11 Oktyabr 2026 16:30
172
CƏMİYYƏT
A- A+
Milli QHT Forumu Azərbaycan cəmiyyətini xarici təsirlərə qarşı ayıq-sayıq olmağa çağırıb

Milli QHT Forumu Azərbaycan cəmiyyətini xarici təsirlərə qarşı ayıq-sayıq olmağa çağırıb

Azərbaycan Milli QHT Forumu məktəblərdə geyim qaydaları ilə bağlı bəyanat yayaraq, cəmiyyəti xarici təsirlərə qarşı ayıq-sayıq olmağa çağırıb.

Bu barədə "Report"a Milli QHT Forumundan bildirilib.

Bəyanatda qeyd olunur ki, son günlər İran və digər xarici ölkələrin internet resurslarında Azərbaycanın nümunəvi dünyəvi dövlətçilik modelini hədəfə alan, ölkəmizdə şəriət prinsiplərinə əsaslanan dövlət quruluşunun tətbiqini təşviq edən, Azərbaycanda ictimai rəyi çaşdırmağa və cəmiyyətdə süni şəkildə qarşıdurma yaratmağa yönəlmiş informasiya hücumlarını müşahidə edilir: "Xüsusilə məktəblərdə şagirdlərin və müəllimlərin geyim qaydaları ətrafında aparılan müzakirələrin məqsədyönlü şəkildə siyasiləşdirilməsini, bu məsələnin dini qarşıdurma müstəvisinə keçirilməsinə təhrikləri qətiyyətlə pisləyirik. Sıralarında yüzlərlə QHT-ni birləşdirən çətir təşkilat olaraq, Azərbaycan cəmiyyətini milli maraqlarımıza, Konstitusion dəyərlərimizə və ictimai həmrəyliyimizə qarşı yönəlmiş informasiya təxribatlarına qarşı ayıq-sayıq olmağa çağırırıq.

Dünyəvilik Azərbaycanın tarixi nailiyyəti, dövlətçilik ənənəsi və milli sərvətidir. Azərbaycan müsəlman Şərqində, Türk dünyasında dünyəvi dövlətçilik ənənəsini formalaşdıran ilk ölkə kimi tarixə düşüb. Xalqımız dini-mənəvi dəyərlərinə hər zaman böyük ehtiramla yanaşıb, İslam xalqımızın tarixi-mədəni irsinin mühüm tərkib hissəsinə çevrilib. Dövlət Bayrağımızdakı yaşıl rəng də xalqımızın İslam sivilizasiyası ilə tarixi-mədəni bağlılığının rəmzidir. Bununla yanaşı, Azərbaycan dövlətçiliyinin gücü həm də müxtəlif dinlərin nümayəndələrinin bir ailə kimi sülh və qarşılıqlı hörmət şəraitində yaşamasında təzahür edir.

Ölkəmizdə məscidlər, kilsələr və sinaqoqlar yanaşı fəaliyyət göstərir. Dövlət tərəfindən dini ibadət yerlərinin qorunması, tarixi abidələrin bərpası və yeni ibadət məkanlarının inşasına göstərilən diqqət Azərbaycanın dini tolerantlıq və birgəyaşayış ənənələrinin bariz nümunəsidir. İşğaldan azad edilmiş ərazilərimizdə aparılan bərpa və quruculuq işlərinin məhz məsciddən başlaması (Ağdam Cümə məscidi) və Şuşa azad edildiyi anda atəş səsləri altında azan səsinin ucalması xalqımızın İslama bağlılığının və dini dəyərlərinə ehtiramının rəmzi kimi yaddaşlarda qalıb".

"Dini dəyərlərdən siyasi məqsədlərlə istifadə etmək, dini inancları cəmiyyətdə qarşıdurma vasitəsinə çevirmək isə nə İslamın mənəvi mahiyyətinə, nə də xalqımızın əsrlər boyu formalaşmış birgəyaşayış ənənələrinə uyğundur.

Bu gün təhsil müəssisələrində hamı üçün müəyyən edilmiş qaydalara əməl olunması ümumi hüquqi çərçivənin tələbidir. Bu qaydaların tətbiqi nə dini dəyərlərə qarşı yönəlib, nə də vətəndaşların məktəbdənkənar şəxsi həyatını tənzimləmək məqsədi daşıyır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarı ilə müəyyən edilmiş şagird geyim formalarına dair tələblərdə vahid geyim formasını pozan və ümumi təhsilin dünyəvilik prinsipinə uyğun olmayan geyim elementlərindən istifadəyə yol verilmədiyi bildirilir. Eyni zamanda, təhsilverənlərin geyiminə dair tələblər də müəllimlərin peşəkar görünüşünün və təhsil mühitinin dünyəvi xarakterinin qorunmasını nəzərdə tutur. Azərbaycan Milli QHT Forumu olaraq təhsil müəssisələrində geyim qaydalarının qanunvericiliyə uyğun, ardıcıl, şəffaf və hamı üçün bərabər şəkildə tətbiqini dəstəkləyirik. Çünki məktəblər dini təbliğatın və ideoloji təsirlərin deyil, elmin, təhsilin, milli-mənəvi dəyərlərin və azad düşüncənin inkişaf etdiyi məkanlar olmalıdır", - bəyanatda qeyd olunur.

Vurğulanır ki, dinin dövlətdən ayrı olduğu cəmiyyət Azərbaycan xalqının şüurlu seçimidir, bu dəyərə hücumlar heç bir nəticə verə bilməz: "Dini xurafat, dini mövhumatçılıq keçmişin qalıqlarıdır və Azərbaycan Maarifçilik Hərəkatı bu eybəcərliklərə qarşı əzmkarlıqla mübarizə aparıb, sivil dövlətçilik əsaslarını formalaşdırıb. Azərbaycanı həmin qaranlıq dövrlərə, cəhalətə sürükləmək istəyənlər, Azərbaycanı "mollalaşdırmaq", "iranlaşdırmaq" və dini ehkamlar əsasında idarə olunan dövlətə çevirmək istəyənlər niyyətlərinə nail olmayacaqlar.

Azərbaycan cəmiyyəti öz dini dəyərlərinə sahib çıxmaqla yanaşı, dünyəvi dövlətçilik prinsipini də qətiyyətlə qorumaq əzmindədir. Hesab edirik ki, bu məsələdə əsas meyar emosiyalar, təxribatçı çağırışlar və xaricdən yönləndirilən təbliğat deyil, Azərbaycan Respublikasının Konstitusiyası, qanunvericiliyi və milli maraqları olmalıdır.

Milli həmrəylik və ictimai sabitlik hamımızın məsuliyyətidir. Azərbaycan Milli QHT Forumu olaraq vətəndaş cəmiyyəti nümayəndələrini, ziyalıları, müəllimləri, valideynləri, media subyektlərini və bütövlükdə ictimaiyyəti dini həssaslıqlardan sui-istifadə edən, cəmiyyəti parçalamağa yönəlmiş informasiya kampaniyalarına qarşı prinsipial mövqe nümayiş etdirməyə çağırırıq. Vətəndaşlarımızı təxribatlara uymamağa, məsələlərə hüquqi, milli və ictimai maraqlar baxımından yanaşmağa dəvət edirik. Qanunun aliliyi, milli həmrəylik və dünyəvilik dövlətimizin və cəmiyyətimizin ayrılmaz dayaqlarıdır. Bu dəyərlərin qorunması hər birimizin vətəndaşlıq borcudur".

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Milli QHT Forumu Azərbaycan cəmiyyətini xarici təsirlərə qarşı ayıq-sayıq olmağa çağırıb

16:30
11 Oktyabr

Qəbələ-Xankəndi III Beynəlxalq Ultramarafonunun qalibləri mükafatlandırılıb  

15:53
11 Oktyabr

Müəllimlərdən dünyəvi məktəb mühitinə dəstək

15:00
11 Oktyabr

Türkiyədə dəhşətli yol qəzası: 11 nəfər ölüb, 27 nəfər yaralanıb  

14:54
11 Oktyabr

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

13:07
11 Oktyabr

Qəbələ-Xankəndi III Beynəlxalq Ultramarafonunun qalibi bəlli olub

12:05
11 Oktyabr

Fərid Qayıbov: III Beynəlxalq Xankəndi Ultramarafonunda iştirakçıların sayı kifayət qədər artıb

11:33
11 Oktyabr

ABŞ ordusu Oman körfəzində ticarət gəmisini vurub  

09:46
11 Oktyabr

Makronun populyarlıq reytinqi rekord səviyyədə aşağı düşüb  

09:43
11 Oktyabr

Beynəlxalq Cüdo Federasiyasının bayrağı dünya çempionatının növbəti ev sahibinə təhvil verilib  

09:38
11 Oktyabr

Azərbaycan və Mərkəzi Asiya: Strateji tərəfdaşlıqdan ortaq inkişafa doğru  

09:35
11 Oktyabr

Yer kürəsində son 3 ayın ən güclü maqnit qasırğası baş verib  

08:42
11 Oktyabr

Azərbaycan cüdoçuları dünya çempionatında fərdi yarışları 7 medalla bitiriblər

21:12
10 Oktyabr

Prezident İlham Əliyev və Rusiyanın Çeçenistan Respublikasının başçısı birgə nahar ediblər

17:01
10 Oktyabr

Prezident İlham Əliyev Rusiyanın Çeçenistan Respublikasının başçısını qəbul edib YENİLƏNİB

16:27
10 Oktyabr

Prezident İlham Əliyev və Rusiyanın Çeçenistan Respublikasının başçısı “Bakı Ağ Şəhər”də olublar

16:24
10 Oktyabr

Ölkəmizin beynəlxalq mövqeyi möhkəmlənir

16:21
10 Oktyabr

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

15:29
10 Oktyabr

Ukraynanın Zaporojye vilayətində hava hücumu nəticəsində ölənlərin sayı səkkiz nəfərə çatıb

15:12
10 Oktyabr

Yeni regional əməkdaşlıq mərhələsi

14:58
10 Oktyabr

Dünya səyyahları Cəbrayılda minaların zərərsizləşdirilməsi prosesini izləyiblər

14:38
10 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!