24 Sentyabr 2026 16:01
136
İQTİSADİYYAT
A- A+
Dünyanın toxum xəritəsi dəyişir  

Dünyanın toxum xəritəsi dəyişir  


Dünyada istifadə olunan toxum müxtəlifliyinin sürətlə azalması gələcəyin ərzaq təhlükəsizliyi ilə bağlı ciddi suallar yaradır. İqlim dəyişiklikləri və insan fəaliyyətinin təsiri nəticəsində son illər çoxsaylı toxum növlərinin itirilməsi kənd təsərrüfatının gələcəyi üçün mühüm çağırışa çevrilib.

FAO-nun məlumatlarına görə, dünyada mövcud olduğu bildirilən təxminən 250 min bitki növündən yalnız 30 mini istehlak üçün yararlıdır. Daha diqqətçəkən məqam isə budur ki, qlobal ərzaq təminatının böyük hissəsi cəmi bir neçə bitkinin üzərində formalaşıb. Buğda, darı, düyü və qarğıdalı birlikdə dünya üzrə istehlakın təxminən 60 faizini təşkil edir. Bu barədə FAO-nun Azərbaycandakı Tərəfdaşlıq və Əlaqələndirmə Ofisi Rəhbərinin Proqram üzrə köməkçisi Bariz Mehdiyev “Toxumçuluqda yeni dövr: Yerli toxum, etibarlı təminat” mövzusunda konfrans çərçivəsində keçirilən “Toxumçuluğun inkişafı: cari vəziyyət və hədəflər” panelində danışıb.

Onun sözlərinə görə, toxumçuluq artıq yalnız kənd təsərrüfatının ayrı-ayrı sahələrindən biri deyil, qlobal ərzaq təhlükəsizliyinin əsas dayaqlarındandır. Hazırda dünya üzrə toxum bazarının dəyərinin 60 milyard dollardan çox olduğu qiymətləndirilir və növbəti illərdə bu göstəricinin artacağı gözlənilir. Bu mənzərədə yerli toxum fondunun qorunması və inkişaf etdirilməsi xüsusi əhəmiyyət qazanır. Çünki toxum yalnız əkin üçün material deyil, həm də iqlim dəyişikliklərinə uyğunlaşma, məhsuldarlığın qorunması və ərzaq təhlükəsizliyinin təmin edilməsi baxımından strateji resursdur.

Züleyxa ƏLİYEVA, 

“Azərbaycan”


Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Dağ-mədən və metallurgiya sənayesi ölkənin qeyri-neft iqtisadiyyatının aparıcı istiqamətlərindən birinə çevrilə bilər  

16:48
24 Sentyabr

Mineral sərvətlər və “yaşıl gələcək”  

16:31
24 Sentyabr

“Toxumçuluq haqqında” Qanun ölkənin ərzaq təhlükəsizliyinin daha da möhkəmləndirilməsinə töhfə verəcək  

16:17
24 Sentyabr

“Əgər onlar bizə hücum etsələr, peşman olacaqlar”  

16:15
24 Sentyabr

Qlobal etimadın təzahürü   

16:05
24 Sentyabr

Dünyanın toxum xəritəsi dəyişir  

16:01
24 Sentyabr

Sığorta bazarında 8 ayın mənzərəsi

16:00
24 Sentyabr

“Birliyin Gücü – 2026” təlimində məşqlər uğurla davam edir

15:57
24 Sentyabr

Azərbaycan İqtisadi Əməkdaşlıq Təşkilatının sənaye nazirlərinin 4-cü iclasında təmsil olunub  

15:55
24 Sentyabr

Metal filizlərinin hasilatı üzrə istehsalın dəyəri 42 faizdən çox artıb – QRAFİK

15:54
24 Sentyabr

Oman nümayəndə heyəti “ASAN xidmət”də olub

15:53
24 Sentyabr

Formula 2 Azərbaycan Qran-Prisində ikinci sıralama turu başa çatıb - YENİLƏNİB 2

15:51
24 Sentyabr

Formula 1-in Bakıda 10-cu səhifəsi yazılır

15:17
24 Sentyabr

Azərbaycanın müdafiə naziri Qazaxıstan tərəfinə başsağlığı verib

15:01
24 Sentyabr

Kreml: Paşinyanın Moskvaya səfərinin tarixi hələ razılaşdırılmayıb  

14:19
24 Sentyabr

Vətən müharibəsi şəhidlərinin xatirəsi anılıb  

14:16
24 Sentyabr

Azərbaycanla Gürcüstan arasında gənclər və idman sahəsində əməkdaşlıq genişləndirilir

14:07
24 Sentyabr

Azərbaycanın boks millisi Avropa çempionatında rekorda imza atıb

14:01
24 Sentyabr

Formula 1: “Mercedes” pilotu sərbəst yürüşdə finişə birinci çatıb - YENİLƏNİB

13:52
24 Sentyabr

Bakıda Formula 1 rekordu: Xarici qonaqların sayı 16 mini keçib

13:37
24 Sentyabr

Azərbaycan və Makedoniya arasında idman sahəsində əməkdaşlığa dair memorandum imzalanıb

13:22
24 Sentyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!