24 Sentyabr 2026 08:40
587
İQTİSADİYYAT
A- A+
Milli Prioritetlərə söykənən strategiya uğurla gerçəkləşir

Milli Prioritetlərə söykənən strategiya uğurla gerçəkləşir


Bu, 2022-2026-cı illəri əhatə edən sosial-iqtisadi inkişaf strategiyasıdır


Azərbaycan dövləti daim öz qüdrətini daha da artırmaq, yüksək rifah cəmiyyətinin qurulması istiqamətində yeni hədəfləri gerçəkləşdirmək əzmindədir. "Azərbaycan-2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər"  və bu prioritetlərə söykənən "2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası" məhz bu məqsədlə hazırlanmışdır. Sənəd Prezident İlham Əliyevin 21 iyul 2022-ci il tarixli sərəncamı ilə təsdiq olunmuşdur.

Bu strategiyanın 2026-cı ilin sonuna ölkə iqtisadiyyatının simasında böyük dəyişikliklərə səbəb olacağı, onun sayəsində iqtisadi artımın tamamilə yeni keyfiyyət amilləri bazasında formalaşacağı, xüsusilə prioritet sahələrdə artım templərinin sürətlənəcəyi, iqtisadiyyatın və məşğulluğun dayanıqlılığının  daha da güclənəcəyi nəzərdə tutulmuşdur.

Sənəddə deyilir: "Özəl sektorun, o cümlədən mikro, kiçik və orta sahibkarlığın inkişafı yeni və daha səmərəli stimullar və inkişaf mühiti hesabına sürətlənəcək, özəl və xarici investorların ölkə iqtisadiyyatında fəallığı artacaq, qeyri-xammal ixracı genişlənəcəkdir. Qeyri-neft-qaz sektoruna, xüsusilə ərzaq təhlükəsizliyinin daha da gücləndirilməsini təmin edən, ixrac potensialının artırılmasına və kənd yerlərində rifahın yüksəlməsinə töhfə verən rəqabətqabiliyyətli aqrar istehsal və emalı sənayesinə dövlət dəstəyi və investisiyalar cəlb olunacaq, innovasiyalar, habelə dövlət-özəl tərəfdaşlığı ilə bu sahədə resurs və xidmət təminatı gücləndiriləcək".

Sözügedən strategiyaya uyğun olaraq göstərilən vaxtda dövlətə məxsus hüquqi şəxslərin fəaliyyətinin iqtisadi səmərəsinin yüksəldilməsi, iqtisadiyyatda şəffaflığın daha da artması, iqtisadi idarəetmənin keyfiyyətinin yeni səviyyəyə qalxması qarşıda duran vəzifələrdir. Bu sıraya, eləcə də, dövlət əmlakının özəlləşdirilməsi və dövlət-özəl tərəfdaşlığının genişləndirilməsi, dövlətə məxsus olan hüquqi şəxslərin restrukturizasiya tədbirlərinin həyata keçirilməsi, burada dövlət payının azaldılması sahəsində müvafiq işlər görməsi daxildir.

Prioritetlər kimi həmçinin makroiqtisadi və maliyyə sabitliyinin qorunması, dövlət büdcəsinin dayanıqlılığının və səmərəliliyinin artırılması mexanizmlərinin təkmilləşdirilməsi müəyyənləşdirilib. Nəzərdə tutulub ki, kapital bazarının inkişaf mühitində əhəmiyyətli dəyişikliklər baş verəcək, real sektorun və sahibkarlığın maliyyə xidmətlərinə və resurslarına çıxış imkanlarının genişləndirilməsi mexanizmləri gücləndiriləcək. İnsan kapitalının davamlı inkişafı və yeni keyfiyyətə transformasiyası mühiti daha da təkmilləşəcək, milli iqtisadiyyatda innovasiyaların sürətlə mənimsənilməsi üçün zəruri ekosistem formalaşacaq, ölkənin "yaşıl enerji" məkanına çevrilməsi və ətraf mühitin sağlamlaşması prosesləri sürətlənəcək.

Eləcə də innovasiyaların təşviq ediləcəyi, müasir texnoloji həllərin tətbiqinin genişləndiriləcəyi, bu zəmində iqtisadiyyatın effektivlik əsasında inkişafı və rəqabətədavamlılığının təmin olunacağı bildirilib. Əhalinin sosial müdafiəsinin, xüsusilə həssas təbəqələrin sosial təminatının gücləndiriləcəyi, pensiya sistemində mühüm keyfiyyət dəyişikliyi baş verəcəyi qeyd olunub.

"Nəhayət, ölkənin sosial-iqtisadi inkişafında tarixi dönüş dövrü və yeni strateji mərhələ olan işğaldan azad edilmiş ərazilərin bərpası və ölkə iqtisadiyyatına reinteqrasiyası əsasında bu regiona böyük qayıdış təmin ediləcəkdir", - deyə sənəddə bu məsələ də xüsusi vurğulanıb.

Məlum olduğu kimi, sənətin icra vəziyyəti iqtisadi islahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) tərəfindən rəqəmsal portallar vasitəsilə izlənilir.

Bu yaxınlarda "Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası"nda nəzərdə tutulan dayanıqlı və rəqabətqabiliyyətli iqtisadiyyat üzrə hədəflərə nail olunması məqsədilə yaradılmış "İqtisadi artım" üzrə işçi qrupun növbəti iclası keçirilib. İclasda strategiya üzrə nəzərdə tutulan tədbirlərin icra vəziyyəti, görülmüş işlər və qarşıda duran vəzifələr müzakirə edilib.İşçi qrupun sədri, iqtisadiyyat nazirinin müavini Səməd Bəşirli strategiya üzrə həyata keçirilən tədbirlərin ölkəmizdə dayanıqlı və rəqabətqabiliyyətli iqtisadi inkişafın təmin olunmasında əhəmiyyətini vurğulayıb. İşçi qrupunun fəaliyyət istiqamətləri üzrə tədbirlərin icra vəziyyəti, həmçinin İqtisadiyyat Nazirliyinin əsas icraçı olduğu tədbirlər çərçivəsində görülmüş işlər barədə məlumat verib.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktorunun müavini Təranə Salıfova strategiyanın icrasının yekun mərhələsinə yaxınlaşması fonunda 2026-cı il üzrə hədəflərə nail olunmasının, icrası davam edən tədbirlərin sürətləndirilməsinin və nəticə indikatorları üzrə nəzərdə tutulan göstəricilərin təmin edilməsinin əhəmiyyətini vurğulayıb.

İİTKM-in Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri Orxan sadıqov Strategiyanın monitorinq və qiymətləndirilməsi çərçivəsində 2026-cı ilin 6 ayı ərzində görülmüş işlər və qarşıda duran fəaliyyət istiqamətləri barədə məlumat verilib.

Daha sonra strategiyada nəzərdə tutulan tədbirlərin icrası ilə bağlı görüləcək işlər ətrafında fikir mübadiləsi aparılıb, növbəti addımlar müəyyənləşdirilib.

Qeyd edək ki, "Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası"nda nəzərdə tutulmuş tədbirlərin tam, vaxtında və effektiv icrasının təmin edilməsi, həmçinin aidiyyəti dövlət orqanlarının fəaliyyətinin əlaqələndirilməsi məqsədilə 8 işçi qrupu fəaliyyət göstərir.


Flora SADIQLI,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Qətər Dövlətinin Əmiri Azərbaycana səfərə gəlib

19:37
14 Oktyabr

Prezident İlham Əliyevin İsrail Prezidenti ilə görüşü olub

19:36
14 Oktyabr

Prezident İlham Əliyev Bəhreynin xarici işlər nazirini qəbul edib

19:35
14 Oktyabr

Prezident İlham Əliyev Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvünü qəbul edib  

19:34
14 Oktyabr

Prezident İlham Əliyev Vyetnamın Vitse-prezidenti ilə görüşüb

19:32
14 Oktyabr

Prezident İlham Əliyev Şri-Lankanın xarici işlər, xarici məşğulluq və turizm nazirini qəbul edib  

19:31
14 Oktyabr

Bakı Limanı və Qazaxıstan limanları arasında əməliyyatların koordinasiyası gücləndirilə bilər  

19:30
14 Oktyabr

“Şahinlərin Görüşü-2026” müştərək taktiki-uçuş təlimi davam edir  

18:48
14 Oktyabr

Özbəkistan Prezidenti Azərbaycanda səfərdədir

18:45
14 Oktyabr

Tacikistan Prezidenti Azərbaycana səfərə gəlib

18:44
14 Oktyabr

Qırğızıstan Prezidenti AQEM-in Zirvə Toplantısında iştirak etmək üçün Azərbaycana səfərə gəlib 

17:52
14 Oktyabr

Qırğızıstan Prezidenti AQEM-in Zirvə Toplantısında iştirak etmək üçün Azərbaycana səfərə gəlib  

17:51
14 Oktyabr

Bakıda Azərbaycan və Kamboca Baş nazirlərinin görüşü olub

17:50
14 Oktyabr

AQEM-in 7-ci Zirvə Görüşündə qəbul ediləcək qərar və bəyanat layihələri nəzərdən keçirilib  

17:48
14 Oktyabr

Qırğızıstan XTQ-nin nümayəndə heyəti Azərbaycana səfər edib

17:37
14 Oktyabr

Qazaxıstan Prezidentinin Azərbaycana səfəri başlayıb

17:36
14 Oktyabr

Türk general: Türkiyə-Azərbaycan münasibətlərinin gücü fərqli milli təcrübələrə hörmətdə və ortaq maraqların qorunmasındadır 

17:34
14 Oktyabr

Kristof Leribo: Luvr təmir olunmasa, bağlanmalı olacaq

17:33
14 Oktyabr

Azərbaycanın enerjisində “yaşıl dönüş”

17:31
14 Oktyabr

Albaniyada tələbə etirazları iğtişaşlara çevrildi  

17:18
14 Oktyabr

Zaman ölçməsində yeni dövr: Sıçrayış saniyələri ləğv edilə bilər  

16:43
14 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!