24 Sentyabr 2026 16:17
177
İQTİSADİYYAT
A- A+
“Toxumçuluq haqqında” Qanun ölkənin ərzaq təhlükəsizliyinin daha da möhkəmləndirilməsinə töhfə verəcək  

“Toxumçuluq haqqında” Qanun ölkənin ərzaq təhlükəsizliyinin daha da möhkəmləndirilməsinə töhfə verəcək  


BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) və Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin (AXA) birgə təşkilatçılığı ilə “Toxumçuluqda yeni dövr: yerli toxum, etibarlı təminat” mövzusunda konfrans keçirilib.

AZƏRTAC xəbər verir ki, konfransda kənd təsərrüfatı naziri Məcnun Məmmədov, Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli, FAO-nun baş direktorun köməkçisi, Avropa və Mərkəzi Asiya üzrə regional nümayəndəsi Viorel Gutu, Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev, Kənd Təsərrüfatı Nazirliyinin nümayəndələri, Aqrar Xidmətlər Agentliyinin rəhbərliyi və əməkdaşları, elmi-tədqiqat institutlarının alimləri, toxum istehsalçıları və fermerlər iştirak ediblər.

Tədbirdə əvvəlcə torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub, Dövlət Himni səsləndirilib.

Kənd təsərrüfatı naziri Məcnun Məmmədov bildirib ki, aqrar sahənin dayanıqlı inkişafının təmin edilməsi, fermerlərin rifahının yüksəldilməsi və ölkənin ərzaq təhlükəsizliyinin daha da möhkəmləndirilməsi Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən aqrar siyasətin əsas istiqamətlərindəndir. Nazir qeyd edib ki, dövlət başçısının 2026-cı il 25 may tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”, eləcə də yeni “Toxumçuluq haqqında” Qanun ölkədə toxumçuluq sektorunun inkişafı üçün yeni imkanlar yaradır.

Məcnun Məmmədov diqqətə çatdırıb ki, Aqrar Subsidiya Şurasının 2027-ci il üçün müəyyən etdiyi yeni dəstək mexanizmləri də Dövlət Proqramının prioritetləri ilə uzlaşdırılıb. Yeni dəstək mexanizmlərində ilk dəfə olaraq super elit toxumların əkildiyi sahələr üzrə subsidiyaların artırılmış əmsalla hesablanması, kənd təsərrüfatı texnikalarının alınmasına tətbiq olunan güzəşt faizinin isə 50 faizədək yüksəldilməsi nəzərdə tutulur. Bununla yanaşı, sertifikatlı toxumdan istifadənin genişləndirilməsi istiqamətində də ardıcıl tədbirlər həyata keçirilir.

Tədbirdə FAO ilə əməkdaşlıq çərçivəsində həyata keçirilən layihələrin toxumçuluğun inkişafına, sertifikatlaşdırma sisteminin təkmilləşdirilməsinə və laboratoriya xidmətlərinin müasir tələblərə uyğunlaşdırılmasına mühüm töhfə verdiyi vurğulanıb.

Məcnun Məmmədov qeyd edib ki, yeni “Toxumçuluq haqqında” Qanunun, Dövlət Proqramının və yenilənmiş subsidiya mexanizmlərinin ardıcıl icrası yerli toxum istehsalının inkişafına, fermerlərin gəlirlərinin artmasına, idxaldan asılılığın azaldılmasına, ixrac imkanlarının genişləndirilməsinə və ölkənin ərzaq təhlükəsizliyinin daha da möhkəmləndirilməsinə töhfə verəcək.

Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli çıxışında toxumçuluq sektorunun ərzaq təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynadığını bildirib. Bildirib ki, məhsuldarlığın aşağı düşməsinin qarşısının alınması, bitki sağlamlığının qorunması və ölkə ərazisinə təhlükəli zərərli orqanizmlərin daxil olmasının qarşısının alınması məqsədilə idxal olunan bitkiçilik məhsullarına, əkin-səpin materiallarına və toxumlara nəzarət gücləndirilib. İdxal olunan toxum materialları virus və bakterial xəstəliklərə görə müvafiq yoxlamalardan keçirilir, yalnız müəyyən edilmiş sağlamlıq və təhlükəsizlik tələblərinə cavab verən toxumların ölkəyə idxalına icazə verilir.

AQTA sədri əlavə edib ki, “Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2027–2032-ci illər üzrə Dövlət Proqramı” çərçivəsində “Bitki sağlamlığı haqqında” yeni Qanunun qəbul edilməsi nəzərdə tutulur. Yeni Qanun bitki sağlamlığı sahəsində hüquqi mexanizmlərin və risk əsaslı fitosanitar nəzarətin təkmilləşdirilməsinə xidmət edəcək.

BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının baş direktorun köməkçisi, Avropa və Mərkəzi Asiya üzrə regional nümayəndəsi, Viorel Gutu FAO ilə Azərbaycan arasında aqrar sahədə əməkdaşlığın nəticələrindən danışıb. Bildirib ki, əməkdaşlıq çərçivəsində AXA-nın laboratoriya şəbəkəsinin modernləşdirilməsinə, regionda ilk dəfə olaraq toxumluq əkin sahələrinin aprobasiyası prosesinin rəqəmsallaşdırılmasına, həmçinin Xankəndidə müasir tələblərə cavab verən laboratoriya şəbəkəsinin qurulmasına metodoloji dəstək göstərilib.

Viorel Gutu qeyd edib ki, Yerli toxum istehsalına investisiya yalnız kənd təsərrüfatı siyasətinə qoyulan sərmayə deyil. Bu, ərzaq təhlükəsizliyinin təmin olunması, kənd yerlərində dayanıqlı gəlirin gücləndirilməsi, eləcə də ölkənin bazar dəyişiklikləri və təchizat zəncirindəki risklər qarşısında daha hazırlıqlı olması üçün strateji əhəmiyyət daşıyır.

Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev qeyd edib ki, aqrar sahəyə dair yeni Dövlət Proqramında kənd təsərrüfatının dayanıqlı və rəqabətqabiliyyətli inkişafının təmin edilməsi, ərzaq təhlükəsizliyinin gücləndirilməsi, daxili istehsal potensialının, məhsuldarlığın əlavə dəyərin və ixracyönümlülüyün artırılması, rəqəmsallaşma və insan kapitalının inkişafıəsas məqsəd kimi qarşıya qoyulub.

Komitə sədri vurğulayıb ki, Dövlət Proqramında kənd təsərrüfatının inkişafında toxumçuluq strateji əhəmiyyətli sahə kimi qeyd edilir. Aqrar sahəyə dair qanunvericilik kənd təsərrüfatının inkişafının başlıca istiqamətlərini özündə ehtiva edir.

Konfrans işini panel sessiyalarla davam etdirib. Sessiyalar çərçivəsində aqrar sahədə yeni Dövlət Proqramı”nın milli toxumçuluğun inkişafına təsiri, ərzaq təhlükəsizliyinin təmin olunmasında toxumçuluq sektorunun rolu, qlobal yanaşmalar və beynəlxalq təcrübə, 2026-cı ildə toxum istehsalı, aprobasiya nəticələri və qarşıdakı hədəflər üzrə təqdimatlar dinlənilib. Panel müzakirələrində milli toxumçuluğun elmi əsaslarla inkişaf etdirilməsi, ilkin toxumçuluğun təşkili zamanı beynəlxalq təcrübədən istifadə, yüksək reproduksiyalı və sertifikatlaşdırılmış toxum istehsalının genişləndirilməsi, müasir seleksiya üsullarının və innovativ texnologiyaların tətbiqi, toxum istehsalçılarının fəaliyyətinin dəstəklənməsi və fermerlərin keyfiyyətli toxuma çıxış imkanlarının artırılması istiqamətində fikir mübadiləsi aparılıb.

Tədbirin sonunda toxumçuluq sahəsində fəaliyyəti və əldə etdiyi nəticələrlə fərqlənən toxum istehsalçılarına mükafatlar təqdim olunub.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Dağ-mədən və metallurgiya sənayesi ölkənin qeyri-neft iqtisadiyyatının aparıcı istiqamətlərindən birinə çevrilə bilər  

16:48
24 Sentyabr

Mineral sərvətlər və “yaşıl gələcək”  

16:31
24 Sentyabr

“Toxumçuluq haqqında” Qanun ölkənin ərzaq təhlükəsizliyinin daha da möhkəmləndirilməsinə töhfə verəcək  

16:17
24 Sentyabr

“Əgər onlar bizə hücum etsələr, peşman olacaqlar”  

16:15
24 Sentyabr

Qlobal etimadın təzahürü   

16:05
24 Sentyabr

Dünyanın toxum xəritəsi dəyişir  

16:01
24 Sentyabr

Sığorta bazarında 8 ayın mənzərəsi

16:00
24 Sentyabr

“Birliyin Gücü – 2026” təlimində məşqlər uğurla davam edir

15:57
24 Sentyabr

Azərbaycan İqtisadi Əməkdaşlıq Təşkilatının sənaye nazirlərinin 4-cü iclasında təmsil olunub  

15:55
24 Sentyabr

Metal filizlərinin hasilatı üzrə istehsalın dəyəri 42 faizdən çox artıb – QRAFİK

15:54
24 Sentyabr

Oman nümayəndə heyəti “ASAN xidmət”də olub

15:53
24 Sentyabr

Formula 2 Azərbaycan Qran-Prisində ikinci sıralama turu başa çatıb - YENİLƏNİB 2

15:51
24 Sentyabr

Formula 1-in Bakıda 10-cu səhifəsi yazılır

15:17
24 Sentyabr

Azərbaycanın müdafiə naziri Qazaxıstan tərəfinə başsağlığı verib

15:01
24 Sentyabr

Kreml: Paşinyanın Moskvaya səfərinin tarixi hələ razılaşdırılmayıb  

14:19
24 Sentyabr

Vətən müharibəsi şəhidlərinin xatirəsi anılıb  

14:16
24 Sentyabr

Azərbaycanla Gürcüstan arasında gənclər və idman sahəsində əməkdaşlıq genişləndirilir

14:07
24 Sentyabr

Azərbaycanın boks millisi Avropa çempionatında rekorda imza atıb

14:01
24 Sentyabr

Formula 1: “Mercedes” pilotu sərbəst yürüşdə finişə birinci çatıb - YENİLƏNİB

13:52
24 Sentyabr

Bakıda Formula 1 rekordu: Xarici qonaqların sayı 16 mini keçib

13:37
24 Sentyabr

Azərbaycan və Makedoniya arasında idman sahəsində əməkdaşlığa dair memorandum imzalanıb

13:22
24 Sentyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!