın mineral xammal potensialından daha yüksək əlavə dəyər əldə etməsinə, eyni zamanda, ekoloji və rəqəmsal istehsal modelinin formalaşdırılmasına imkan yarada bilər. Məsələyə bu prizmadan yanaşan İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “Azexport.az” portalının rəhbəri Ayxan Qədəşov “yaşıl metallurgiya”nı qarşıdakı dövr üçün mühüm istiqamətlərdən biri kimi qiymətləndirir: “Ən vacib məqamlardan biri "yaşıl metallurgiya" trendidir. Azad edilmiş ərazilərdə və Naxçıvanda formalaşdırılan "yaşıl enerji"nin metallurgiyaya tətbiqi ilə karbon ayaq izi aşağı olan "yaşıl metallar" istehsal olunacaq ki, bu da Avropanın Sərhəddə Karbon Tənzimlənməsi Mexanizminə (CBAM) tam uyğun olaraq ixrac rəqabətliliyini yüksək səviyyəyə qaldıracaq. Yekun etibarilə, həm istehsal həcmlərinin dəfələrlə artması, həm də beynəlxalq standartlaşma Azərbaycan məhsullarının London Metal Birjası kimi qlobal əmtəə birjalarında və “B2B” elektron ticarət platformalarında birbaşa, rəqəmsal yollarla realizasiyasına fundamental zəmin yaradacaq. Qlobal sənayenin aşağı karbonlu istehsala keçidi metallurgiya qarşısında yeni tələblər formalaşdırdığı kimi, mineral xammal potensialına malik ölkələr üçün də yeni imkanlar yaradır. Azərbaycan üçün əsas məsələ isə bu qlobal dəyişimi vaxtında dəyərləndirərək, öz xammal resurslarını daha müasir, ekoloji səmərəli və yüksək əlavə dəyər yaradan istehsal modelinə inteqrasiya etməkdir”.   

Bunların praktiki müstəvidə necə reallaşdırılacağı məsələsi isə sənaye infrastrukturunun formalaşdırılmasını və istehsal zəncirinin bütün həlqələrinin vahid sistemdə birləşdirilməsini zəruri edir. Xüsusilə Qərb Sənaye Parkının yaradılması bu baxımdan mühüm addımlardan biri kimi  ön plana çıxır. Prezident İlham Əliyev Proqrama həsr olunmuş müşavirədə çıxışı zamanı parkın yaradılmasının əsas məqsədinin dağ-mədən sənayesinin inkişafı olduğunu vurğulayaraq, burada hasilatdan son məhsula qədər uzanan tam istehsal zəncirinin qurulmasının vacibliyinə diqqət çəkib: “Parkda  təbii ki, filiz hasilatı və bir neçə zavodun yaradılması nəzərdə tutulur. Zənginləşdirmə, pelet və briketlənmiş dəmir zavodları yaradılmalıdır. Burada, təbii ki, bu filizin daşınması önəmli yer tutur. Ona görə bu daşınmada, yəni tariflərdə güzəştlər edilməlidir ki, iqtisadi cəhətdən səmərəli olsun. Maksimum ekoloji ekspertiza aparılmalıdır və bütün ekoloji normalar gözlənilməlidir. Çünki əsas sərvətimiz hətta yerin altında olan sərvətlər deyil, bizim təbiətimizdir”.

Göründüyü kimi, Prezident çıxışında sənaye inkişafının digər mühüm tərəfinə – ekoloji təhlükəsizliyə də xüsusi diqqət çəkib. Dağ-mədən layihələrinin həyata keçirilməsi zamanı yüksək ekoloji standartların qorunmasının vacibliyini vurğulayan dövlət başçısı Azərbaycanın əsas sərvətinin yalnız yeraltı təbii ehtiyatlardan ibarət olmadığını, ölkənin təbiətinin qorunmasının da prioritet təşkil etdiyini bildirib. Çünki dağ-mədən sənayesinin inkişafı torpaq ehtiyatlarına, su resurslarına, landşafta və biomüxtəlifliyə birbaşa təsir göstərdiyindən, hər bir layihənin qiymətləndirilməsində ekoloji amillər də iqtisadi səmərəlilik qədər diqqətdə saxlanılmalıdır. İstehsal zamanı su və enerji sərfiyyatının, tullantıların idarə olunmasının, atmosferə atılan emissiyaların, pozulmuş torpaqların bərpasının və ətraf ekosistemlərə təsirin konkret, ölçülə bilən göstəricilər əsasında davamlı monitorinqi xüsusi əhəmiyyət daşıyır. 

Yeraltı sərvətlərin iqtisadi dövriyyəyə cəlb edilməsi ətraf mühitin qorunması ilə ziddiyyət təşkil etməməlidir. Əksinə, müasir texnologiyaların tətbiqi, yüksək ekoloji standartların təmin edilməsi və davamlı monitorinq sistemlərinin qurulması yeni sənaye imkanlarının yaradılmasını ekoloji dayanıqlılıq prinsipləri ilə uzlaşdırmağa imkan verə bilər. Bu yanaşma hasilatın həcmi ilə yanaşı, onun hansı ekoloji və sosial məsuliyyət çərçivəsində həyata keçirildiyini də sənaye siyasətinin mühüm göstəricisinə çevirir.


Züleyxa ƏLİYEVA, 

“Azərbaycan”


Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Dağ-mədən və metallurgiya sənayesi ölkənin qeyri-neft iqtisadiyyatının aparıcı istiqamətlərindən birinə çevrilə bilər  

16:48
24 Sentyabr

Mineral sərvətlər və “yaşıl gələcək”  

16:31
24 Sentyabr

“Toxumçuluq haqqında” Qanun ölkənin ərzaq təhlükəsizliyinin daha da möhkəmləndirilməsinə töhfə verəcək  

16:17
24 Sentyabr

“Əgər onlar bizə hücum etsələr, peşman olacaqlar”  

16:15
24 Sentyabr

Qlobal etimadın təzahürü   

16:05
24 Sentyabr

Dünyanın toxum xəritəsi dəyişir  

16:01
24 Sentyabr

Sığorta bazarında 8 ayın mənzərəsi

16:00
24 Sentyabr

“Birliyin Gücü – 2026” təlimində məşqlər uğurla davam edir

15:57
24 Sentyabr

Azərbaycan İqtisadi Əməkdaşlıq Təşkilatının sənaye nazirlərinin 4-cü iclasında təmsil olunub  

15:55
24 Sentyabr

Metal filizlərinin hasilatı üzrə istehsalın dəyəri 42 faizdən çox artıb – QRAFİK

15:54
24 Sentyabr

Oman nümayəndə heyəti “ASAN xidmət”də olub

15:53
24 Sentyabr

Formula 2 Azərbaycan Qran-Prisində ikinci sıralama turu başa çatıb - YENİLƏNİB 2

15:51
24 Sentyabr

Formula 1-in Bakıda 10-cu səhifəsi yazılır

15:17
24 Sentyabr

Azərbaycanın müdafiə naziri Qazaxıstan tərəfinə başsağlığı verib

15:01
24 Sentyabr

Kreml: Paşinyanın Moskvaya səfərinin tarixi hələ razılaşdırılmayıb  

14:19
24 Sentyabr

Vətən müharibəsi şəhidlərinin xatirəsi anılıb  

14:16
24 Sentyabr

Azərbaycanla Gürcüstan arasında gənclər və idman sahəsində əməkdaşlıq genişləndirilir

14:07
24 Sentyabr

Azərbaycanın boks millisi Avropa çempionatında rekorda imza atıb

14:01
24 Sentyabr

Formula 1: “Mercedes” pilotu sərbəst yürüşdə finişə birinci çatıb - YENİLƏNİB

13:52
24 Sentyabr

Bakıda Formula 1 rekordu: Xarici qonaqların sayı 16 mini keçib

13:37
24 Sentyabr

Azərbaycan və Makedoniya arasında idman sahəsində əməkdaşlığa dair memorandum imzalanıb

13:22
24 Sentyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!